Dünya
30 il özünə ilan zəhəri vurdu və ...
İngiltərəli musiqiçi Stiv Lyudvin 30 il ərzində özünə ilan zəhərindən inyeksiyalar edib. Bunun nəticəsində onun səhhəti qaydaya düşüb, çox xəstəlikləri sağalıb. Alimlər onun qanının antitelindən ilk donor antiteli yaratmaq qərarına gəliblər. Bu antitel minlərlə insanı ilan zəhərindən qoruya bilər.
Gürcü demokratiyasının növbəti ideoloji qalası qurulur
Qonşu Gürcüstan sürətlə Avropaya, Qərbə meyil götürüb. Avropalaşma, qərbləşmə bu ölkədə sürətli proses aldığından bəzən Gürcüstanı ironiya ilə hətta Avropanın bir parçası kimi xarakterizə edirlər. Bu günlərdə isə Tbilisidə qeyri-adiliyi ilə seçilən məşhur “Berlin divarı”nın kiçik bir hissəsinin açılış mərasimi keçirilib.
Amerika və Rusiyanın sülhməramlı missiya yerləşdirmək istəyi
Birləşmiş Ştatlarla Rusiya arasında regional maraqlar uğrunda mübarizə yeni bir mərhələyə qədəm qoyur. Bu dəfə Vaşinqton və Moskva üçün daha çox Cənubi Qafqaz və Ukrayna xüsusi önəm kəsb edir. Daha doğrusu hər iki güc mərkəzi fərqli-fərqli cəbhələrdə bir-birinə qarşı güc nümayiş etdirir.
Britaniya “Breksit” üçün 60 milyard ödəyəcək
Avropa İttifaqından çıxış üçün Böyük Britaniyanın borcu ən azı 60 milyard avro təşkil edəcək. Bu haqda Avropa Parlamentinin sədri Antonio Tayani bildirib. O bildirib ki, bu məbləğ Britaniya tərəfindən ödənilməyəcəyi halda fərqi örtmək öhdəliyi Avropa İttifaqının başqa ölkələrinin üzərinə düşəcək.
İntihar edən ərinin üzü başqasına köçürüldü - Qadın həmin şəxslə görüşdü - VİDEO
ABŞ-da intihar edən bir kişinin üzü illər öncə özünü tüfənglə sifətindən vuran və üzünü itirən bir başqa adama köçürülüb. Minnesotada yaşayan Lilly Ross adlı qadın keçən il həyat yoldaşını itirib. Kalen Ross adlı şəxs canına qıymışdı. ABŞ-ın Vayominq ştatında yaşayan 32 yaşlı Endi Sandniss isə 2006-cı ildə, 21 yaşı olarkən intihara təşəbbüs edib, ancaq sağ qalmışdı. Çənəsinə dayadığı tüfəngdən atəş açan Sandniss üzünün böyük hissəsini itirsə də sağ qalıb. O gündən sifətinin böyük bir hissəsi olmadan yaşayan və insan içinə çıxmaqdan çəkindiyini söyləyən adamın həyatı Kalen Rossun intiharı ilə dəyişib.
Ata 12 yaşlı oğlunu işgəncə ilə öldürdü
Türkiyədə dəhşətli qətl hadisəsi törədilib. Türkiyənin Kayseri şəhərində ata 12 yaşlı oğlunu nadinclik etdiyinə görə işgəncə ilə öldürüb. Hasan E. adlı 43 yaşlı kişi 12 yaşlı oğlunu nadinclik etdiyinə görə qətlə yetirib. O, oğlunu əvvəlcə 3 təkərli velosipedin arxasına mindirərək sürüyüb, sonra da boğaraq öldürüb.
ABŞ kəşfiyyatının keçmiş rəhbəri: “Tramp Putindən qorxur”
Vyetnamda Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra ABŞ prezidentinin “Rusiya ilə çox yaxşı münasibətlər” barədə bəyanatı onu göstərir ki, Tramp Putinin təsiri altına düşüb. Bunu dünən CNN telekanalının efirində ABŞ-ın milli kəşfiyyat idarəsinin keçmiş direktoru Ceyms Klepper və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Con Brennan deyiblər.
İrəvanda tələbələrin etirazı davam edir - Canlı yayım
Ermənistanda artıq ikinci həftədir ki, tələbələrin “hərbi xidmət və hərbçilərin statusu haqqında” qanun layihəsinə etirazları davam edir. Tələbələr hazırda İrəvan Dövlət Universitetinin qarşısında etiraz aksiyası keçirir. Ermənistan Dövlət Təhlükəsizliyi İdarəsi tələbələrə etiraz aksiyalarını dayandırmaq barədə xəbərdarlıq edib. Etiraz edən tələblər dünən baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Görüşlər nəticəsiz qalıb.
AĞLASIĞMAZ HADİSƏ: 22 yaşlı oğlan əsgərlikyə getməmək üçün elə bir addım atdı ki...
Vinnitsa şəhərinin gənc sakini əsgərlikdən yayınmaq üçün öz nənəsinin bacısı ilə evlənib. Bu barədə “Uktainskiye Vesti” qəzeti məlumat yayıb. Hərbi komissarlıqdan qəzetə bildirilib ki, 22 yaşlı Aleksandr çağırış vərəqəsini 25 oktyabrda alıb və artıq 6 gün sonra komissarlığa nikah haqqında qeydiyyat şəhadətnaməsi təqdim edib. "Ata çağırışçını hərbi komissarlığa gətirərək, dedi ki, o, orduya getməyəcək, çünki evlidir və onun xanımı birinci qrup əlildir", - hərbi komissar Aleksandr Danilyuk təəccübünü gizlətmir. Məlumat üçün onu da qeyd edək ki, gəncin evləndiyi Zina adlı qoca qadın onun ata tərəfdən nənəsinin bacısıdır. Hüquqşünasların sözlərinə görə, himayəni rəsmiləşdirmək təcrübəsi indi Ukraynada geniş yayılıb.
Putin seçkilərlə bağlı qərarını nə vaxt açıqlayacaq? - SSENARİLƏR
Kremldə Rusiya prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində iştirakı ilə bağlı ssenarilər müzakirə edilir. RBK telekanalının mənbələrinə görə, iki yanaşma mövcuddur. Birinci yanaşma ondan ibarətdir ki, Putin Federasiya Şurası tərəfindən seçkilərin dəqiq vaxtı açıqlanandan sonra istəyini açıqlayacaq. Parlamentin yuxarı palatası seçkilərin dəqiq tarixini 7-17 dekabr tarixlərində elan edəcək.
3 min illik qala tapıldı
Türkiyədə, Van gölü ətrafında, suyun dərinliklərində aparılan araşdırmalar zamanı 3 min il əvvələ aid olduğu ehtimal olunan qalanın qalıqları tapılıb. Tarixi qala Van gölündə suyun səviyyəsinin normadan artıq (təxminən 160 metr) qalxması nəticəsində su altında qalıb. Arxeoloqların fikrincə, sözügedən qala Urartu dövlətinin dövründə inşa edilib.
"Ronaldo məndən seks üçün istifadə etdi" - Nataşadan ittiham
“Kriştiano Ronaldo məni seks üçün istifadə edib”. Bu iddia ilə portuqaliyalı model Nataşa Rodriges çıxış edib. Nataşa bildirib ki, Ronaldonun sevgilisi Corcina Rodriges hamilə olarkən portuqaliyalı ulduz onunla yatıb: “Ronaldonun Corcina ilə sevgili olmasından xəbərsiz idim. Onunla uzun müddət yazışdıqdan sonra görüşdük. Həqiqətən də Ronaldo ilə üz-üzə gəlmək xoş idi. Kriştiano ilə birlikdə gecə keçirdik. İndi başa düşürəm ki, o, məndən seks üçün istifadə edib. Amma yenə də təəssüflənmirəm. Çünki onunla bir gecə keçirmək mənim arzum idi”.
Erməni iş adamının maşını atəşə tutulub
Ermənistanın Qeqarkunik rayonunda atışma baş verib. “İMPİQRA” tikinti şirkətinin rəhbəri Rubenin avtomobili Karçaxpur kəndində atəşə tutulub. Məlumata görə, hüquq-mühafizə orqanları atəş açan şəxsin kimliyini müəyyənləşdirib.
Rusiyada iflas səviyyəsi tarixi maksimuma yaxınlaşır
Bu ilin sentyabr ayında Rusiyada şirkətlərin iflas səviyyəsi 2009-cu ilin oktyabr ayında qeydə alınan tarixi maksimuma yaxınlaşıb. Bu məlumat Makroiqtisadi Təhlillər və Qısamüddətli Proqnozlaşdırma Mərkəzi tərəfindən hazırlanan icmalda verilib.
Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası genişlənir
Yerevan Dövlət Universiteti tələbələrinin “Elmin inkişafı naminə” şüarı ilə keçirdikləri etiraz aksiyasına Ermənistanın başqa ali məktəblərində təhsil alanlar da qoşulacaq. Bunu “Elmin İnkişafı Naminə” hərəkatın korrdinatoru David Petrosyan bildirib. Onun sözlərinə görə, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir: "Bunu da ölkədə hamı bilir".














