Politoloq: “Sərhədlərin açılmasına Rusiya da razı deyil”
Bəzi mənbələr bildirir ki, əgər Türkiyə Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olarsa, Ermənistanla sərhədlər açılacaq. Bu informasiyanın heç bir əsası yoxdur.
23 Avqust 2017 14:46 DünyaBəzi mənbələr bildirir ki, əgər Türkiyə Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olarsa, Ermənistanla sərhədlər açılacaq. Bu informasiyanın heç bir əsası yoxdur.
Bu fikri Azadinform-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib. Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Politoloq vurğulayıb ki, digər tərəfdən buna Azərbaycanın reaksiyası məlumdur: "Bir neçə il əvvəl Türkiyə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı danışıqlar gedərkən Bakının çox sərt reaksiyası rəsmi Ankaranın yadında olmalıdır. Nə qədər ki, torpaqlar işğal altındadır hakimiyyətdə hansı hökumətin olub-olmamasından asılı olmayaraq sərhədlər açılmayacaq. Eyni zamanda sərhədlərin açılmasına Rusiya da razı deyil".
Z. Məmmədov əlavə edib ki, Türkiyənin AİB-ə daxil olmasına gəldikdə isə, bu sual altıdadır: "Ankara-Brüssel arasında tərəfləri bağlayan bağları qoparıb atmaq asan məsələ deyil. AİB-ə daxil olmağın müsbət və mənfi tərəflərini Türkiyə və Rusiya hələ analiz edirlər".