Dünya
“Türkiyənin Ermənistanla sərhədi açması haqda fikirlər məntiqdən kənardır”
Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi İzmirdə bildirdi ki, ölkəsi AİB-lə azad ticarət zonası yaradaraq əməkdaşlıq etmək niyyətindir. Burada Rusiya ilə münasibətlərin inkişafı nəzərdə tutulub. Bu fikirləri açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, həmçinin Qazaxıstan, Qırğızıstan və Belarusla da münasibətlərin inkişafından söhbət gedir. Ermənistan isə bundan kənarda qalacaq.
Ermənistanda 100 min kəndli hara yoxa çıxıb...
Ermənistanda uzun illərdir ki, rəsmi məlumatlarda kənd təsərrüfatı sahəsində artımın olduğu göstərilir. Ancaq eyni zamanda digər rəsmi məlumatlara görə, son dörd ildə kənd təsərrüfatı sahəsində çalışanların sayı gözəçarpan dərəcədə azalıb.
Ermənistan rəhbərliyi müxtəlif intriqalarla Rusiyaya təzyiq göstərməyə çalışır
Ermənistan rəhbərliyi Avropa İttifaqı, NATO, ümumilikdə Qərb koalisiyası ilə yaxınlaşmaq kimi intriqa yolundan istifadə etməklə Rusiyaya təzyiq göstərməyə cəhd edir. Bunu Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
Nazirlər PKK ilə mübarizə məsələlərini müzakirə edəcək
ABŞ-ın müdafiə naziri Ceyms Mettis və türkiyəli həmkarı Nurəddin Canikli arasında Ankarada danışıqlar baş tutacaq. Danışıqlar çərçivəsində Suriya münaqişəsi, PKK ilə mübarizə kimi məsələlər müzakirə olunacaq.
Ermənistanda sosial gərginlik davam edir
Ermənistanda sosial gərginlik davam edir. İşğalçı ölkədə növbəti etiraz dalğası Lori bölgəsində baş qaldırıb. Bir müddət əvvəl qızıl mədənlərinə gedən yolu bağlayan vətəndaşlar ölkədə özbaşınalıqlara son qoyulmasını tələb edirlər. Kəndlilər deyirlər ki, hökumət illərdir onların taleyi ilə maraqlanmır. Bu yerlərdə həyat dayanıb, Ardvidə yalnız səfalət, işsizlik, hökm sürür. Sakinlər problemlərinə çarə tapmaq üçün özləri layihə hazırlayaraq hökumətə təqdim ediblər. Onlar bu yerlərin gözəl təbiəti olduğunu əsas gətirərək, dövlət qurumlarından kənddə turizmin inkişafına dəstək istəyiblər.
Yeni süni intellekt sadə videokamera vasitəsilə istənilən emosiyanı tanıyır
Media məzmun istehsalçıları üçün serialda hansı səhnənin tamaşaçı tərəfindən daha çox bəyənildiyini bilmək mühüm əhəmiyyət kəsb edir və onlar həqiqi emosiyaların tanınması sistemi üçün yaxşı pul ödəməyə hazırdırlar. Təklifi dəyərləndirən “Silver Logic Labs” şirkəti ixtisaslaşdırılmış süni intellekt hazırlayıb.
Rusiyadan bəyanat: "ABŞ-a olan ümidlərimizi itirməmişik”
ABŞ Maliyyə Nazirliyinin Rusiyaya məxsus 1 şirkətə və 4 vətəndaşa sanksiya tətbiq etməsindən hiddətlənən rəsmi Moskva qarşılıq vermək üçün hazırlaşdıqlarını bəyan edib. ABŞ Rusiya vətəndaşlarına Şimali Koreya ilə əlaqələri olduğu üçün sanksiya tətbiq edib.
Politoloq: “Sərhədlərin açılmasına Rusiya da razı deyil”
Bəzi mənbələr bildirir ki, əgər Türkiyə Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olarsa, Ermənistanla sərhədlər açılacaq. Bu informasiyanın heç bir əsası yoxdur.
Yeni virus onlayn oyun həvəskarlarını təhlükə altına qoyur
Aşkar edilmiş troyan “Joao” adlanır və o, qeyri-rəsmi mənbələrdən yüklənilən “Aeria Games” şirkətinin oyunları vasitəsilə yayılır. “Joao” adlı troyan tərəfindən yüklənilən kənar zərərverici kodun məqsədi uzaq məsafədən giriş əldə etmək, casusluq və DDoS hücumlar həyata keçirməkdir.
Qızları qaçırır, otaqda tək saxlayır, zorlayır, sonra da ... - TÜKÜRPƏDƏN ADƏTLƏR
Bugün Qırğızıstanda hər 5 qızdan biri zorla qaçırdılıb, sevmədiyi insanla evləndirilir. Qırğıstanın bu özbaşınalığı hazırda “Girsl not Bridges” (qızlar gəlin deyil) adlı beynəlxalq təşkilatın əsas müzakirə mövzusudur. Bu təşkilat həddi-buluğa çatmamış qızların qaçırırdılıb, zorla evləndirilməsinə qarşı mübarizə aparır. Bir çox şərq ölkəsi üçün müqəddəs adət-ənənə sayılan bu hadisə əslində zorakılıq, insana qarşı mənəvi və fiziki şiddət sayılır.
Türkiyədə 1 terrorçu sağ ələ keçirilib
Türkiyənin Diyarbəkir şəhərində PKK-ya qarşı növbəti əməliyyat keçirilib. Aparılan əməliyyatlar çərçivəsində 1 terrorçu sağ olaraq ələ keçirilib. Bundan başqa, əməliyyatlarda “Kalaşnikof” avtomatı, 5 darağ, durbin, əl telsizi, 200 metr kabel, 4 qeyd dəftəri, radio, torpağa basdırılmış içərisində ərzaq məhsulları olan 3 qutu müsadirə edilib. Axtarışlar zamanı ələ keçirilən 9 müxtəlif əl istehsalı olan partlayıcı maddə yerində məhv edilib.
Çavuşoğlu: “Referendum qərarının ləğv edilməsini gözləyirik”
"PKK terror təşkilatı da İŞİD kimi İraqın sərhəddinə, ərazi bütövlüyünə, dincliyinə, birlik-bərabərliyinə qarşı bir təhdiddir”. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iraqlı həmkarı İbrahim Cəfəri ilə görüşdə bildirib. Nazir qeyd edib ki, PKK-nın İraqdan təmizlənməsi üçün birgə hərəkət edəcəyik: "Məsələ ilə bağlı İraq ordusuna hər cür dəstək verəcəyik. İraq ilə əlaqələrimizi hər sahədə inkişaf etdirmək niyyətindəyik".
Əfqanıstanda partlayışda xəsarət alanların sayı 40-a çatıb
Əfqanıstanın cənubunda terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində xəsarət alanların sayı 42-ə çatıb. Səhər saatlarında baş verən terror hadisəsində əvvəlcə ölənlərin sayının 5, yaralıların sayının 25 nəfər olduğu bildirilmişdi. Ölənlərdən ikisi qadın, ikisi hərbçi, biri isə uşaqdır.
Türkiyədə turist avtobusu yük maşını ilə toqquşdu
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda turist avtobusu yük maşını ilə toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 11 nəfər xəsarət alıb. Məlum olub ki, ölən turistlərin bələdçisinin 17 yaşlı köməkçisidir.














