Dünya

Erməni artilleriyaçılar öz hərbi hissələrini bombalayıblar

14 Noyabr 2017 12:05

Təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan orudsunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar. Belə ki, minaatan heyətinin səriştəsizliyi səbəbindən, atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. 

23 Avropa ölkəsindən tarixi addım - Pentaqona rəqib

14 Noyabr 2017 12:02

Fransa və Almaniyanın başçılığı ilə 23 Avropa ölkəsi ABŞ-dan asılılığı azaltmaq və qitənin müdafiə sahəsində daha sıx işbirliyi etmək üçün müdafiə razılaşması imzalayıb. Aİ ölkələrinin xarici işlər və müdafiə nazirləri tərəfindən razılaşmanın imzalanmasından sonra Aİ-nin xarici əlaqələr üzrə ali təmsilçisi Federika Moqherini mediaya açıqlama verib. O, müdafiə koordinasiyasını və silahların inkişaf etdiriməsini hədəfləyən razılaşmanın tarixi an olduğunu bildirib. Bu addım Avropa İttifaqının bir ordu qurması kimi şərh edilsə də, yaxın gələcəkdə belə bir ordunun qurulması ehtimal edilmir.

Ermənistanda məhkum qaçıb

14 Noyabr 2017 12:00

Ermənistanda məhkum qaçıb.  Hadisə İrəvanda baş verib. 30 yaşlı Telman Alaverdyan müalicə aldığı xəstəxanadan qaçıb.

Putin-Ərdoğan görüşündən sonra Lavrov Bakıya gəlir - Qarabağ GEDİŞİ

14 Noyabr 2017 11:48

Rusiya xarici işlər naziri Sergey Lavrov gələn həftə İrəvana və Bakıya səfər edəcək. Bu barədə Ermənistanın “168 jam” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Lavrov noyabrın 19-u Bakıda, 20-si isə İrəvanda olacaq. “Lavrov Məmmədyarovla-Nalbandyanın görüşü üçün gündəm formalaşdırmağa cəhd edə bilər. Bununla yanaşı, Lavrov həmsədrlərin də dəstəklədiyi planı təqdim edə bilər”, - deyə o bildirib.

Klinton istintaqa cəlb edilə bilər

14 Noyabr 2017 11:38

ABŞ ədliyyə nazirliyi Klintonlar ailəsinin fond fəaliyyəti və uran müqaviləsi ilə maraqlanır. Kanadanın "Uranium One" şirkətinin satışı da nazirliyin maraq dairəsindədir. ABŞ mətbuatının xəbərinə əsasən, federal prokurorlar bu məsələ ilə bağlı baş prokuror Ceff Seşnsin bəzi tapşırıqlarını tədqiq edirlər.  Baş prokurorun köməkçisi Stiven Boydun məktubunda deyilir: "Bu prokurorlar uyğun məsələlərdə birbaşa baş prokurora və onun müavininə tabe olacaqlar və tədqiq edilən məsələnin istintaqa cəlb edilib-edilməməsi barədə rəy verəcəklər".

Peskov Soçi görüşünü şərh etdi: “Detallar açıqlana bilməz”

14 Noyabr 2017 11:29

"Prezidentlərin görüşü zamanı elə mürəkkəb mövzulara toxunulub ki, onların detalları açıqlana bilməz".  Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanla Putinin Soçi görüşünü şərh edərkən deyib. O, ABŞ və Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə bağlı sualı cavablandırıb: “Danışıqlarda daha mürəkkəb mövzular var idi ki, detallar açıqlana bilməz”.

Dünya üçün yeni təhlükə: 5400 İŞİD-çi geri qayıdır

14 Noyabr 2017 11:27

Suriya və İraqdakı missiyalarını başa vuran 5400 İŞİD üzvü ölkələrinə qayıtmağa başlayıb.  Məlumata görə, 146 ölkəni təmril edən terrorçular bütün dünya üçün böyük təhlükədir.

ABŞ-ın Somali əməliyyatı: 40 ölü

14 Noyabr 2017 11:20

ABŞ 9-12 noyabr tarixlərində Somalidə İŞİD və Əl Şəbab terror təşkilatlarına qarşı 5 hava hücumu təşkil edib. Əməliyyat nəticəsində 40 terrorçu məhv edilib. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Rob Manninqin verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçulardan 4-ü İŞİD, 36-ı isə Əl Şəbab təşkilatının üzvüdür.

"Taliban"la atışmada 22 hərbçi öldü

14 Noyabr 2017 11:19

Əfqanıstanda "Taliban" terror qruplaşması ilə hərbçilər arasında silahlı qarşıdurma baş verib. Ölkənin Qəndəhar vilayətində hərbçilər və "Taliban" döyüşçüləri arasında silahlı insident zamanı 22-dən çox hərbçi ölüb.

Səudiyyə Ərəbistanından Fələstin liderinə ULTİMATUM: “İstefa ver”

14 Noyabr 2017 11:15

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın Fələstin lideri Mahmud Abbasa təzyiq göstərdiyi ortaya çıxıb. Şahzadə Fələstin liderindən ABŞ-ın Orta Şərq sülh planını qəbul etməsini tələb edib. Bu barədə İngiltərədə yayımlanan “Times” qəzeti məqalə yayımlayıb. Məqalədə Mahmud Abbasın bir həftə öncə paytaxt Riyada səfəri zamanı ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşnerin rəhbərliyi ilə hazırlanan sülh planının gündəm olduğu bildirilib. Bu zaman Şahzadə M.Abbasa “Tramp planı açıqlayan zaman amerikalılar nə təklif edərsə, onu qəbul et, ya da istefanı ver” deyib.

Bəşər Əsəd QUBALINI RAKETLƏ VURDU - TƏFƏRRÜAT

14 Noyabr 2017 11:13

Suriya və Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə təqsirləndirilən Rövşən Qədirov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Tillerson BMT-nin baş katibi ilə görüşəcək

14 Noyabr 2017 11:12

ABŞ-ın dövlət katibi Reks Tillersonun bu gün BMT-nin baş katibi Antoniu Quterres ilə görüşü gözlənilir. Manilada keçiriləcək görüş haqqında ilkin məlumat ABŞ-ın Dövlət Departamenti tərəfindən yayılıb.

Feysbuk bu xidməti LƏĞV EDİR: 6 fevraldan...

14 Noyabr 2017 11:05

Dünyanın ən məşhur sosial şəbəkələrindən olan feysbuka “bəyən” işarəsi ləğv edilir. Şirkət artıq bununla bağlı dəqiq tarix də açıqlayıb. 6 fevral 2018-ci ildən sosial şəbəkədə “bəyən” işarəsinin qismən qaldırılacağını bəyan edib. Bir müddət əvvəl feysbukda “bəyənməmək” (dislike) seçiminin əlavə ediləcəyi müzakirə olunurdu. Ancaq bunun narahatlıq yarada biləcəyi nəzərə alınaraq istifadəyə verilmədi.