Məşhur musiqiçi Nobel Sülh mükafatçısını boykot etdi: "Utanıram"
İrlandiyalı musiqiçi və insan haqları müdafiəçisi Bob Geldof Myanma lideri Aunq San Su Kyi ilə eyni mükafatı aldığına görə utandığını deyib. Musiqiçi Myanmada müsəlmanlara edilən təzyiqlərə görə ölkə liderini qınayıb. O, İrlandiya Respublikasının Myanma liderinə də verdiyi “Azadlıq” mükafatını geri qaytaracağını bildirib. B.Geldof verdiyi yazılı açıqlamada Su Kyinin ölkəsilə əlaqələndirilməsini xalqı üçün utancverici hərəkət olduğunu deyib.
14 Noyabr 2017 12:34 Dünyaİrlandiyalı musiqiçi və insan haqları müdafiəçisi Bob Geldof Myanma lideri Aunq San Su Kyi ilə eyni mükafatı aldığına görə utandığını deyib. Musiqiçi Myanmada müsəlmanlara edilən təzyiqlərə görə ölkə liderini qınayıb. O, İrlandiya Respublikasının Myanma liderinə də verdiyi "Azadlıq" mükafatını geri qaytaracağını bildirib. B.Geldof verdiyi yazılı açıqlamada Su Kyinin ölkəsilə əlaqələndirilməsini xalqı üçün utancverici hərəkət olduğunu deyib.

Qeyd edək ki, Myanmanın Arakan əyalətində avqust ayından etibarən müsəlmanlara qarşı ordu və buddistlər tərəfindən soyqırımı həyata keçirilib. Əməliyyatlar nəticəsində minlərlə arakanlı həlak olub, 600 minə qədər insan Banqladeşə sığınıb. Birləşmiş Millətlər Təşkilatı hadisələri etnik təmizlik olaraq tanıyıb. Daha öncə Nobel Sülh mükafatı alan Su Kyi ordunun əməliyyatlarına reaksiya vermədiyi üçün Oksford Universiteti ona verdiyi "Azadlıq" mükafatını geri almışdı. Publika.az