Dünya

Rusiyanın “Axilles dabanı”: Moskvanı məğlub etməyin YOLU

17 Noyabr 2017 17:05

“Neft ixracı və qaz Rusiyanın “Axilles dabanı”dır, çünki ölkənin neft-qaz infrastrukturu Avropa bazarı ilə dərin bağlıdır”. Bunu Ukrayna Ali Radasının deputatı, xarici məsələlər üzrə komitənin başçısı Anna Qopko deyib.

ABŞ komandanlığı: Türkiyə S-400 alarsa, NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq

17 Noyabr 2017 16:43

ABŞ Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Heydi Qrant Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə,NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb.   H. Qrant "Defence News"a açıqlamasında Türkiyəyə xəbərdarlıq edib: "Əgər Türkiyə S-400-ləri alarsa, NATO texnologiyalarına əlçatanlığına məhdudiyyətlər tətbiq ediləcək. Sonrakı mərhələdə Türkiyənin "F-35" tipli 5-ci nəsil bombardmançı təyyarələri əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər". 

Peterburqda həyəcan: 21 məktəb boşaldıldı

17 Noyabr 2017 16:38

Sankt-Peterburqda müxtəlif binalardan insanlar evakuasiya edilib. Evakuasiyaya səbəb binalarda bomba yerləşdirilməsi haqqında hüquq-mühafizə daxil olan informasiyadır.

490 kq-lıq qadını evdən çıxarmaq üçün divarı sökdülər, yük maşınında apardılar - VIDEO

17 Noyabr 2017 16:36

30 yaşlı İsabella Amaral adlı qadın 490 kiloqramdır. O, nə gəzə, nə də hərəkət edə bilir. Qadını əməliyyat üçün xəstəxanaya aparanda onun evinin divarını söküblər və yük maşını ilə aparıblar. Həmin anlar kameraya çəkilib.

QƏRAR: Rusiyada kök hərbçilər ordudan uzaqlaşdırılır

17 Noyabr 2017 16:21

Rusiya Müdafiə Nazirliyi kök hərbçilərin hərbi xidmətdən uzaqlaşdırılması barədə qərar qəbul edib. Məlumata görə, bu barədə nazirlikdəki mənbə yerli KİV-ə bildirib. Mənbənin sözlərinə görə, bu barədə göstəriş artıq bütün hərbi hissələrin kadrlarla iş üzrə şöbələrinə göndərilib.

Ermənistan xarici ölkələrdən silah idxalını ƏDV-dən azad edir

17 Noyabr 2017 16:19

Ermənistan parlamentinin bugünkü iclasında "Dövlətlərarası müqavilələr çərçivəsində yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında" qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.

Daha bir ölkə Şimali Koreya ilə əlaqələrinə son verir

17 Noyabr 2017 16:11

Sudan Şimali Koreya ilə bütün iqtisadi və hərbi əlaqələrini kəsəcək. Bu barədə ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heter Nauret məlumat verib. 

Almaniyada partlayış törətmək istəyən “azərbaycanlı” erməni imiş

17 Noyabr 2017 15:54

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də, axşam saatlarında içkili vəziyyətdə olan 41 yaşlı bir şəxs sərxoş vəziyyətdə Almaniyanın Kassel vağzalında özünü olduqca aqressiv aparıb, polislər onu sakitləşdirməyə çalışdıqda isə qışqırmağa başlayıb və bildirib ki, yükündə bomba var və onu partladacaq. Virtualaz.org bu xəbəri yerli “Llokalo24” nəşrinə istinadən yaymışdı.

Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilir

17 Noyabr 2017 15:52

"The Independent" yazır ki, Zimbabvenin müharibə veteranları ölkənin birinci ledisi Qreys Muqabenin həbs olunmasını istəyirlər. Məqalədə deyilir ki, var-dövlətə hərisliyi ilə tanınan birinci ledi indiyədək xalq arasında 'Gucci Qreys' və 'DisGrace' (şərəfsiz) kimi ləqəblər qazanıb.

Yediklərinizi qusun və evinizə qayıdın...”

17 Noyabr 2017 15:50

Səudiyyə Ərəbistanında aralarında kral ailəsinin çoxsaylı üzvləri də olmaqla həbs olunan varlılara şərt qoyublar: "Yığdığınızı qaytarın, sizi evə buraxaq". Bu barədə Britaniya mətbuatı yazır.

Türkiyəyə S-400 TƏHDİDİ: “NATO-nun texnologiyasına giriş…”

17 Noyabr 2017 15:38

Türkiyə Rusiyadan S-400 “Triumf” raket hücumundan müdafiə sistemləri alacağı halda, Türkiyənin NATO texnologiyasına girişi məhdudlaşdırılacaq. Bunu ABŞ Hərbi-Hava Qüvvələrinin məsləhətçisinin köməkçisi Heydi Grant deyib. O həmçinin qeyd edib ki, məhdudiyyətlər F-35 tipli beşinci nəsil bombardmançıları ilə bağlı da ola bilər.

Yaponiya müharibə hazırlıqlarına başladı

17 Noyabr 2017 15:37

Yaponiya Koreya yarımadasında baş verə biləcək 2-ci müharibənin nəticələrinə hazırlaşır. Yerli media ölkənin müharibədən sonra təxliyə ediləcək on minlərlə insan üçün yardım, həbs mərkəzlərinin qurulması, karantin tətbiqi və agentlərə, təhlükəli insanlara nəzarət etmək üçün sorğu formaları qurmağa hazırlaşdığını yazıb.

30 yaşlı qadın 14 yaşlı oğlandan hamilə qaldı, həbs olundu

17 Noyabr 2017 15:21

Amerikanın Florida ştatında 30 yaşlı qadın 14 yaşlı oğlandan hamilə qalıb. Oğlan qadınla cinsi əlaqəyə girdiyini və uşağın ondan olduğunu dostlarına danışıb. Söhbət oğlanın ailəsinin qulağına çatıb.

Ərdoğan: “ABŞ İŞİD-ə maliyyə dəstəyi göstərir”

17 Noyabr 2017 15:06

ABŞ İŞİD terror təşkilatına maliyyə dəstəyi göstərir. Bunu Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib. “ABŞ bizi çox məyus etdi. Dedilər ki, İŞİD-ə qarşı mübarizə aparırlar, amma özləri nə etdilər? Dollarları İŞİD-ə verdilər”, - Ərdoğan deyib.

Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA

17 Noyabr 2017 15:03

Son günlər “rentgen qız” adı ilə tanınan Natalya Dyomkina hər kəsin heyrətinə səbəb olub. 30 yaşlı Natalya etiraf edir ki, o, insanların daxili orqanlarını aydın görə bilir: "Mənim sanki iki cür görmə qabiliyyətim var.