Rusiyalı aktyor Vitali Şapovalov vəfat edib
15 Noyabr 2017 07:06 DünyaSSRİ-nin və Rusiyanın teatr və kino aktyoru, RSFSR xalq artisti Vitali Şapovalov keçirdiyi cərrahi əməliyyatdan sonra 79 yaşında vəfat edib.
"Report" TASS-a istinadən xəbərə verir ki, bu barədə mərhumun çalışdığı teatrdan bildiriblər. Aktyorun son günlər səhhətində ciddi problemlərin müşahidə olunduğu qeyd edilir.
1968-cı ildə Şükin adına Teatr Məktəbini bitirən V.Şapovalov onlarla ekran əsərində rol alıb. Bunlar arasında "Evə gedən yol" filmini, "Kamenskaya" serialını, "Puqaçov"u, "Usta və Marqarita"nı, "Boris Qodunov"u və s. teatr tamaşalarını qeyd etmək olar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31