“Türkiyənin Ermənistanla sərhədi açması haqda fikirlər məntiqdən kənardır”

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi İzmirdə bildirdi ki, ölkəsi AİB-lə azad ticarət zonası yaradaraq əməkdaşlıq etmək niyyətindir. Burada Rusiya ilə münasibətlərin inkişafı nəzərdə tutulub. Bu fikirləri açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, həmçinin Qazaxıstan, Qırğızıstan və Belarusla da münasibətlərin inkişafından söhbət gedir. Ermənistan isə bundan kənarda qalacaq. 

Politoloq vurğulayıb ki, türkiyəli nazir ölkəsinin AİB-ə üzv olmaq istədiyini demədi: "O dedi ki, əməkdaşlıq etmək istəyirik. Türkiyənin AİB-ə üzv olmaq məqsədi yoxdur. Əməkdaşlıq etməklə tam hüquqlu üzv olmaq arasında böyük fərq var. Mən inanmıram ki, Türkiyə AİB-ə üzv olsun. Çünki Türkiyə NATO-nun üzvüdür, Qərb ölkələrinin əməliyyatlarında iştirak edən bir dövlətdir. Düzdür, son zamanlar Rusiya ilə münasibətlər inkişaf edib. Lakin bu o demək deyil ki, AİB-ə üzv olmaq istəyir". Politoloq əlavə edib ki, Türkiyənin Ermənistanla sərhədi açmaq və diplomatik münasibətlər qurması haqqında fikirlər məntiqdən kənardır: "Türkiyənin xarici siyasət prioritetləri dəyişmir. Rəsmi Ankara bunu dəfələrlə səsləndirib".  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31