Çavuşoğlu: “Referendum qərarının ləğv edilməsini gözləyirik”
"PKK terror təşkilatı da İŞİD kimi İraqın sərhəddinə, ərazi bütövlüyünə, dincliyinə, birlik-bərabərliyinə qarşı bir təhdiddir”. Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iraqlı həmkarı İbrahim Cəfəri ilə görüşdə bildirib. Nazir qeyd edib ki, PKK-nın İraqdan təmizlənməsi üçün birgə hərəkət edəcəyik: "Məsələ ilə bağlı İraq ordusuna hər cür dəstək verəcəyik. İraq ilə əlaqələrimizi hər sahədə inkişaf etdirmək niyyətindəyik".
23 Avqust 2017 14:17 Dünya"PKK terror təşkilatı da İŞİD kimi İraqın sərhəddinə, ərazi bütövlüyünə, dincliyinə, birlik-bərabərliyinə qarşı bir təhdiddir". Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iraqlı həmkarı İbrahim Cəfəri ilə görüşdə bildirib. Nazir qeyd edib ki, PKK-nın İraqdan təmizlənməsi üçün birgə hərəkət edəcəyik: "Məsələ ilə bağlı İraq ordusuna hər cür dəstək verəcəyik. İraq ilə əlaqələrimizi hər sahədə inkişaf etdirmək niyyətindəyik".
M. Çavuşoğlu vurğulayıb ki, rəsmi Ərbildən gözləntilərimiz son dərəcə sadə və açıqdır: "Bu, referendum qərarının ləğv edilməsidir. Bağdadda tələblərin yerinə yetirilməsi ilə bağlı görüşmələr davam etdirilir. Bölgənin sabitliyi, birliyi, bərabərliyi çox vacib məsələdir. Kürd qardaşlarımızın mənafeyi və gələcək inkişafı İraqın birliyindən aslıdır". Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir.