Dünya

Hizbullah İŞİD-ə sülh TƏKLİF ETDİ

25 Avqust 2017 15:22

Hizbullah hərəkatının lideri Şeyx Həsən Nəsrullah ötən gün “Əl Mənar” telekanalı vasitəsilə çıxış edərək İŞİD-lə danışıqlara hazır olduqlarını açıqlayıb. Nəsrullah bundan öncə, “Ən Nüsrə Cəbhəsi” ilə də əldə olunmuş sülh şərtlərinin İŞİD-ə təklif edildiyini deyib. 

Macarıstanla Niderlandın arası dəydi: Səfir geri çağırılır

25 Avqust 2017 15:20

Macarıstan Niderlanddan səfirini geri çağırır və bu ölkədə diplomatik nümayəndəliyin səviyyəsini müvəqqəti işlər vəkilliyinədək azaldır. Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Binəli Yıldırım: Ərbildə referendum keçirilməsi müharibəyə səbəb ola bilməz

25 Avqust 2017 15:00

İraqın kürd muxtariyyətinin müstəqilliyi haqqında referendum rəsmi Ankara və Ərbil arasında müharibəyə səbəb ola bilməz. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. Baş nazir qeyd edib ki, müharibə iki dövlət arasında olur: "Türkiyə isə kürd muxtariyyətini dövlət kimi qəbul etmir". 

Təcavüz etdi döyüldü, amma məhkəmə qərarı hamını ŞOK ETDİ

25 Avqust 2017 14:42

Türkiyədə 2 qız uşağına təcavüz etmək istəyən şəxs vətəndaşlar tərəfindən döyülüb. Adanada parkda 14 yaşındakı 2 qız uşağına təcavüz etdiyi iddia edilən şəxs, vətəndaşlar tərəfindən zərərsizləşdirilib.

Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi

25 Avqust 2017 14:36

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib. M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb: "Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".

Qazaxıstanda təyyarə qəzaya düşdü - Ölən və yaralı var

25 Avqust 2017 14:33

Qazaxıstanın Alma-Atı vilayətində "МAULE М-7-260С" təyyarəsi qəzaya uğrayıb. Bu barədə Qazaxıstanın mülki aviasiya komitəsinə istinadən xəbər verir. Yüngül mühərrikli təyyarənin göyərtəsində iki nəfər olub. Məlumata görə, pilot ölüb, sərnişin xəsarət alıb.

Müsəlmanlara qarşı növbəti terror - ƏFQANISTAN

25 Avqust 2017 14:23

Əfqanıstanın paytaxtı Kabildə növbəti terror hadisəsi baş verib. “Olaylar” bildirir ki, paytaxtda yerləşən şiələrə məxsus İmam Zaman məscidində bir kamikadze öncə insanlara silahlı hücum edib. Daha sonra terrorçu üzərindəki partlayıcı qurğunu işə salıb. Ölən və yararalananlar haqqında heç bir məlumat verilmir.

Rusiya alimlərindən maraqlı icad – ÖTÜRÜCÜLÜ AYAQQABI

25 Avqust 2017 14:13

Sibir Federal Universitetinin alimləri Tomsk Politexnik Universitetindən olan həmkarları ilə birlikdə meşədə, adada və s. yerlərdə itmə probleminin innovativ həllini təklif ediblər. Onlar mikroelektromexanik sistemləri texnologiyası əsasında yaradılmış xüsusi ayaqqabı icad ediblər.

Ermənistanda Rusiya vətəndaşı qətlə yetirilib

25 Avqust 2017 14:10

Ermənistanda Rusiya vətəndaşı öldürülüb. Hadisə avqustun 24-də Kotayk vilayətinin Nor Açin şəhərində baş verib. Şübhəli şəxs qismində saxlanılan 31 yaşlı Q. Ovakim törətdiyi cinayəti etiraf edib.

ABŞ-dan Fətullah Gülənə ŞOK — Rədd cavabı aldı

25 Avqust 2017 13:34

ABŞ-ın Tennesi ştatında fəaliyyət göstərən və Fətullah Gülənə aid "READ" xeyriyyə qurumunun məktəb açmaq təklifinə rədd cavabı verilib. Xeyriyyə cəmiyyəti ştaın ən böyük şəhəri Memfisdə üç yeni məktəb açmaq niyyətində olub. Rədd cavabına səbəb isə xeyriyyə təşkilatı və məktəb arasında maliyyə münasibətlərinin ziddiyətli olmasıdır.

Ukrayna prezidenti azərbaycanlı heykəltəraşı mükafatlandırdı

25 Avqust 2017 13:20

Ukrayna Prezidenti Pyotr Poroşenko azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovu mükafatlandırıb. Ukraynanın dövlət quruculuğu, sosial, elm və texnologiya, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrinin inkişafına, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək xidmətlərinə görə prezident tərəfindən mükafatlandırılanlar arasında azərbaycanlı heykəltəraş S.Qurbanov da var. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" mükafatına layiq görülüb.

Naz sərxoş olub, içkini sinəsinə axıtdı - VİDEO

25 Avqust 2017 13:14

Zuhal Topalın evlilik verilişinə qatıldıqdan sonra sosial şəbəkədən etdiyi paylaşımları və replikaları ilə gündəm olan azərbaycanlı gəlin namizəd Naz Mila yenidən Türkiyə mətbuatının diqqət mərkəzinə düşüb.

Samsung şirkətinin rəhbəri həbs edildi

25 Avqust 2017 12:56

Cənubi Koreya məhkəməsi Samsung şirkətinin rəhbəri Lee Jae Yongu həbs edib.“Olaylar” bildirir ki, şirkət rəhbəri ölkə rəsmilərinə rüşvət təklif etməkdə,  mənimsəmə, qanunsuz gəlirlərin gizlədilməsi, vəsaitlərin qanunsuz xaricə köçürülməsi, yalançılıqda ittiham olunur.

Ermənistan transmilli terrorçuların sığınacağına çevrilib

25 Avqust 2017 12:43

Yayın əvvəlində Parisin yaxınlığındakı Kretey şəhərində yerli müsəlman icmasına qarşı terror aktı törədilib - sürücü avtomobili məscid qarşısında dayanan adamların üzərinə sürməyə cəhd göstərib. Xoşbəxtlikdən, hadisə zamanı ölən olmayıb-avtomobil divara çırpıldığından polis sürücünü yaxalaya bilib.

Nə məktəbə gedir, nə də işə! - Elə bir iş gördü ki,18 yaşında milyonçu oldu

25 Avqust 2017 12:40

Məktəbdən və müəllimlərindən nifrət edən Erik Finman 18 yaşında milyonçu olub. 18 yaşında öz səyləri nəticəsinlər milyonlar qazanan Erik Finmanın həyat hekayəsini təqdim edir. 12 yaşında məktəbdə aldığı təhsildən qane olmayan Finman ailəsiylə müqavilə imzalayır. Müəllimlərindən nifrət edən Erik Finman valideynləri ilə mərcə girərək milyoner olacağına söz verir. Oğlan sözünün üstündə dayanır. O, 18 yaşına çatanda artıq kifayət qədər sərvəti olan milyonçu idi. Üstəlik bunun üçün nə məkbətə gedib təhsil alır, nə də işləyir.