Dünya

2022-ci ilədək “ağıllı” geyimin tədarük həcmi 31 milyonu ötəcək

13 Noyabr 2017 20:00

"ABI Research” analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə dünya bazarına 5 milyondan bir qədər az "ağıllı" geyim tədarük ediləcək, 2022-ci ildə isə daxili datçik və mikroçiplərin köməyi ilə istifadəçinin həyat göstəricilərini izləməyə imkan verən ağıllı" köynək, corab, ayaqqabı və başqa geyim predmetlərinin illik tədarük həcmi 31 milyonu ötəcək.

Yeni “Google” funksiyası restoranda gözləmə vaxtını öyrənməyə imkan verəcək

13 Noyabr 2017 19:50

“Google” şirkətinin istifadəçiləri üçün servislər vasitəsilə kafe və ya restoranda bu və ya digər masanın nə vaxt boşalacağını öyrənməyə imkan verən yeni funksiya istifadəyə verilib. Yeni funksiyadan “Google Maps” proqramında, eləcə də axtarış sistemində yararlanmaq mümkündür.

BMT-nin Baş katibi: “Qorxu və şübhələr süni intellektin inkişafını dayandırmamalıdır”

13 Noyabr 2017 19:30

Robot texnikasının inkişafı insan həyatına necə təsir göstərəcək? Yeni "Frankenşteyn" yaratmaq təhlükəsi varmı? Robotlara etik prinsipləri aşılamaq mümkündürmü? Bu və başqa suallar YUNESKO-da süni intellekt sahəsində ekspertlər tərəfindən müzakirə edilib.

“Microsoft” rəhbəri “iPad” istifadəçilərinə əsl kompüterlərdən istifadəni məsləhət görüb

13 Noyabr 2017 19:22

“Microsoft” korporasiyasının baş direktoru Satya Nadella Hindistana səfəri çərçivəsində onunla söhbət zamanı “Apple” şirkətinin “iPad” planşet kompüterindən istifadə edən iki jurnalistlə mübahisə edib. Mübahisəyə səbəb isə korporasiya rəhbərinin onlara “iPad” planşetini kənara qoyaraq əsl kompüterlərdən istifadəyə başlamağı tövsiyə etməsi olub.

“Apple” şirkəti “iPhone X” ekranı ilə bağlı problemləri etiraf edib

13 Noyabr 2017 19:15

“Apple” korporasiyası “iPhone X” qurğusunda sensor ekranla bağlı problem olduğunu etiraf edib. Belə ki, smartfon soyuq havada toxunuşlara reaksiya vermir. Şirkət tezliklə bu çatışmazlığı aradan qaldırmağı planlaşdırır.

Dünyada ən güclü kvant kompüter yaradılıb

13 Noyabr 2017 19:09

“IBM” şirkəti 50 kvant nüvəyə malik ilk kompüter prototipi yaradıb.  Mütəxəssislərin fikrincə, belə məhsuldarlıq kvant hesablamanın ənənəvi kompüterlərdən üstün olmasını deməyə əsas verir. Hesab olunur ki, 50 kubitdən çox gücə malik sistemlər adi kompüterlərin edə bilmədikləri modelləşdirmə və hesablamaları yerinə yetirirlər. Bundan başqa, şirkət istifadəçilər üçün 20 kubit məhsuldarlıqlı “Quantum Experience” “bulud” servisindən istifadəyə imkan yaradıb.  

Araşdırma: Ana südü ilə qidalanan körpələrdə qulaq xəstəlikləri az olur

13 Noyabr 2017 19:04

Texas Universiteti (ABŞ) alimləri araşdırma zamanı aşkar ediblər ki, ana südü ilə qidalandırılan körpələrdə süni süd alan körpələrlə müqayisədə qulaq xəstəliklərinə daha az rast gəlinir.

Uşağın ağlaması böyüklərin beyninə mənfi təsir edir

13 Noyabr 2017 19:00

Amerika alimləri maraqlı araşdırma aparıblar. Onlar uşağın ağlamasının böyüklərin beyninə olan təsirini araşdırıblar. Məlum olub ki, uşağın ağlaması böyüklərin beyninə mənfi təsir edir, diqqəti azaldır.

Putinlə Ərdoğanın görüşü başladı - Soçidə

13 Noyabr 2017 18:52

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında kiçik tərkibdə görüş başlayıb. Məlumata görə, bu görüşdən sonra liderlər geniş tərkibdə görüş keçirəcək, daha sonra mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.

İki gün sonra başlayır - Qaranlıq həyat 14 gün DAVAM EDƏCƏK

13 Noyabr 2017 18:50

Noyabrın 15-də Venera və Yupiter planetləri maksimal dərəcədə yaxınlaşacaq. Bu haqda Amerika Milli Kosmik Agentliyinin (NASA) əməkdaşı Çarlz Boden bildirib. O qeyd edib ki, Yer kürəsinin sakinləri bu hadisəni müşahidə edə biləcəklər. Astronomlar bunu unikal mənzərə adlandırırlar. NASA əməkdaşı söyləyib ki, Yupiter və Veneranın yaxınlaşması planetdə faciəli qaranlığa gətirib çıxaracaq. Bu hadisənin iki həftə davam edəcəyi bildirilir. “Hər şeyi unutduran qaranlığa hazırlaşın. Bu, artıq noyabrın 15-də başlanacaq”, - Amerika eksperti xəbərdarlıq edib.

Ərdoğan Rusiyaya yollandı: “Putinlə Qarabağı müzakirə etmək istəyirəm”

13 Noyabr 2017 18:48

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu gün baş tutacaq görüşü zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək istədiyini bir daha bəyan edib. Məlumata görə, bu barədə Türkiyə prezidenti səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ-da gecə klubunda atışma - Ölən və yaralananlar var

13 Noyabr 2017 18:48

ABŞ-ın Atlanta şəhərində gecə klublarının birində atışma baş verib. Hadisə nəticəsində iki nəfər həlak olub. Daha iki nəfərin yaralandığı bildirilir. Polisin verdiyi ilkin məlumatına görə, atışma mübahisə zəminində baş verib. Bir nəfər mübahisə etdiyi şəxslərə atəş açıb.

Yaxın 20 ildə insan və kompüter vəhdət təşkil edəcək

13 Noyabr 2017 18:45

“Google” şirkətinin futurizm və süni intellekt məsələləri üzrə mütəxəssisi Rey Kursveyl bu yaxınlarda Beynəlxalq münasibətlər üzrə şurada çıxışı zamanı bildirib ki, bəşəriyyətin kompüterlərin üsyanından qorxmasına ehtiyac yoxdur. Bundan başqa, gələcək məhz süni intellektlə bağlıdır. Onun sözlərinə görə, bu gün insanlar daha yaxşı inkişaf ediblər və müasir dünyada aclıq və yoxsulluq göstəricisi bəşəriyyətin bütün tarixi üzrə daha azdır. 3 milyard istifadəçi smartfondan istifadə edir, bir neçə il sonra bu göstərici 6  milyarda yaxınlaşacaq. Həmçinin Kursveyl hesab edir ki, gələcəkdə biz daha az bioloji varlıq olacağıq.

Yeni konseptual nəqliyyat sistemi təqdim olunub

13 Noyabr 2017 18:14

“Xoio” dizayner şirkəti və Şəhər Mobillik İnstitutu (IUM) tədqiqat layihəsi olan “Mobuno” konsepsiyasını təqdim ediblər. Layihə müasir nəqliyyat vasitələrinin bir konseptual avtomobildə birləşən imkanlarını nümayiş etdirsə də, bir avtomobili deyil, “Mobuno” avtomobilləri əsasında yaradılan bütöv nəqliyyat sistemini nəzərdə tutur.