Dünya

Üçüncü rübdə smartfonların satışı 2,7 faiz artıb

14 Noyabr 2017 19:28

Cari ilin üçüncü rübündə dünyada ümumilikdə 373,1 milyon smartfon satılıb. Bu, ötən ilin üçüncü rübündən 2,7 faiz və ikinci rübdən 7,4 faiz çoxdur. “IDC” analitik şirkəti qeyd edir ki, bunun ən yüksək nəticə olmamasına baxmayaraq növbəti rübün bayram mövsümünə təsadüf etməsindən bazarda artım tempi davam edəcək.  

İnformasiya texnologiyaları bazarında sürətli artım gözlənilir

14 Noyabr 2017 19:19

“Forrester Research” tədqiqat şirkəti dünya informasiya texnologiyaları bazarında proqram təminatı və konsaltinq xidmətləri sayəsində sürətli artım proqnozlaşdırır. Ekspertlərin gözləntilərinə görə, 2017-ci ildə qlobal proqram və aparat təminatının, eləcə də servislərin satış həcmi ötən ilə nisbətən 3,4 faiz artacaq.  2018-ci ildə bu xərclər 4 faiz artaraq 3 trilyon təşkil edəcək.

Həkim lisenziyası əldə etmiş süni intellekt proqramı təqdim olunub

14 Noyabr 2017 19:13

Çinin "iFlyTek" şirkəti öz süni intellekt proqramı üzərində 4 il müddətində işləyib. Nəticədə süni intellekt proqramı yerli tibbi ali məktəbə qəbul imtahanlarına hazırlaşıb və bütün testləri uğurla verib. İmtahanın nəticələrinə görə süni intellekt proqramına həkim lisenziyası verilib.

Aktyor inandırıcı olmaq üçün biləyini kəsdi

14 Noyabr 2017 19:04

"Fazilet hanım və kızları" serialında Sinan Egemen obrazını canlandıran aktyor Alp Navruzun başına çəkiliş vaxtı bədbəxt hadisə gəlib. Ssenariyə əsasən, əlini pəncərəyə çırpmalı olan aktyorun biləyi kəsilib. Alp Dəniz Baysalla mübahisə səhnəsində inandırıcı olsun deyə, əlini zərbə ilə pəncərəyə çırpıb. Nəticədə qırılan şüşələr aktyorun biləyini kəsib.

Türkiyənin baş naziri: “Raqqanı İŞİD-dən təmizləməkdənsə, onları dəstəkləyirlər”

14 Noyabr 2017 19:00

“Raqqanı terrorçu İŞİD-dən təmizləmək yerinə, onlara silahları ilə birlikdə çıxmalarına dəstək veriblər”.  Bunu ölkənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının üzvləri qarşısında ABŞ-a səfəri ilə bağlı çıxışı zamanı bildirib.

Ardadan gözlənilməz qərar: "Daha çəkilməyəcəyəm"

14 Noyabr 2017 18:50

“Türkiyənin Leonardo Di Kapriosu” adlandırılan aktyor Arda Kural psixologiyası düzəldikdən sonra yenidən karyerasına qayıtmışdı. Arda bundan sonra heç bir filmə, seriala çəkilməyəcəyini açıqlayıb. Belə ki, o, bu sahəni “saxta dünya” adlandırıb:  “Mən populyar mədəniyyətə xidmət etmirəm.

Hindistanda tunel qazıb bankı soydular

14 Noyabr 2017 18:40

Hindistanda filmlərdə görülən qarət hadisəsi baş verib. Bank yaxınlığındakı dükanı kirayəyə götürən oğrular tunel qazaraq bankı soyublar. Həftə sonu banka girən qarətçilər 250 min dollar pul və zinət əşyaları aparıblar. Hadisə Mumbay şəhərində baş verib. Bankın filialını soyan oğrular 12 metrlik tunel qazıblar. Bir metr eni olan tuneli qazmaq üçün oğrular bankın yanındakı dükanı 6 ay əvvəldən kirayəyə götürüblər.

Yaponiya Rusiya ilə razılığa gəlmək niyyətindədir - Kuril məsələsində

14 Noyabr 2017 18:35

Yaponiya Cənubi Kuril adaları ilə bağlı məsələdə Rusiya ilə razılıq əldə etmək üçün işləməyə hazırdır. Məlumata görə, bunu Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib. Onun sözlərinə görə, dörd ada ilə bağlı razılıq üçün Yaponiya mərhələli şəkildə danışıqlar keçirmək niyyətindədir.

Aktrisa ərinin xəyanətinə inanmadı - "Keçmiş arvadının işidir"

14 Noyabr 2017 18:30

Aktrisa Yeliz Yeşilmen əri Ali Uğur Akbaş tərəfindən aldadılması iddiasını qəbul etməyib.  “Söylemezsem olmaz” verilişində aktrisanın ərinin ona başqa qadınla xəyanət etdiyi deyilib.

Şahanla eyvanda öpüşən aktrisaya gözlənilməz məhkəmə qərarı

14 Noyabr 2017 18:25

7 il əvvəl eyvanda aktyor Şahan Gökbakarla öpüşərkən çəkilmiş şəkillərinin mediada yayımlanmasına görə məhkəməyə müraciət edən aktrisa Berrak Tüzünataç gözləmədiyi cavab alıb. 2010-cu ildə İstanbul məhkəməsinə ərizə yazan Berrak təzminat kimi media orqanından 50 min lirə (təxminən 25 min dollar) tələb etmişdi. 

Fransada TERROR: yoldan keçənlər atəşə tutuldu

14 Noyabr 2017 17:51

Fransanın Nitsa şəhər limanının yaxınlığından keçən insanlar naməlim şəxslər tərəfindən atəşə tutulub. Bu haqda “Nice Matin” qəzeti yazıb.

Gürcüstanda 5 Azərbaycandilli məktəb təmir olunur

14 Noyabr 2017 17:45

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda 5 məktəb təmir olunur. Məlumata görə, bunu Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev deyib. O bildirib ki, Kosalı, Qaçağan və digər kənd məktəbləri "Millenium" proqramı çərçivəsində əsaslı təmir olunur: "Gürcüstanda milli azlıqların məktəblərinin təmiri əsas prioritetlərdən biridir və Təhsil və Elm Nazirliyi bu məktəbləri diqqətdə saxlayır".

Rusiya Müdafiə Nazirliyi özünü biabır etdi - ABŞ-a gülünc ittiham - VİDEO - FOTO

14 Noyabr 2017 17:28

Bu gün Rusiya Müdafiə Nazirliyi rəsmi Twitter hesabından Amerika Birləşmiş Ştatlarını İŞİD-ə dəstək olmaqda ittiham etmişdi. Buna dair sübut olaraq isə hərbi təyyarədən çəkilən şəkilləri paylaşmışdı.

İtaliyada əməliyyat - 70 kiloqram həşiş müsadirə olundu

14 Noyabr 2017 17:22

İtaliyanın Siciliya adasında polisin keçirdiyi əməliyyat nəticəsində 70 kiloqram həşiş narkotik vasitəsi müsadirə olunub. Məlumata görə, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.

Moskvada əməliyyat - 70-ə yaxın ekstremist saxlanılıb

14 Noyabr 2017 16:50

Moskvada fəaliyyəti qadağan olunmuş “Təbliği Camaat” ekstremist təşkilatının üzvləri saxlanılıb. Məlumata görə, şəhər ərazisində həyata keçirilən əməliyyatlar nəticəsində təşkilatın 69 üzvü saxlanılıb. Əməliyyat nəticəsində polis həmçinin ekstremist ədəbiyyat, rabitə vasitələri və elektron məlumat daşıyıcılarını müsadirə edib.