Dünya
Rusiya Dövlət Duması əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanun qəbul edib
Rusiya Dövlət Duması əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanuna düzəlişləri qəbul edib. Bu gün Dövlət Dumasının keçirilən iclasında qanuna düzəlişlər ikinci oxunuşda qəbul olunub.
Alman kəşfiyyatından xəbərdarlıq: Rusiya geri döndü...
Rusiya – qlobal siyasi oyunçu meydanına geri döndü. Bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal danışıb. Onun sözlərinə görə, Rusiya Avropada lider mövqeyini qaytarmağa cəhd edir. “Bu prosesə Avropa Birliyinin zəifləməsi və ABŞ-ın sıxışdırılması daxildir. Başqa sözlə desək, Avropanın təhlükəsizliyi sahəsində tərəfdaş əvəzinə Rusiyanın potensial təhlükəsi mövcuddur”, - Kal deyib. Kəşfiyyat rəhbəri həmçinin Rusiyanın Avropa üçün çox narahat qonşu olacağını bildirib.
Erməni gənclər ayağa qalxdı: Parlamentə giriş bağlandı
Ermənistan parlamentinin önündə tələbələrin etiraz aksiyası başlayıb. Tələbələr parlamentdən az öncə hərbi xidmətdən möhlət hüququnun verilməməsi barədə qanunun ləğv edilməsini tələb edirlər. Etirazçılar qarşısında çıxış edən “Elmin inkişafı naminə” hərəkatının üzvü Vaqan Kostanyan parlamentin tələbələrin etiraz səsini eşitmədiyini bildirib: “Parlament bizim səsimizi eşitmir. Buna görə də biz parlament binası qarşısında səssiz aksiyaya başlayırıq. Biz təslim olmayacağıq”. Bundan sonra tələbələr parlamentə avtomobillərin girişini təmin edən yolu bağlayıblar.
ABŞ-dan “öldürücü” QƏRAR - Ukraynaya cəbhəboyu hücum BAŞLAYA BİLƏR
ABŞ Konqresinin Nümayəndələr Palatası təhlükəsizlik sahəsində yardım üçün Ukraynaya 350 milyon dolların verilməsi barədə qərarı qəbul edib. Bu haqda Ukraynanın ABŞ-dakı səfirliyinin feysbuk səhifəsində deyilir. “ABŞ Konqresinin Nümayəndələr Palatası “2018-ci ildə milli müdafiənin ehtiyacları üçün ABŞ-ın büdcəsi” haqqında qanun layihəsini bəyənib. Qanun layihəsi Ukraynaya təhlükəsizlik sahəsində yardım üçün 350 milyon dolların ayrılmasına icazə verir. Bu məbləğ yardımın ötənilki səviyyəsinə uyğundur”, - səfirlik açıqlayıb.
Çində zəncirvari qəza - 30-dan çox avtomobil toqquşdu
Çinin Anhoy əyalətində 30-dan çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Məlumata görə, toqquşmadan sonra avtomobillərdən 4-ü yanmağa başlayıb. Xilasedicilər 17 nəfəri xilas edə bilib. Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.
Məşhur xanımdan Ronaldo ilə bağlı şok sözlər: "Otağa girən kimi..." - FOTOLAR
“Ayla”dan üzücü XƏBƏR
Festivallarda Türkiyəni uğurla təmsil edən “Ayla” filmindən üzücü xəbər gəldi. Olaylar.az bildirir ki, film Koreya qazisi Süleyman Dilbirliyinin həyatından bəhs edir. Yayılan xəbərə görə 91 yaşlı qazi səhər saatlarında xəstəxanaya yerləşdirilib.
Ermənistanda hərbi möhlət hüququ ləğv edilir
Ermənistan Milli Assambleyası Hərbi Xidmət və Hərbi Qulluqçunun Statusu haqda qanunu ikinci, yəni sonuncu oxunuşda qəbul edib. 86 nəfər lehinə, 6 nəfər isə əleyhinə səs verib.
Terrorçuların 4 lideri məhv edildi — İŞİD-in “vuran əli” kəsildi
ABŞ-ın rəhbərliyi altında olan koalisiya qüvvələri Suriya və İraqda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib. Bu barədə koalisiya qüvvələrindən məlumat verilib. Verilən məlumata görə, əməliyyat koalisiya qüvvələrinin qırıcıları tərəfindən keçirilib.
Rusiyada sərnişin təyyarəsi qəzaya düşdü - Hamı öldü, 4 yaşlı uşaq isə...YENİLƏNİB
Vəkili Rza Zərrabdan XƏBƏR ALA BİLMİR
Əvvəlcə azad edildiyi deyilən, daha sonra isə ABŞ-da həbsdə olduğu iddia edilən Rza Zərdab haqqında məlumat verilmir. İran əsilli türk vətəndaşı Rza Zərrabın ABŞ Ədliyyə Nazirliyinə bağlı Federal Həbsxanaları Bürosunun rəsmi internet səhifəsindəki “09135-104” seriyalı rəsmi sənədə görə, 8 noyabr 2017-ci tarixində azad olduğu qeyd olunmuşdur.
Səudiyyə Ərəbistanı qadınlarla bağlı daha bir QƏRAR verdi
Səudiyyə Ərəbistanında qadınlara dörd sahədə işləməyə icazə veriləcək. Bu barədə Səudiyyə Ərəbistanı Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, qadınlar artıq sosial, hüquqi, dini araşdırmaçı və idarəetmədə köməkçi vəzifələrində işləyə biləcəklər. Beləliklə, Riyad hökuməti 2030-cu ilə qədər qadınların iş həyatındakı aktivliyi 22%-dən 30%-ə qaldırmağı hədəfləyir.
Ərdoğanla Putinin İrəvanı qorxuya salan QARABAĞ RAZILAŞMASI: Lavrovun Bakı səfərinin İKİ SİRRİ
Noyabrın 13-də Soçidə baş tutan Ərdoğan-Putin görüşündən dərhal sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfər edəcəyi haqda informasiyasının ortaya çıxması Ermənistanda narahatlığa səbəb olub.
Türkiyəli biznesmen Bakıdakı evində ölü tapılıb
Bakıda Türkiyə vətəndaşı evində ölü tapılıb. Məlumata görə, Nəsimi rayonu, Əzizbəyov küçəsi 195 ünvanında yaşayan Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü Musa Kazım Siliz yaşadığı evdə xəstəlikdən ölüb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Metroda qatarlar toqquşdu
Sinqapurda metroda qatarlar toqquşub. Qatarların toqquşması nəticəsində 23 sərnişin xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta qiymətləndirilir. Hadisənin təfərrüatları ilə bağlı bildirilir ki, hərəkətdə olan qatar dayanmış vaqaonlara çırpılıb.














