İrəvanda tələbələrin etirazı davam edir - Canlı yayım
Ermənistanda artıq ikinci həftədir ki, tələbələrin “hərbi xidmət və hərbçilərin statusu haqqında” qanun layihəsinə etirazları davam edir. Tələbələr hazırda İrəvan Dövlət Universitetinin qarşısında etiraz aksiyası keçirir. Ermənistan Dövlət Təhlükəsizliyi İdarəsi tələbələrə etiraz aksiyalarını dayandırmaq barədə xəbərdarlıq edib. Etiraz edən tələblər dünən baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Görüşlər nəticəsiz qalıb.
13 Noyabr 2017 13:50 DünyaErmənistanda artıq ikinci həftədir ki, tələbələrin "hərbi xidmət və hərbçilərin statusu haqqında" qanun layihəsinə etirazları davam edir. Tələbələr hazırda İrəvan Dövlət Universitetinin qarşısında etiraz aksiyası keçirir. Ermənistan Dövlət Təhlükəsizliyi İdarəsi tələbələrə etiraz aksiyalarını dayandırmaq barədə xəbərdarlıq edib. Etiraz edən tələblər dünən baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Görüşlər nəticəsiz qalıb.
Xatırladaq ki, Ermənistan parlamentinin birinci oxunuşda qəbul etdiyi "Hərbi xidmət haqqında" yeni qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur. AzVision.az erməni KİV-nə istinadən xəbər verir.