Dünya
20 yaşlı gənc “YouTube”dan qazandığı pulla özünə villa aldı
DƏHŞƏTLİ HADİSƏ: Ata qapını bağlayıb getdi, 3 azyaşlı evdə yanaraq öldü
Rusiyanın İrkutsk vilayətində faciəli hadisə baş verib. Svirsk şəhərində fərdi evdə yanğın olub. Hadisə nəticəsində 3 uşaq yanaraq ölüb. Uşaqlardan ikisi 4 yaşlı əkiz, biri isə 2 yaşında olub. Yanğın zamanı evdə azyaşlılardan başqa heç kəs olmayıb. Ata sobanı yandıraraq evdən çıxıb gedib.
Nazir Türkiyədən üzr istədi
NATO-nin hərbi təlimləri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Mustafa Kamal Atatürkün şəkillərinin poliqonda hədəf kimi istifadə olunmasına görə Norveç rəsmi şəkildə Türkiyədən üzr istəyib. Bu barədə Norveçin müdafiə naziri Frank Bakke-Jensen rəsmi açıqlama yayıb.
"Facebook" "Sil" funksiyasını ləğv etdi
"Facebook" sosial şəbəkəsində yenilik olub. Yeniliyə əsasən bundan sonra istənilən hesabın səhifəsində paylaşılan status, video çarx və fotoları silmək mümkün olmayacaq. Amma buna baxmayaraq, "redaktə et" funksiyası saxlanılıb. Eyni zamanda "gizlət" funksiyası da qalır.
Yenilənmiş “Google Maps”dən istifadə asanlaşacaq
“Google” şirkəti “Google Maps” xəritəsinin dizaynını yeniləyib. Yaxın həftələrdə axtarış sisteminin xəritəsi mobil proqramlar, veb versiya, axtarış, “Google Earth” xidməti və “Android Auto” avtomobil informasiya sistemlərində fərqli şəkildə görsənəcək. Birincisi, yeni xəritələrdə obyektlər haqda informasiya istifadə rejimindən (axtarış, avtomobil naviqasiyası və ya ictimai nəqliyyatda gediş) asılı olaraq göstəriləcək. Birinci rejimdə restoran, mağaza və müəssisə, ikinci rejimdə yanacaq doldurma və avtodayanacaqlar, üçüncü rejimdə isə avtobus dayanacaqları və metro stansiyalarına üstünlük veriləcək. Bu yanaşma xəritəni həddən artıq yükləməyə imkan verməyəcək.
Yol patrul dronu konsepsiyası hazırlanıb
Koreyalı dizayner avtonom köməkçi pilotsuz uçan aparat konsepsiyası hazırlayıb. “Highway patrol drone” (“Yol patrul dorunu”) adlanan aparatın əsas vəzifəsi şosedə təhlükəsizliyin təminindən ibarət olacaq.
“WhatsApp” messencerində yeni səs funksiyası sınaqdan keçirilir
“WhatsApp” messencerinin yaradıcıları "push-to-talk" səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər və həmin vaxtdan həmin funksiyada elə ciddi dəyişiklik edilməyib. İndi servis həmin funksiyanın üzərində işləyir.
“Fujitsu” biznesi kiberhücumlardan qoruyacaq
Yaponiyanın texnoloji nəhəngi “Fujitsu” “EMEIA” regionu (Avropa, Yaxın Şərq, Hindistan, Afrika) ölkələrində şirkətlərin kiberhücumlardan mühafizəsi üçün nəzərdə tutulan “Cyber Threat Intelligence” (CTI) servisini istifadəyə verib. Yeni xidmət biznesi təşkilatın və ya müəssisənin fəaliyyətini poza bilən kiberhücumlardan qoruyur.
“Vivo V7” smartfonu istifadəçini sifətinə görə tanıyacaq
“Vivo” şirkəti Çinin Şençjen şəhərində yeni “V7” smartfonunu təqdim edib. Qurğu nazik çərçivəli və tərəfləri 18:9 nisbətinə bərabər ekranla və istifadəçinin sifətinin skan edilməsi funksiyası ilə seçilir. Smartfonda qoşa kamera quraşdırılmasa da, istehsalçı əsas diqqəti məhz fotoçəkmə imkanlarına yönəldib. Belə ki, “Vivo V7” smartfonu dağınıq arxa fonlu çəkilişlər edən 16 meqapikselli əsas və 24 meqapikselli ön kamera ilə təchiz edilib.
Çərçivəsiz “Oneplus 5T” smartfonu rəsmən təqdim edilib
“Oneplus” şirkəti Bruklində yeni qabaqcıl smartfonunu təqdim edib. “Oneplus 5T” smartfonu çərçivəsiz dizayna malikdir. Alüminium korpusa malik smartfonun arxa panelində barmaq izi skaneri quraşdırılıb. Smartfon “Full HD+” (2160x1080 piksel təsvir ölçülü) formatlı 6,01 düymlük “Optic AMOLED” displey, 20+16 meqapiksellik ikiqat əsas kamera, “Sony IMX371” əsasında 16 meqapiksellik ön kamera, “Qualcomm Snapdragon 835” prosessoru, 6 və ya 8 QB-lıq əməli yaddaş, 64 və ya 128 QB-lıq daxili fləş yaddaşla təchiz edilib.
“Nomu T18” smartfonu ratsiya rejimində işləyir
“Nomu” şirkəti zərbəyədavamlı və sukeçirməz korpusla təchiz edilən yeni mühafizəli “T18” smartfonunu təqdim edib. Qurğu, həmçinin bir sıra unikal xüsusiyyətlərə malikdir. Onlar arasında qurğudan ratsiya kimi istifadəyə imkan verən qoşulan antena və vacib məqamların çəkilişi üçün kənar kamera qeyd olunur.
Çində dünyada ilk dəfə insan başının transplantasiyası həyata keçirilib
Çində dünyada ilk dəfə meyit üzərində insan başının transplantasiyası uğurla həyata keçirilib. Məlumata görə, bu barədə əməliyyatla bağlı Vyanada keçirilən mətbuat konfransında italiyalı cərrah Serco Kanavero bildirib. Onun sözlərinə görə, əməliyyat 18 saat çəkib. Əməliyyat zamanı onurğa sütunu, sinir və qan damarlarını bərpa etmək mümkün olub.
Argentinada hərbi sualtı qayıq itib
Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus "San-Xuan" sualtı qayığı radarların nəzarətindən itib. Trend-in məlumatına görə, faktı təsdiqləyən ölkə Hərbi Dəniz Qüvvələri idarəsi sualtı qayıqda 44 nəfərin olduğunu bildirib.
Misirdə iri terror aktının qarşısı alınıb
Misir polisi Sinay yarımadasının şimalında əl-Ariş şəhəri yaxınlığında iri terror aktının qarşısını alıb. Məlumata görə, naməlum şəxslər hərbçiləri daşıyan avtobusların keçdiyi yolun kənarında partlayıcı maddələr yerləşdiribmiş. Partlayıcıları yola baxış keçirən polislər aşkar edib. Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.
Moskva məhkəməsində 6 məhbus damarını doğrayıb
Moskva şəhər Məhkəməsində 6 məhbus şah damarlarını doğrayıb. Məlumata görə, bu barədə “RİA Novosti” məhbuslardan birinin vəkili Merab Teloyana istinadən yazıb. M. Teloyan bildirib ki, hüquqlarını müdafiə etdiyi Umar Hacı İdrisov və daha 5 nəfər həbs qətimkan tədbirinin 2,5 ildən çox uzanmasına etiraz olaraq bu addımı atıb. Vəkil qeyd edib ki, həmin şəxslər 2015-ci ildə həbs olunub: “İki il keçməsinə baxmayaraq, araşdırma başa çatmır və həbs müddəti uzadılır”.














