Dünya

Kremlin “boz kardinalı”nın gənc arvadı ondan boşandı

14 Noyabr 2017 16:40

Rusiyanın “Rosneft” dövlət neft şirkətinin prezidenti, Kremlin “boz kardinalı” hesab edilən İqor Seçinin özündə 25 yaş gənc arvadı Olqa bu ilin iyun ayında ondan boşanıb. Lakin bu barədə mətbuata yalnız indi məlum olub. virtualaz.org xəbər verir ki, məlumatı “Super.ru” tabloidi yayıb. Bu, Seçinin ikinci nigahı idi. Onlar 2011-ci ildə evləniblər. Həmin vaxt Olqa Rusiya hökumətinin Aparatında işləyirdi. Aralarındakı 25 yaş fərqinə baxmayaraq Olqa onunla nigahdan çəkinməyib. Qeyri-rəsmi mənbələrə görə bu nigahdan onların Varvara adlı qızları var.

Gürcüstanda yanacaq bahalaşıb

14 Noyabr 2017 16:37

Gürcüstanda son 2 ayda yanacağın qiymətində artım müşahidə olunur.

Saakaşvilinin nənəsi öldü

14 Noyabr 2017 16:35

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin nənəsi Mziya Tsereteli ölüb. Bu barədə özünün “Facebook” səhifəsində Gürcüstanda dərc edilən “Xronika+” qəzetinin baş redaktoru Eliso Kiladze yazıb. Mziya Tsereteli 85 yaşında vəfat edib. Onun nəvəsinin siyasətrini dəstəklədiyi bildirilir. 

Yerevanda sahibkarlar yenə etiraza qalxdı

14 Noyabr 2017 16:34

Yerevandakı “Arinch Mall” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlar Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar həm də Vergi Məcəlləsi ilə bağlı imza toplayırlar.

Türkiyədə terrorçu PKK-nın əsas silahlılarından biri məhv edilib

14 Noyabr 2017 16:22

Terrorçu PKK qruplaşmasının Türkiyədəki əsas silahlılarından olan “Gülbahar” kod adlı Hülya Eroğlu zərərsizləşdirilib. Bu barədə ölkəninDaxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, noyabrın 2-də Türkiyənin Şırnak bölgəsində keçirilən antiterror əməliyyatı nəticəsində 31 terrorçu məhv edilib.

Rusiyanı bu layihədən imtinaya məcbur edirlər

14 Noyabr 2017 16:20

Avropada Rusiya Federasiyasını Şimal axını-2 layihəsindən imtina etməyə məcbur etməyə çalışırlar. Bunu Rusiyanın Baş naziri Dmitri Medvedyev jurnalistlərə açıqlamasında deyib. “Bu, bizim ölkəmizə təzyiqdir.

Dünyanı güclü qravitasiya dalğaları gözləyir – 10 ildə

14 Noyabr 2017 16:18

Yaxın 10 ildə Yerdə güclü qravitasiya dalğaları müşahidə ediləcək. Bu iddia ilə ABŞ-ın Uolliron Universitetinin olan tədqiqatçıları çıxış ediblər. Elm adamları indiyə qədər qara dəliklərin birləşməsinin səbəb olduğu "zəif" qravitasiya dalğalarını qeyd edə biliblər. Bu qravitasiya dalğalarının kütləsi Günəşdən 100 dəfə böyük olub.

İrandakı zəlzələ təxminən 12 min evi dağıtdı

14 Noyabr 2017 16:07

İranın İraqla sərhədində baş vermiş, 400-dən çox insanın öldüyü güclü zəlzələ nəticəsində dağılan evlərin sayı təxminən 12 min qeyd olunub. Bu rəqəmi İran üzrə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Morteza Salimi səsləndirib. Daha öncə İranın mədəni irs və turizm naziri Əli Əsgər Munesan bildrimişdi ki, zəlzələ nəticəsində bir neçə tarixi abidə də dağılıb.

Tereza Mey:Rusiya ilə əlaqə istəyirik, Kreml geri çəkilməlidir

14 Noyabr 2017 15:53

Londonun yeni soyuq müharibə və ya əbədi qarşıdurmaya deyil, Moskva ilə məhsuldar əlaqələrə ehtiyacı var. Bu barədə xarici siyasət üzrə illik məruzəsində Böyük Britaniyanın Baş naziri Tereza Mey danışıb. Baş nazir çıxışının əvvəlində Rusiyanı Krımı qanunsuz olaraq birləşdirməkdə, Donbas münaqişəsində iştirakda, kiberhücum və bir sıra ölkələrdə seçkilərin keçirilməsinə müdaxilədə ittiham edib: “Nə etdiyinizi bilirik və siz bu barədə uğur qazana bilməyəcəksiniz.

Rohincalı qadınlar Banqladeşdə fahişəliyə məcbur edilir

14 Noyabr 2017 15:50

Birləşmiş Millətlər Təşkilatı, bildirir ki, avqustdan bəri Rakxayndan qaçan yarım milyondan artıq rohinca müsəlmanı Banqladeşdə cinsi istismar riski ilə üzləşir.

WhatsAppdan YENİLİK

14 Noyabr 2017 15:00

WhatsApp proqramı ilə bağlı yenilikləri yaxından izləyən “WABetaInfo” saytı proqrama yeni xüsusiyyətlərin əlavə olunacağını elan edib.

İranda 1500 il əvvələ aid məzarlıq tapılıb

14 Noyabr 2017 14:58

1500 il əvvələ aid olduğu ehtimal edilən məzarlıqdan tapılan insan qalıqları dünya mediasının diqqətini çəkib. Ölkənin Loristan bölgəsində tapılan insan qalıqarının Sasanilər dövründə yaşayan insana aid olduğunu deyir. Lakin məzarın uzunluğu alimləri çaş-baş salıb. 2,3 metr uzunluğundakı məzarın içərisində dəfn edilən insanın boyunun 2 metr olduğu ehtimal edilir. Bu isə o dövr üçün səciyyəvi xarakter hesab olunmur.

Barzani: "Müstəqillik referendumunun ləğvi haqqında qərara tabe olacağıq”

14 Noyabr 2017 14:49

İraqın şimalındakı Kürd Muxtar Əyalətinin hökuməti mərkəzi hakimiyyətin sentyabrın 25-də muxtariyyətdə keçirilən "müstəqillik" referendumun nəticələrinin ləğv olunması barədə qərarına tabe olacağını açıqlayıb. 

Rusiya və Ermənistan birgə hərbi təlimlər keçirib

14 Noyabr 2017 14:40

Rusiya və Ermənistan birgə hərbi təlimlər keçirib. Bu haqda Rusiyanın Cənub Hərbi Dairəsi məlumat yayıb. Hərbi təlimlər Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasında keçirilib və orada xidmət edən rus hərbçilərlə yerli qüvvələr iştirak edib. Təlimdə Ermənistan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının vəsaitlərindən istifadə olunub.

Antalyada qasırğa 38 nəfərin yaralanmasına səbəb oldu

14 Noyabr 2017 14:32

Türkiyənin Antalya vilayətinin bəzi rayonlarında qasırğa tüğyan edib. Yerli mətbuat yazır ki, şiddətli yağıntı ilə müşayiət olunan qasırğa 38 nəfərin xəsarət almasına səbəb olub. Təbiət hadisəsi nəticəsində Kaş, Kemer və digər rayonlarda bir çox tikililərə ciddi ziyan dəyib. Xəsarət alanlar arasında xarici turistlərin olmadığı qeyd olunur.