Dünya

NATO-nun baş katibi yol qəzasına düşüb

25 Avqust 2017 12:29

NATO-nun baş katibi Yens Stoltenberq Varşavada yol qəzasına düşüb. “Olaylar” xarici mediaya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsində hökumətin mühafizəsinin təşkil edən büronun avtomobilləri istirak edib. Avtomobilin birində Yens Stoltenberqin olduğu bildirilir. Qəzada ikisi polis olmaqla dörd nəfər xəsarət alıb.

““Adamcığazlar” bölgəyə yeridiləcək” – Müharibə SSENARİLƏRİ

25 Avqust 2017 12:18

“ABŞ və Çin arasında ticarət müharibəsi Şimali Koreyanın təcavüzkar siyasətinə görə əsl müharibəyə çevrilə bilər”. Bunu “Obozrevatel.LIVE”nin efirində ekspert, beynəlxalq hüquq mütəxəssisi Andrey Buzarov söyləyib. Onun sözlərinə görə, Çin Koreya Xalq Demokratik Respublikasına (KXDR) öz maraq zonası kimi baxır və Pekin Ağ Evin sanksiyalarına baxmayaraq, Pxenyanı heç vaxt Vaşinqtonla təkbətək qoymayacaq.

Yol polisini yerə yıxıb qandallayıb apardılar - VİDEO

25 Avqust 2017 11:57

Həmişə polisin mülkü şəxsi tutub qoluna qandal vurduğunu görürdük. Bu dəfə isə əksinə olub. Belə ki, mülkü şəxslər yol polisi əməkdaşı günün günorta çağı elə iş başındaca həbs ediblər.

Türkiyə namizədini açıqladı - OSKARA

25 Avqust 2017 11:55

Türkiyə bu il Oskara namizədini açıqlayıb. “Olaylar” bildirir ki, Türkiyə Mədəniyyət Nazirliyinin 17 nəfərdən ibarət komissiya üzvləri13 film arasından Can Ulukayın “Ayna” filminin namizədliyini irəli sürüblər.

302 İŞİD- çi məhv edildi

25 Avqust 2017 11:47

İraqın Telafer şəhərinin üç məhəlləsi İŞİD terrorçularından təmizlənib. İraq ordusunun sayəsində altı gün həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının çoxlu sayda  itgiləri olub. “Olaylar” bildirir ki, azad olunan Cezirə, Hadra, Vihda məhəllələri uğrunda döyüşdə 302 terrirçu məhv edilib.

Türkiyə-Ermənistan sərhədləri açılır?

25 Avqust 2017 11:39

"Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz".  Bunu rəsmi Ankara və Avrasiya İqtisadi İttifaqı arasında mümkün əməkdaşlıq məsələsini şərh edən Türkiyənin sabiq Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış deyib. E.Bağış qeyd edib ki, Azərbaycan və Türkiyə strateji tərəfdaşdırlar: "Türkiyə Azərbaycanın maraqlarına zərər verə biləcək nəsə etməyəcək".

Türkiyədə fövqəladə vəziyyət çərçivəsində bir sıra qərarlar qəbul edildi

25 Avqust 2017 11:35

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qəbul edilən qərara parlamentlə əlaqədar bir sıra dəyişikliklər edilib.  Dəyişikliklərə əsasən, deputatlara qarşı istintaq seçkilərə qədər və ya seçkilərdən sonra aparıla bilər. 

“Hücum pilotlarının siyahısını mən hazırladım”

25 Avqust 2017 11:32

Türkiyə polisi tərəfindən 13 aylıq axtarışdan sonra Antaliyada ələ keçən çevriliş cəhdində şübhəli bilinən hərbçi - polkovnik-leytenant Özcan Karacan xəyanət gecəsi Ankarada mühüm dövlət binalarına hücum edən helikopterlerin pilotlarının özünün seçdiyini etiraf edib. Çevrilişə cəhd zamanı o Ankaradakı pilotlara "Vətəndaş, əsgər, polis hamısı düşmənimizdir. Onlara heç bir seçim yeri qoymadan atəş açın" əmrləri verən FETÖ-cü keçmiş polkovnik-leytenant Özcan Karacan Antaliyada saxta şəxsiyyət vəsiqəsi ilə tutulub.

Məşhur aktyor vəfat etdi

25 Avqust 2017 07:18

Amerikalı komik aktyor və radio aparıcısı Cey Tomas 69 yaşında vəfat edib. Cey Tomas “Mörfi Braun” serialındakı roluna görə iki dəfə “Emmi” mükafatına layiq görülüb. O, “Rey Donovan”, “Batman”, “Sevgi qayığı” və digər filmlərdə də çəkilib. Habelə “Sirius Satellite” radiosunda “The Jay Thomas Show” proqramını aparıb.

2 qız uşağına təcavüz etmək istəyən şəxs vətəndaşlar tərəfindən döyüldü

25 Avqust 2017 07:15

Türkiyədə 2 qız uşağına təcavüz etmək istəyən şəxs vətəndaşlar tərəfindən döyülüb. Adanada parkda 14 yaşındakı 2 qız uşağına təcavüz etdiyi iddia edilən şəxs, vətəndaşlar tərəfindən zərərsizləşdirilib. Bildirilir ki, hadisə Seyhan çayı sahilindəki Mərkəzi Parkda baş verib. İddia edilir ki, Sinan T adlı şəxs, parkda dostları ilə birgə gəzən 14 yaşıdakı S.A və H.T-yə qarşı təhqir edici ifadələr işlədərək, təcavüz etmək niyyətində olub. Parkda gəzən qız uşaqlarının həmin andaca qışqırması, parkda olan digər vətəndaşları hadisədən xəbərdar edib. Sinan T, qaçmağa çalışsa da parkda olan vətəndaşlar tərəfindən tutularaq şiddətli şəkildə döyülüb.

"Sizə yazığım gəlir" deyib tərk etdi

24 Avqust 2017 20:26

Aktrisa Sibel Kekilli İnstaqram hesabını bağlayıb. Almaniyada yaşayan türk rejissor Fatih Akının "Divara qarşı" filmiylə, daha sonra isə dünyanın ən məşhur serialı "Taxt oyunları" ilə məşhurlaşan aktrisaya son zamanlar tənqidedici mesajlar yazıblar.  Məlumata əsasən, 36 yaşlı Sibel ona göndərilən mesajlardan təngə gəlib və son dəfə aşağıdakı mesajı izləyiciləri ilə bölüşdükdən sonra hesabını bağlayıb: "Özünüzü müsəlman adlandırıb başqa insanlara, xüsusən qadınlara hörmət etmirsiniz. İkiüzlü, nifrət dolusunuz. Sizə yazığım gəlir. Məni təqib etməkdən əl çəkin". 

Müğənninin döydüyü arvadı ona geri qayıtdı

24 Avqust 2017 20:08

Müğənni Mustafa Topaloğlu tərəfindən döyüldüyü üçün ondan ayrılan Dərya Topaloğlu yenidən ərinə qayıdıb. Sənətçinin18 illik həyat yoldaşı və 2 uşağının anası vaxtilə döyülmüş şəkillərini sosial şəbəkədə paylaşaraq gündəm olmuşdu. Maqazin verilişlərinin birində dalaşan cütlük yenidən barışıb. Bu haqda Mustafa özü danışıb: "O elə bilmişdi ki, onu bilərək vurmuşam.

Polşa müdafiə xərclərini 55 milyard dollar artırıb

24 Avqust 2017 20:05

Polşanın hakimiyyət orqanları qarşıdan gələn 15 il ərzində müdafiəyə ölkə büdcəsindən əlavə 55 milyard dollar ayıracaq. Bunu Polşa müdafiə nazirinin müavini Tomaş Şatkovski Röyter agentliyinə müsahibəsində söyləyib.