Dünya
Ginekoloji kabinetlərdə... - Baş həkimdən ŞOK HƏRƏKƏT
Səfir nazirliyə çağırıldı
Türkiyənin Stokholmdakı səfiri Kaya Türkmən İsveç Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Türkiyədə həbs olunan iki İsveç vətəndaşı ilə bağlı hökumətin narahatlığı çatdırılıb. Bu barədə İsveç XİN rəhbəri Marqot Vallström Feysbuk hesabında bildirib.
Nə məktəbə getdi, nə də işə: elə bir şey etdi ki, 18 yaşında milyonçu oldu
Müəllimlərinə nifrət edən və milyonçu olacağı təqdirdə məktəbə getməyəcəyi barədə 12 yaşında ailəsi ilə razılığa gələn Erik Finmanın qeyri-adi həyatı hər kəsi heyrətləndirir. 12 yaşında Bitcoini özü üçün E.Finman adlı uşaq 18 yaşında artıq 1 milyon sərvətin sahibi olub. 12 yaşında ikən məktəbdəki təhsildən narazı olan Finman ailəsi ilə qeyri-rəsmi müqavilə bağlayır. Belə ki, o, 18 yaşına çatanda öz sərmayəsi ilə 1 milyon dollar qazanacağı təqdirdə universitetə getməyəcəyinə dair onların razılığını alır. O, müəllimlərinin aqressiv və əsəb pozucu münasibətlərindən bezdiyi üçün bunu etdiyini bildirib. Ailəsi əvvəlcə onun təklifini qəbul etməsələr də, sonradan əlindəki pulu yaxşı bir şəkildə işlətdiyini görüb, razılaşırlar.
İlin ən çox qazanan aktyoru kimdir?
“Forbes” jurnalı ilin ən çox qazanan aktyorlarının adını açıqlayıb. Reytinqin 10-cusu 35.5 milyon dollarla hind aktyoru Aşay Kumardır.
Amerikalı alimlərdən xəbərdarlıq: “Ağıl dişlərini çəkdirməyin” – Nəticə sizi təəccübləndirəcək!
Amerikalı alimlər iddia edib ki, ağıl dişlərini çıxartmaq lazım deyil! Əldə olunan nəticə hər kəsi təəccübləndirəcək. Stomatoloqların əksəriyyəti ağıl dişlərinin lazım olmadığını əsas gətirərək onları çəkdirməyi məsləhət görür. Bəs onlar haqlıdır?
Görkəminə görə daha çox ödəniş etməyə məcbur oldu
Kanadanın Kvebek şəhərində “Aux Anciens Canadiens” restoranı bir müştəridən Asiya görkəminə görə əlavə pul tələb edib. Vankuverdə yaşayan çin əsilli Kanada vətəndaşı Melvin Pan başına gələn hadisənin absurdluğu haqda danışıb. Pan “Aux Anciens Canadiens”da öz rəfiqəsi ilə birlikdə şam edirmiş. Hesab gələndə məlum olur ki, çekə ümumi məbləğin 15 faizi qədərində əlavə xərc də yazılıb. Bu, Panı təəccübləndirir, lakin çekdə yazılanları tam ödəyərək restoranı tərk edir. Sonra o, internetdə sorğu edərək, bu yığımın “Aux Anciens Canadiens”in bütün müştərilərinə aid olub-olmadığını öyrənmək qərarına gəlir.
“Facebook” hər gün 1 milyondan çox hesabı bloklayır
Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" hər gün spam, fırıldaqçılıq və ya ədavət salan nəşrlərə görə 1 milyondan çox hesabı bloklayır. Bu haqda sosial şəbəkənin təhlükəsizlik xidmətinin direktoru Aleks Stamos məlumat verib.
2021-ci ilə fərdi kompüter bazarının həcmi 1,7% azalacaq
“International Data Corporation” (IDC) şirkətinin analitikləri tərəfindən tərtib edilmiş “Worldwide Quarterly Personal Computing Device Tracker” adlı hesabata görə, yaxın illərdə kompüter elektronikasının satış həcmi azalacaq.
İnternetə qoşulmadan işləyən sayt yaratdılar
Amerikalı Kris Bolin internetə qoşulmadan işləyən sayt yaradıb. Saytın əsas səhifəsində “Siz saytın məzmununu görmək üçün offlayna getməlisiniz” sözləri yazılır. Şəbəkədən çıxdıqdan sonra portalda məlumat pəncərəsi açılır. Bu pəncərədə müəllif daha məhsuldar olmaq istəyənlərə offlayna daha tez-tez getməyi məsləhət görür.
"Evlənmədən uşağımız olmağa da razıyıq" deyən Naza ŞOK
Bankir sevgilisi Cemre Bozer ailəsinin təzyiqinə qarşı çıxa bilməyəcəyini iddia edərək 34 yaşlı aktrisa Naz Elması tərk edib. Emre Kıramer ilə 2015-ci ildə qurduğu ailə həyatı cəmi 6 ay çəkən Naz Elmasın Hakan Yıldız ilə münasibəti də uzun çəkməyib.
İsrailə getdi deyə tacı əlindən alındı
Livan gözəllik yarışmasının 2017-ci il qalibi Amanda Hannanın tacı əlindən alınıb. Buna səbəb modelin ötən il İsrailə getməsinin üzə çıxması olub. Livan vətəndaşlığından savayı, İsveç passportu da olan Amanda elmi konfransda iştirak etmək üçün İsrailə gedib. Lakin yarışmanın təşkilatçıları bunu öyrəndikdən bir həftə sonra İsrail ziyarəti ölkə qanunlarımıza ziddir" əsasını gətirərək Hannanı tituldan məhrum ediblər.
Sifətin tanınması texnologiyası bəşəriyyəti parol və açarlardan xilas edəcək
Parol və hər cür pin kodlar, barmaq izlərinin skaneri, kredit kartları, hətta mənzil və ya avtomobillərin açarları sifətin tanınması texnologiyasının tətbiqi ilə keçmişin bir hissəsinə çevriləcək.
2017-ci ilin ikinci rübündə planşetlərin satış həcmi azalıb
5 ən iri planşet istehsalçısından 3-ü (“Apple”, “Huawei” və “Amazon”) ikinci rübdə satış həcmini artırmağa müvəffəq olublar. Bu, yeni modellərin qiyməti ilə izah edilir. Planşet bazarında yeni ucuz modellərin təqdim edilməsi bir müddət azalmanı ləngitsə də, amma 2017-ci ilin ikinci rübündə planşetlərin satış həcmi ötən illə müqayisədə 3,4% azalaraq 37,9 milyon təşkil edib. Klaviaturalı planşetlərin satış həcmi, həmçinin azalıb, çünki istehlakçılar “Apple”, “Microsoft” və başqa aparıcı istehsalçılardan yeni modellər gözləyirdilər.
İsveçrə firması 1 milyon dollarlıq mini-kompüter təqdim edib
İsveçrənin "Prime Computer" kompüter istehsalçısı "PrimeMini 3" mini-kompüterinin 1 milyon dollar məbləğində olan xüsusi versiyasını çıxarıb. Sözügedən mini-kompüter "Intel Core i5-6260U" prosessoru, daxili "Intel Iris Graphics 540" qrafik sürətləndiricisi, 8 QB-lıq "DDR4" əməli yaddaşı, 250 QB-lıq "Samsung EVO" SSD diski, "Wi-Fi 802.11ac", "Bluetooth" ilə təchiz edilib və "Windows 10 Home" sisteminin idarəetməsi altında işləyir.
"Azərbaycandan medalla qayıtmaq istəyirik"
"İstanbulda başladığımız təlim-məşq toplanışını Kartepedə davam edəcəyik. Çətin hazırlıq proqramı ilə işləyirik və Azərbaycana gedənə qədər heyətimizdə arabir dəyişikliklər olacaq. Məşqlərimizdə isə istirahət planlşadırmırıq".














