Dünya

Qatar relsdən çıxdı: 33 nəfər ölüb

13 Noyabr 2017 17:49

Konqo Demokratik Respublikasında qanunsuz sərnişin daşıyan qatar qəzaya uğrayıb. Hadisə respublikanın cənub istiqamətində yerləşən Lualaba adlı ərazi yaxınlığında baş verib.

Rustavinin yeni meri ilk iş günündə şəhərdə küçə süpürüb

13 Noyabr 2017 17:45

Gürcüstanın Rustavi şəhərinin yeni meri İrakli Tabağua ilk iş gününə şəhərdə təmizlik işləri görməklə başlayıb. İ. Tabağua səhər saatlarında Rustavi şəhərinin bir neçə yaşayış binasının həyətlərinin süpürülməsində iştirak edib.

Yaxın Şərqdə YENİ XƏRİTƏ: şiddətli müharibə başlayır

13 Noyabr 2017 17:03

“Səudiyyə Ərəbistanında saray daxilində baş verənlər Yaxın Şərq coğrafiyasında böyük xaos yaradacaq”. Bu barədə Abant İzzet Baysal Universitetinin beynəlxalq münasibətlər kafedrasının üzvü, professor Veysel Ayhan deyib. Onun sözlərinə görə, “mülayim İslam”a keçid sələfilikdən qopmaqdır və Səudiyyə Ərəbistanı bununla beynəlxalq sistemə inteqrasiya olunmağa çalışır. “Lakin bütün bunlar Səudiyyənin daxili məsələsi kimi dəyərləndirilməməlidir. Proseslər eyni zamanda regional və qlobal təsirlərə səbəb olacaq”, - deyə o bildirib. V.Ayhanın fikrincə, Livanın baş naziri Saad Haririnin istefa qərarı, Yəməndə husilərin Ər-Riyada raket hücumu cəhdi və Səudiyyə Ərəbistanında anti-korrupsiya əməliyyatı Yaxın Şərqdə yeni mərhələnin başlandığının göstəricisidir.

Qarabağa gedən 4 Türkiyə vətəndaşına cinayət işi açılıb

13 Noyabr 2017 16:44

Bu ilin sentybarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşlarına qarşı Türkiyədə cinayət işi qaldırılıb. Bu barədə Türkiyədəki qaynaqlarımızın verdiyi məlumatda deyilir. Məlumata görə, Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğalçı Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə cəzalandırılması istiqamətində qardaş ölkədə ilkin hüquqi addım atılıb.

Binəli Yıldırım: "Şiəliyin geniş yayılması region üçün ciddi təhlükəyə çevrilib" - VİDEO

13 Noyabr 2017 16:42

"Regionda şiəliyin geniş yayılması ciddi təhlükəyə çevrilib". Məlumata görə, bu fikirləri Türkiyənin baş naziri Binəli Yıldırım CNN telekanalına müsahibəsində bildirib.

İran XİN-in sözçüsü: “Ermənistan və bölgə ölkələri sionist rejimin Qafqazdakı hərəkətlərinə diqqət etməlidir”

13 Noyabr 2017 16:37

“Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfərinin dəqiq vaxtı hələ müəyyənləşməyib”. Bunu Tehran müxbirinin sualına cavabında İran XİN-in sözçüsü Bəhram Qasimi deyib.

Acunun arvadına görə 3 qadın tutuldu - 15-i axtarışdadır

13 Noyabr 2017 16:30

Acun Ilıcalı ilə bir müddət əvvəl evlənən Şeyma Subaşının başına iş gəlib. Subaşını sosial mediada təhqir edən, montaj olunmuş videolarını yayan 3 xanım polis tərəfindən saxlanılıb. 

Cənubi və Şimali Koreya arasında qalmaqal – Ordu hazır vəziyyətdə

13 Noyabr 2017 16:21

Şimali Koreya ordusu Cənubi Koreyaya sığınan əsgərini silahla yaralayıb.  Bu barədə Cənubi Koreya ordusu məlumat yayıb. Bildirilir ki, iki ölkə arasındakı neytral zonadan qarşı tərəfə keçən əsgər vurulduqdan sonra Cənubi Koreyada xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib.  Məlumata görə, Cənubi Koreya ordusu əsgərin vurulmasından sonra, Şimali Koreya tərəfindən gələcək təhlükənin qarşısını almaq üçün hazır vəziyyətə gətirilib.

Nalbandyan fransalı senatora Dağlıq Qarabağ m ünaqişəsindən danışıb

13 Noyabr 2017 16:20

Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan fransalı senator Kristofer Andre Frassa ilə görüşüb. Məlumata görə, Nalbandyan senatoru Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi  barədə məlumatlandırıb.

Hindistanda bərə çevrildi: 19 ölü

13 Noyabr 2017 16:16

Hindistanın cənub-şərqində, Andhra-Pradeş ştatında çay bərəsi qəzaya uğrayıb. Krişna çayında 38 sərnişini, 3 nəfərlik ekipajı olan bərə çevrilib. Hadisə nəticəsində ən azı 19 nəfər həlak olub, 4 nəfər itkin düşüb. 

Gürcüstan hökumətində ciddi kadr və struktur dəyişiklikləri aparıldı

13 Noyabr 2017 15:37

Gürcüstan hökumətində ciddi islahatlar aparılıb. Bu barədə Gürcüstan baş nazirinin rəsmi saytı məlumat yayıb. Dəyişikliklərə əsasən, Ətraf Mühitin Mühafizəsi Nazirliyinin səlahiyyətində olan Təbii ehtiyatlarla idarəetmə komponenti və Energetika Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil olacaq. Nazirliyi isə Maliyyə Nazirliyinə rəhbərlik etmiş Dmitriy Kumsişvili idarə edəcək. Gürcüstanın hazırkı iqtisadiyyat naziri Georgi Qaxariya isə daxili işlər naziri təyin edilib. O, həmçinin baş nazirin müavini vəzifəsini tutacaq. Gurcüstan "Dəmir Yolları” SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “ müdafiə naziri”nə 7 il iş istənildi

13 Noyabr 2017 15:16

"İqla" zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri" Samvel Babayana prokuror iş istəyib. İrəvanın Kentron və Nork-Maraş rayon məhkəməsinin bu gün keçirilən iclasında çıxış edən dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini tələb edib.  

“Çin hökmranlığa cəhd edir, Putin isə...” - SSENARİLƏR

13 Noyabr 2017 15:08

“Tramp əmindir ki, o yeni Kissincerdir. Eyni vaxtda, Rusiya dünyada xaos yayır və Çin hökmranlığa cəhd edir”. Bunu Amerika politoloqu və “Eurasia Group”un banisi İen Bremmer İtaliyanın “Corriere della Sera Cuzeppe” qəzetinin müxbiri Cuzepper Sarçina müsahibəsində deyib. Bremmer Vyetnamdan qayıdıb. O, Asiya-Sakit okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ATES) sammitini və ABŞ prezidenti Donald Trampla onun rusiyalı həmkarı Vladimir Putinin qısa görüşünü müşahidə edib.

Rusiyalı alim: “İranda zəlzələ daha 2 həftə davam edəcək”

13 Noyabr 2017 14:54

İranda zəlzələ baş verən bölgədə yeraltı təkanlar daha iki həftə davam edəcək. Bunu Rusiya Seysmoloji Proqnozlar Laboratoriyasının rəhbəri, geofizik alim Viktor Bokov bildirib. O qeyd edib ki, İran seysmoloji cəhətdən fəal bölgədə yerləşir: "Orada zəlzələ kifayət qədər tez-tez baş verir. Yeraltı təkanlar olan rayonda 1900-cü ildən belə güclü zəlzələ baş verməyib". V.Bokovun sözlərinə görə, güclü zəlzələlər adətən İranın şimal və ya qərb bölgələrində qeydə alınır.