Dünya

15 min alim bəşəriyyət üçün ən böyük təhlükəni açıqladı

15 Noyabr 2017 09:30

Dünyanın 184 ölkəsindən 15 mindən çox alim yayımladığı müraciətdə bəşəriyyətə ən böyük təhdidlərin adlarını açıqlayıb. Müraciət “BioScience” jurnalında dərc olunub. Qeyd olunur ki, planetin ekosistemi üçün ən böyük təhdid qlobal istiləşmədir.

Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb: ölənlər var

15 Noyabr 2017 09:29

Rusiyada yüngül mühərrikli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə "RT" məlumat yayıb. İlkin məlumata görə, hadisə Xabarovsk diyarında, təyyarə eniş edərkən baş verib. Hadisə nəticəsində 8 nəfər həlak olub.

Pentaqon Rusiyanın ittihamlarını rədd etdi

15 Noyabr 2017 07:43

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın başçısı Rayan Dillon Rusiya Müdafiə Nazirliyinin koalisiya qüvvələrinin İŞİD-ə yardım etməklə bağlı iddialarını sübutsuz adlandırıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Bunlar sübutsuz, qeyri-dəqiq və tamamilə yanlışdır", - deyə R.Dillon bildirib.

69 ekstremist saxlanıldı - RUSİYADA

15 Noyabr 2017 07:28

Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşlarının Moskva regionunda birgə keçirdikləri əməliyyat nəticəsində “Təbliği Camaat” beynəlxalq ekstremist təşkilatının 69 üzvü saxlanılıb.   Gizli şəkildə fəaliyyət göstərən qruplaşmaya Orta Asiya ölkələrindən olan şəxslər rəhbərlik edib, saxlanılan ekstremistlər arasında Rusiya vətəndaşlarının da olduğu bildirilir.

9 hərbçi həlak oldu - YƏMƏNDƏ

15 Noyabr 2017 07:22

Yəmənin Aden şəhərində Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən xüsusi qüvvələrin qərərgahında partlayış törədilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, qərargahda partlayıcı qurğunun işə düşməsi nəricəsində 9 hərbçi həlak olub.

Albayrak Bakıya səfər edəcək

15 Noyabr 2017 07:19

Gələn ilin əvvəlində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycana rəsmi səfər edəcək. Bunu Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehmet Ali Bərbər xarici jurnalistlərlə görüşündə bildirib.

14 yaşlı terrordan şübhəli bilindi

15 Noyabr 2017 07:18

Londonda polis əməkdaşları terrorçuluqda şübhəli bilinən 14 yaşlı qızı saxlayıblar. Saxlanılan şəxsin kimliyi və milliyyəti açıqlanmır. Onun terror aktının hazırlanmasında əli olduğu bildirilir.

İrandakı zəlzələ Nurgülü qorxutmadı - "Qayıtmayacağam"

14 Noyabr 2017 20:03

“Gözəl cin” filminin çəkilişi üçün Tehranda olan türk aktrisa Nurgül Yeşilçay da İran-İraq sərhədində baş vermiş zəlzələnin dəhşətindən danışıb.  Aktrisa zəlzələ vaxtı oteldə olduğunu deyib: “Çəkilişdən yenicə qayıtmışdım. Otağımda dincəlirdim. Qəfil zəlzələ oldu, silkələnmə başladı. Dərhal otelin qəbul şöbəsinə zəng etdim. “Qorxulu heç nə yoxdur” dedilər. Çox şükür, yaxşıyam. Çəkilişləri bitirmədən qayıtmayacağam”. 

Acuna məhkəmə şoku - 165 min təzminat verəcək

14 Noyabr 2017 19:55

Aparıcı-prodüser Acun İlıcalı haqqında şikayət ərizəsi verilən məhkəməni uduzub.  TV8 kanalının sahibinin “O səs Türkiyə” və “Risingstar” yarışmalarında Fatma Fikret Şenesin mahnıları icazəsiz istifadə olunmuşdu. 

Nazik fotoelement işığın köməyilə istənilən telefonu enerji ilə dolduracaq

14 Noyabr 2017 19:50

Günəş enerjisi sahəsində həllərin hazırlanması üzrə ixtisaslaşmış “Dracula Technologies” şirkətinin fizikləri tərəfindən ixtira edilmiş plastiklər işığın köməyi ilə istənilən telefonu enerji ilə doldurmağa imkan verir. İstənilən forma və rəngdə olan nazik və elastik fotoelementlər adi şırnaqlı printerdə çap edilə bilər.

Noyabrın birinci yarısı üzrə ən yaxşı smartfonların reytinqi dərc edilib

14 Noyabr 2017 19:42

“Gsmarena” saytında noyabrın birinci yarısı üzrə dünyada 10 ən populyar smartfonun reytinqi yerləşdirilib. Çin şirkətinin “Oppo F5” smartfonu sözügedən reytinqdə birinci yeri tutub. Məlumdur ki, reytinqin tərtibi zamanı mütəxəssislər bu və ya digər cihazla bağlı populyar axtarış sistemlərində sorğuların sayını əsas götürüblər. Statistikanın araşdırılması zamanı məlum olub ki, Çin şirkətinin “Oppo F5” smartfonu reytinqdə birinci yerdə qərarlaşıb. İkinci yerdə “iPhone X” smartfonu yerləşib. Kifayət qədər yaxşı ön kameraya malik “Xiomi Redmi Y1” smartfonu üçüncü yeri tutub.

Gələn il üç yeni “Apple” smartfonu buraxılacaq

14 Noyabr 2017 19:35

“Apple” şirkəti 2018-ci ildə “iPhone X” modeli əsasında üç yeni smartfon buraxa bilər. Bu barədə “Macrumors” portalı “KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuonun hesabatına istinadən məlumat verib. Proqnozlara görə, iki yeni model 5,8 və 6,5 düym diaqonallı (bir düym üçün müvafiq olaraq 458 və 480-500 piksel təsvir ölçülü) “OLED” ekranla, üçüncü model isə 6,1 düym diaqonallı (bir düym üçün 320-330 piksel) “LCD” displeylə təchiz ediləcək.