Dünya

Rusiyadan ağır ittiham: ABŞ İŞİD-i dəstəkləyir

14 Noyabr 2017 14:10

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD terror təşkilatını dəstəkləyir. Məlumata görə, belə bəyanatlar Rusiya Müdafiə Nazirliyi çıxış edib.

Müəllimdən ŞOK HƏRƏKƏT: tələbələrini iş adı ilə KİŞİLƏRƏ SATIRMIŞ

14 Noyabr 2017 13:38

Ukraynada xoreoqrafiyadan dərs keçən məktəb müəllimi öz tələbələri olan qızları seks-köləlik məqsədilə Türkiyəyə satırmış. Zərərçəkənlər bu barədə REN TV-yə danışıblar.Nikolayev şəhərindən olan rəqqasın kriminal bizneslə məşğul olduğu ortaya çıxıb. “Türkiyəyə yola düşən qızlar əmin idilər ki, onlar yaxşı pul müqabilində gecə klubunda rəqqasə işləməyə gedirlər, ancaq nəticədə girovlara çevrilərək məcburi seksə sürüklənirdilər”, - deyə zərərçəkən bir qızın vəkili kanala bildirib.

Türk düşməni Stalinin Xəzəri yoxetmə planı

14 Noyabr 2017 13:34

Bir neçə ay əvvəl uzun illər DTK –ya (KQB) rəhbərlik edən İvan Serovun hərfi olaraq tərcüməsi bu şəkildə olan “ Çamadandan qeydlər” (“Записки из чемодана “)xatirələr kitabı əlimə keçdi. Kitabı oxuduğum zaman çox maraqlı bir məlumat gördüm , bu türklərə və bütün müsəlman xalqlara nifrət bəsləyən İosif Stalinin Xəzər dənizini neft üçün qurutmaq niyyəti olduğu haqqında absurd düşüncələri idi. İ.Serov bu mövzu ilə əlaqədar cəmi bir neçə kəlmə yazmışdı, ancaq mən bu məsələni araşdırmağa qərar verdim.

Yaxın Şərq yenidən çaxnaşmaya hazır vəziyyətdə

14 Noyabr 2017 13:31

Son bir neçə gündür ki, Ər-Riyad bütün diqqətləri özünə cəmləşdirib. İslam dünyasının mərkəzi kimi tanınan Səudiyyədə bir-birinin ardınca baş verən həbslər, müəmmalı qəza və ölkənin tanınmış bir neçə simasının həmin qəzada həlak olması, eləcə də qonşu Livanın baş nazirinin öz ölkəsini qoyub, gəlib Səudiyyədə istefa verməsi barədə bəyanatla çıxış etməsi Ər-Riyadın həm daxili, həm də xarici siyasətdə radikal addımlar atması kimi dəyərləndirilsə də, amma sadaladığımız amillər və proseslərin arxasında kənar təsirlərin olduğu da istisna edilmir. Hər halda Səudiyyə rəhbərliyinin Birləşmiş Ştatlarla sıx əməkdaşlığı belə deməyə əsas verir.

Birləşmiş Ərəb Əmirlikləri-İran qarşıdurması dövlətlərarası münaqişələr prizmasında

14 Noyabr 2017 13:29

Dövlətlərarası münaqişələr beynəlxalq münasibətlər sistemində mühüm yer tutur və onlar beynəlxalq münaqişələrin tərkib hissəsi hesab olunur. Dövlətlərarsı münaqişələri Beynəlxalq münaqişələrlə birləşdirən cəhətlər olduğu kimi onları bir-birindən ayıran xüsusiyyətlər də mövcuddur.

Radikalizmi dini inanclar üzərində qurulmuş bir düşüncə sistemi hesab etmək yanlışdır

14 Noyabr 2017 13:28

Son vaxtlar mətbuatda 200 azərbaycanlı qadının İŞİD-lə əlaqədə şübhəli bilinərək İraq ordusu tərəfindən həbs olunduqları barədə məlumatlar yayılıb. Keçən ay isə radikal qrupların sıralarına qoşulan azərbaycanlıların rəsmi statistikası açıqlandı. Açıqlamaya görə, bu günə qədər radikal qruplara qoşulan azərbaycanlıların sayı 900 nəfərdir.

Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələr aclıq aksiyasına başlayıblar

14 Noyabr 2017 12:47

İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir.  “Elmin İnkişafı Naminə” təşəbbüsünün üzvü David Petrosyan bu gün tələbələrdən 5-nin aclıq aksiyasına başladığını bildirib. D. Petrosyan da aclıq aksiyası keçirən tələbələr sırasındadır. Aclıq aksiyası edən beş tələbədən dördünün ordu sıralarında xidmət etdiyini nəzərə çatdıran D. Petrosyan deyib ki, onlar bu addımı atmaqla hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılması barədə qanun layihəsinə qarşı mübarizə aparırlar.

20 min müəllim işdən qovuldu - 10-cu sinif testini keçə bilməyiblər

14 Noyabr 2017 12:42

10-cu sinif şagirdlərinin bilik səviyyəsində hazırlanan testi keçə bilməyən 20 min müəllim işdən çıxarılıb.  Nigeriyada 20 mindən çox müəllim imtahandan kəsildikləri üçün işdən qovulublar. Ölkə prezidenti Muhammadu Buhari 20 min müəllimin imtahandan keçə bilməməsini faciə adlandırıb.

Məşhur musiqiçi Nobel Sülh mükafatçısını boykot etdi: "Utanıram"

14 Noyabr 2017 12:34

İrlandiyalı musiqiçi və insan haqları müdafiəçisi Bob Geldof Myanma lideri Aunq San Su Kyi ilə eyni mükafatı aldığına görə utandığını deyib. Musiqiçi Myanmada müsəlmanlara edilən təzyiqlərə görə ölkə liderini qınayıb. O, İrlandiya Respublikasının Myanma liderinə də verdiyi “Azadlıq” mükafatını geri qaytaracağını bildirib. B.Geldof verdiyi yazılı açıqlamada Su Kyinin ölkəsilə əlaqələndirilməsini xalqı üçün utancverici hərəkət olduğunu deyib.

İnternetin qadağan edildiyi və məhdudlaşdığı ölkələrin siyahısı açıqlandı

14 Noyabr 2017 12:31

ABŞ-da yerləşən “Freedom House” qurumu “İnternetdə sərbəstlik 2017” siyahısını təqdim edib. Qurum siyahını 65 ölkədə internet sahəsindəki qadağaları və məhdudiyyətləri araşdıraraq tərtib edib. Araşdırmalarda 32 ölkədə internetdən istifadə sərbəstliyinin bir öncəki ilə nisbətən mənfiyə doğru getdiyi ortaya çıxıb. Bu ölkələrə Ukrayna, Misir və Türkiyə də daxildir. Siyahının “bulanıq bilgi” və “yalan xəbər” bölməsində də Türkiyənin yer alması diqqət çəkib.

Çağatay Ulusoy Hollivudda ulduz olmaq istəyir

14 Noyabr 2017 12:26

Məşhur türkiyəli aktyor Çağatay Ulusoy Los – Ancelsdə məskunlaşacaq. Olaylar.az bildirir ki, aktyor Türkiyədə qazandığı uğuru Hollivudda da davam etdirmək istəyir. Los Ancelsdə 4 aylıq lüks villa kiraləyən Çağatay hər ay 35 min dollar ödəməli olacaq. Bununla yanaşı, onun günü 100 dollara xidmət edən lüks avtomobil icarəyə götürdüyü bildirilir.

İran-İraq sərhədində afterşoklar davam edir

14 Noyabr 2017 12:22

Ötən həftə sonu İran-İraq sərhədində baş vermiş dağıdıcı zəlzələdən sonra afterşoklar davam edir. Məlumata görə, təkcə son 12 saat ərzində azı beş yeraltı təkan qeydə alınıb. Qeydə alınan afterşoklar Rixter cədvəli 3.9-4.6 bal gücündə olub.

Bacısını öldürən kriminal-avtoritet belə tutuldu - Evdən çıxanlar dəhşətə gətirdi - VİDEO

14 Noyabr 2017 12:17

Bankir bacısını öldürən kriminal-avtoritet Erhan Timuroğlu ələ keçib. İstanbul Polis İdarəsi Cinayətlə Mübarizə Bölməsinin əməkdaşları "Qəsdən adam öldürmə" və "Üzərində silah gəzdirmə" cinayət əməllərinə görə axtarışda olan Erhan Timuroğlunu İstanbulun Sancaktepe rayonunda tutub. 

Yəməndə partlayış: ölən və yaralananlar var

14 Noyabr 2017 12:11

Yəmənin Ədən şəhərində partlayış baş verib. Avtomobillərdən birinə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Ölən və yaralananların olduğu bildirilir.