Yeni süni intellekt sadə videokamera vasitəsilə istənilən emosiyanı tanıyır

Media məzmun istehsalçıları üçün serialda hansı səhnənin tamaşaçı tərəfindən daha çox bəyənildiyini bilmək mühüm əhəmiyyət kəsb edir və onlar həqiqi emosiyaların tanınması sistemi üçün yaxşı pul ödəməyə hazırdırlar. Təklifi dəyərləndirən “Silver Logic Labs” şirkəti ixtisaslaşdırılmış süni intellekt hazırlayıb.

Media məzmun istehsalçıları üçün serialda hansı səhnənin tamaşaçı tərəfindən daha çox bəyənildiyini bilmək mühüm əhəmiyyət kəsb edir və onlar həqiqi emosiyaların tanınması sistemi üçün yaxşı pul ödəməyə hazırdırlar. Təklifi dəyərləndirən "Silver Logic Labs" şirkəti ixtisaslaşdırılmış süni intellekt hazırlayıb. İnsanın üz ifadəsi üzrə emosiyaların tanınması alqoritminin kommersiya dəyəri yüksəkdir və məxfi saxlanılır. "Silver Logic Labs" şirkətinin nümayəndəsi bildirir  ki, onlar sözügedən texnologiyanı mükəmməl vəziyyətə çatdırıblar, onun işləməsi üçün sadəcə kifayət qədər yüksək təsvir ölçüsünə malik rəqəmli kamera lazımdır. Rəqəmli kamera mimik əzələlərin xırda hərəkətlərini saniyə ərzində bir neçə dəfə skan edir ki, bu da yalnız ani emosiyanı tanımağı deyil, həm də müəyyən vaxt ərzində tamaşaçının əhval-ruhiyyəsindəki dəyişikliyi izləməyə imkan verir.
Maraqlıdır ki, emosiyaları tanıyan bu sistemin avadanlığa tələbi çox sadədir. Məsələn, sözügedən sistem polis kameraları ilə işləmək qabiliyyətinə malikdir. Xəstəxana və ya qocalar evində qurulmuş videomüşahidə sisteminə uyğunlaşdırıldıqda pasiyentdə ürək tutmasını öncədən bilmək olar. "ICTnews" Elektron Xəbər Xidməti "techcult.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31