Dünya
"Almaniya Türkiyəyə münasibətdə çərçivədən kənara çıxır"
Almaniya Türkiyəyə münasibətdə yol verilən çərçivədən kənara çıxır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabrielin son bəyanatını şərh edərkən deyib. M.Çavuşoğlu bildirib ki, Türkiyə Almaniya ilə münasibətləri korlamaq niyyətində deyil: "Lakin Berlindəki dövlət rəsmiləri də siyasi qiymət verərkən nəzakətli olmalıdırlar". Nazir əlavə edib ki, son günlər Almaniyada, xüsusilə seçki ərəfəsində bir çox populist bəyanatlar səsləndirilir.
Türkiyə səfiri İsveç XİN-ə çağrılıb
Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmən İsveç XİN-ə çağrılıb. Səfirdən iki İsveç vətəndaşının həbsi ilə bağlı açıqlama tələb edilib.
İrqçi məhkuma görünməmiş EDAM CƏZASI
ABŞ-ın Florida əyalətində irqçiliyə görə cinayət törətdiyi üçün həbs edilən şəxs ilk dəfə təcrübə edilən bir zəhərli iynə ilə edam edilib.
Kıvanç ingilis modellə reklama çəkiləcək
"Victoria's Secret"in mələyi, ingilis top model Meqan Uilyams aktyor Kıvanç Tatlıtuğun tərəf-müqabili olacaq. Tanınmış cütlük firmalardan birinin reklamına çəkiləcək. Kıvançla Meqan firmanın payız-qış kolleksiyasını təqdim edəcək.
Günahsız yerə 6 il həbsdə yatdı: 14 yaşında hahişə qətlinə görə
İzmirin Ödəmiş mahalında doqquz il əvvəl bir fahişəni öldürüldüyünə görə 14 yaşlı İbrahim Uyar qatil iddiası ilə həbs edilib. Məhkəmənin son qərarıyla 21 il 6 ay azadlıqdan məhrum edilən azyaşlı Uyarı uşaq həbsxanasında qalması lazım olan illərin bir qismini yetkin məhbusların saxlanıldığı təcridxanaya göndərirlər.
Çeçenistanda deputat öldürülüb
Çeçenistan parlamentinin deputatının öldürülməsi ilə bağlı cinayət işi açılıb. Hadisə bu gün səhər saatlarında baş verib. Adı açıqlanmayan deputat avtomobili ilə evdən işə gedərkən Açxoy-Martanovsk rayonunda atəşə tutulub.
Rusiyada deputat öldürüldü
Rusiya Federasiyasının Çeçenistan Respublikasında yerli parlamentin deputatı Məhəmməd Asxabovu öldürüblər. Bu haqda Şimali Qafqaz federal dairəsinin güc strukturlarındakı mənbəyə istinadən“İnterfaks” agentliyi bildirib. “Asxabov avtomobili naməlum şəxslər tərəfindən atəşə tutulması nəticəsində ölüb”, -mənbə deyib. İnformasiya hələlik rəsmən təsdiqlənməyib.
Moskvalı biznesmen qaçırılmış maşının dalınca Bakıya gəlib çıxdı
Moskva ətrafından olan və avtomobil kirayəsi biznesi ilə məşğul olan biznesmen oğurlanmış avtomobilinin dalınca Bakıya gəlib çıxıb. Biznesmen kirayəyə verdiyi avtomobilin qaçırıldığı barədə polisə üç dəfə ərizə verib. Lakin nəticə əldə olunmadığını görəndə özü təhqiqata başlayıb. O, avtomobildə quraşdırılmış GPS-naviqatordan alınan siqnallar əsasında əvvəlcə Rostov vilayətinə gedib, daha sonra məlum olub ki, avtomobil Rostovdan Bakıya aparılıb.
TRT-nin tanınmış aparıcısı VƏFAT ETDİ
Türkiyənin TRT telekanalının tanınmış aparıcısı Mesut Mertcan dünyasını dəyişib. Son illər səhhətində problem yaranan Məsud Mertcan 71 yaşında vəfat edib.
Post-Nazarbayev dövründə qonşularla müharibələr başlayacaq - Ukrayna SSENARİSİ
"Qazaxıstan federasiya olmasa, onu Ukraynanın taleyi gözləyə bilər”. Təhdid xarakterli bu fikir Rusiyanın cont.ws saytında gedən yazıda yer alıb. Qriqori Mironovun müəllifi olduğu yazıda qeyd edilir ki, rəsmi Astana müasir Qazaxıstanda rusların öz tarixi və etnik torpaqlarında yaşadıqlarını tanımaq istəmir. O iddia edir ki, bu torpaqları bolşeviklər qazaxlara hədiyyə edib.
Avtobus dənizə düşdü: 12 nəfər öldü, 5 nəfərin taleyi məlum deyil - Rusiyada
Rusiyanın Krasnodar diyarının Volna qəsəbəsində avtobus dənizə düşüb. Hadisə nəticəsində 12 nəfər həlak olub. 20 nəfərin həyatını xilas etmək mümkün olub, lakin 5 nəfərin taleyi hələ naməlumdur. Məlumata əsasən, avtobus dörd metr hündürlükdən suya düşüb.
Məşhur xəbərlər aparıcısı canlı yayımda rüsvay oldu - VİDEO
Fox TV-nin məşhur xəbərlər aparıcısı Fatih Portakalın başına dünən canlı yayımda iş gəlib. Telefonun səsini almağı unudan aparıcıya canlı efirdə zəng gəlib. Portakal öncə təəccüblənib, daha sonra "Səhv məndədir, səsin almağı unutdum" deyərək telefonu söndürmək məcburiyyətində qalıb.
Tramp bu tarixdə impiçment ediləcək – PROQNOZ
Donald Trampın ABŞ-da prezident seçkilərində qələbə qazanacağını düzgün proqnozlaşdıran Amerika Universitetinin professoru, tarixçi Alan Lixtman prezidentin mümkün impiçmentinin vaxtını açıqlayıb.
Azərbaycana qarşı təxribatçı məlumat yayan jurnalist Bolqarıstanda işdən qovuldu
Bolqarıstanda dərc edilən "Trud" (Əmək) qəzetinin jurnalisti Dilyana Qaytanciyeva Azərbaycan aviaşirkəti vasitəsilə İŞİD-ə silah təchizatı barədə böhtan xarakterli məqaləsinə görə işdən qovulub. Bu barədə jurnalist qadın özünün "Facebook"səhifəsində yazıb. Onun sözlərinə görə, avqustun 24-də jurnalist Bolqarıstan Milli Təhlükəsizlik Agentliyinə çağırılaraq, Suriyadakı terrorçulara silahların təchizatı ilə bağlı sənədlərlə əlaqədar sorğu-sual edilib. Bundan sonra o, "Trud" qəzetində tutduğu vəzifədən xaric olunub. Bir neçə gündən sonra Dilyana Qaytanciyeva Suriyaya növbəti dəfə səfər etməli idi.
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib. İclasda Rusiya prezidentinin keçirdiyi son görüşlər və "Normad dördlüyü" çərçivəsində Putinlə Avropa liderlərinin planlaşdırılan telefon danışıqlarından söhbət açılıb.














