Dünya

Qocalar evində yanğın: 27 nəfər...

19 Noyabr 2017 11:37

ABŞ-ın Filadelfiya ştatında qocalar evində baş vermiş güclü yanğın nəticəsində azı 27 nəfər xəsarət alıb, bir neçə nəfər itkin düşüb. Hadisə noyabrın 17-nə keçən gecə baş verib.

Prezidentin olduğu helikopter təcili eniş etdi

18 Noyabr 2017 21:08

Argentina prezidenti Maurisio Makrinin içərisində olduğu helikopter təcili eniş edib. Bu barədə Argentinanın Telam xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, prezident Marki ailə üzvləri ilə birgə Çapadmalal şəhərinə getmək üçün helikopterdən istifadə ediblər.

Berlindəki səfir geri çağırıldı

18 Noyabr 2017 21:06

Rəsmi Ər-Riyad Berlindəki səfirini məsləhətləşmələr üçün səfirini geri çağırıb. Bu barədə informasiyanı SPA agentliyi yayıb. Səfirin geri çağırılması ilə əlaqədar Almaniyaya etiraz notası göndəriləcəyi bildirilib.

Tanınmış atlet vəfat etdi

18 Noyabr 2017 20:58

Ağır atletika üzrə Avropa, dünya və Olimpiya çempionu olmuş məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib. 50 yaşlı idmançı müalicə aldığı xəstəxanada bu gün dünyasını dəyişib.

Dünyanın ən böyük hava gəmisi qəzaya uğradı

18 Noyabr 2017 20:55

Dünyanın ən böyük hava gəmisi Böyük Britaniyada qəzaya uğrayıb. Hadisə Bedfordşir qraflığında baş verib. 20 tonluq “Airlander 10” açıq sahədə yerə düşüb. Təyyarə ilə dirijablın hibridi olan sözügedən uçuş aparatının uzunluğu 92 metr təşkil edir.

Suriyada İŞİD-ın mövqelərinə zərbələr endirilib

18 Noyabr 2017 20:51

Rusiya Hava-Kosmik Qüvvələrinin “Tu-22M3” tipli 6 bombardmançı təyyarəsi Suriyanın Əbu-Kamal şəhərində İŞİD terror təşkilatının mövqelərinə zərbə endirib.

Türkiyənin ABŞ-ı hiddətləndirəcək Rza Zərrab həmləsi

18 Noyabr 2017 20:50

Türkiyənin Ali Məhkəməsi ABŞ-ın Nyu-York şəhərinin keçmiş hakimi Pret Bharara, hakim Con Kim və digər işçilər haqqında istintaq işi başladıb. Buna səbəb Türkiyə və İran vətəndaşı olan Rza Zərrabın məhkəmə prosesi ilə bağlı qaranlıq qalan məqamlar olub.

Ərdoğan NATO-nun üzrünü qəbul etmədi

18 Noyabr 2017 20:46

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqin üzrünü qəbul etməyib. Ərdoğan Yens Stoltenberqin Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsinə görə üzrünü qəbul etməyib. O, bildirib ki, belə hörmətsiz davranış asanlıqla bağışlana bilməz:

Yeni ili keçirmək üçün daha çox arzu olunan şəhərlər - Bakı, Paris və...

18 Noyabr 2017 16:44

Kazanlılar arasında bu il yeni il tətilini keçirmək üçün ən populyar istiqamətlər Bakı və Parisdir. "OneTwoTrip" səyahət xidməti dekabrın 27-dən yanvarın 11-ə qədər satılmış biletlərin analizinə əsasən belə qənaətə gəlib.

Diplomat  yoxa çıxdı

18 Noyabr 2017 16:34

Yunanıstanın Gümülcinə şəhərində işləyən türkiyəli diplomat Davud Ocaq həyat yoldaşı Dərya Ocaqla birlikdə yoxa çıxıb. İddialara görə onlar 14 noyabr tarixində motorlu qayıqla İqumeniça limanından İtaliyaya gedib. O gündən etibarən onların heç birindən xəbər yoxdur.

Məşhur aktyor  vəfat etdi

18 Noyabr 2017 07:39

Fransız teatr və kino aktyoru Rober İrş Parisdə 92 yaşında vəfat edib. Bildirilir ki, o, ölümündən iki gün əvvəl təcili olaraq xəstəxanaya yerləşdirilib. Rober İrş 1925-ci ildə anadan olub.

Ərdoğan: İŞİD-i ABŞ maliyyələşdirir

18 Noyabr 2017 07:35

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan terror qruplaşmasının maliyyə dəstəyində ABŞ-ı  ittiham edib. Bu haqda RİA xəbər agentliyi bildirir.

Moskvada silahlı insident

18 Noyabr 2017 07:29

Rusiyanın paytaxtında, “Moskva Siti” biznes mərkəzinin qarşısında silahlı insident baş verib. Naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında atışma baş verib.