Dünya

Türkiyə hərbçilərini NATO təlimlərindən geri çağırdı - Səbəb?

17 Noyabr 2017 14:41

Türkiyə 40 hərbçisini Norveçdə keçirilən NATO təlimlərindən geri çağırıb. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı qeyd edib: "Onlar "düşmənlər"in fotolarının olduğu stend quraşdırıblar, orada da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və mənim şəkillərim əks olunub. Məsələdən xəbər tutan Türkiyə Baş Qərargahının rəisi dərhal bizə məlumat verdi və bildirdi ki, NATO təlimlərində iştirak edən 40 türkiyəli əsgərin geri çağırılması barədə qərar qəbul olunub".

Bolqarıstan Parlamentinin spikeri istefa verdi

17 Noyabr 2017 14:39

Bolqarıstan Parlamentinin spikeri Dimitar Qlavçev istefa verib. Məlumata görə, D.Qlavçev istefa ərizəsini Xalq Məclisinin qeydiyyat şöbəsinə təqdim edib.

Ərəblər Burak Özçivitə SƏRVƏT qazandırdı

17 Noyabr 2017 14:33

Aktyor Burak Özçivit reklamdan 2,5 milyon lirə (təxminən 1 milyion 250 min manat) qazanacaq. Məşhur aktyor Yaxın Şərqin geyim markasının reklam üzü olacaq. Ərəb ölkələrində də sevilən kino ulduzu bir illik müqavilə qarşılığında iki reklamda çəkiləcək və 2,5 milyon lirə qazanacaq.

Tramp Rusiya ilə əməkdaşlığın mümkün sahələrini açıqladı

17 Noyabr 2017 14:10

ABŞ Rusiya ilə yeni və daha güclü əməkdaşlıq sahələri axtarır. Rəsmi Ağ Ev bu barədə mətbuata açıqlama verib. Ağ Evin rəsmi nümayəndəsi Sara Dandersin sözlərinə görə, prezident Donald Tramp rusiyalı həmkarı ilə əməkdaşlıq edə biləcək sahələrdən danışıb.

Misirdə ev tikirdilər, ehram tapdılar

17 Noyabr 2017 14:07

Misirin paytaxtı Qahirə yaxınlığında yaşayış evinin tikintisi zamanı qədim Misir ehramının qalıqları aşkar edilib. Məlumata görə, ehramın qalıqları Kalyubiyə vilayətində aşkar olunub. Məlumata görə, fəhlələr qazıntı apararkən yerin altından heroqliflərin və tanrıların təsviri olan divar qalıqlar tapılıb.

Yunan əsgər türk qadını zorladı - Hər kəs  bundan danışır - VİDEO

17 Noyabr 2017 14:05

"Vatanım Sensin"in son bölümündə yunan əsgərin Əzizəyə təcavüz etdiyi səhnə hər kəsi üzüb.  Kanal D-nin reytinq rekordlarını qıran "Vatanım Sensin" serialının son bölümündə həmin səhnə tamaşaçıların göz yaşlarına səbəb olub. Əzizənin təcavüzə uğradığı səhnə sosial mediada əks-səda doğurub. Bəzi tamaşaçılar "Belə bir səhnəyə nə ehtiyac var idi" yazarkən, bəziləri də "Belə hadisələr real həyatda da baş verib, hal-hazırda da var" şərhləri ilə hisslərini bölüşüblər. Bu da sözügedən şərhlərdən bəziləri.

"Rembo" 16 yaşlı qıza təcavüzdə ittiham edilir

17 Noyabr 2017 14:02

Canlandırdığı “Rembo”, “Rokki” obrazları ilə tanınan “Oskar” mükafatlı Silvestr Stallonenin 16 yaşlı qıza təcavüz etdiyinə dair iddialar İngiltərə mətbuatının gündəminə çevrilib.

Ermənistan ordusunda əsgər çatışmamazlığı yaranıb

17 Noyabr 2017 13:36

Təəssüflər olsun ki, başa vurmaqda olduğumuz 2017-ci ildə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir irəliləyişə nail olunmadı. Hərçənd bir neçə gün əvvəl Soçidə baş tutan Putin-Ərdoğan görüşünə böyük ümidlər bəslənsə də, sözügedən görüşdə problemin həlli istiqamətində ciddi bir addım atılacağı ehtimal olunsa da, lakin gözləntilər özünü doğrultmadı.

Kritik Rusiya görüşmələri

17 Noyabr 2017 13:32

Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində artan diplomatic fəallıqda daha çox Rusiyanın rolu qabarıq şəkildə özünü büruzə verir. Bir neçə gün əvvəl Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında keçirilən görüşdə ötəri də olsa Dağlıq Qarabağ mövzusuna toxunulması, ötən gün Ermənistan prezidenti Serj Sərkisyanın Moskvada rusiyalı həmkarı ilə keçirdiyi görüşdə problem ətrafında geniş fikir mübadiləsinin aparılması və ən son Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun şimal qonşumuza səfəri və orada ATƏT-in Minsk qrupunun həmsədərləri ilə görüşməsi də qeyd edilən istiqamətdə Moskvanın diplomatik fəallığının artmasının göstəricisidir.

Atambayevdən sonra Qırğızıstan iqtisadiyyatını dirçəltmək mümkün olacaqmı?

17 Noyabr 2017 12:44

Bu günlərdə Qırğızıstan mətbuatında, eləcə də sosial şəbəkələrdə ölkənin sabiq prezidenti Almazbek Atambayevin ölkədəki 7 illik fəaliyyətinə dair materiallar yer almaqdadır. Yerli iqtisadi ekspert və analitiklərin fikirlərinə istinadən hazırlanan materiallarda iddia olunan fikirlərin oxucularımız üçün də maraqlı olacağını düşünürük.

İspaniya Puçdemonu türmədə qoruyacağına söz verdi

17 Noyabr 2017 12:41

Kataloniya lideri Karlos Puçdemon Belçikadan İspaniyaya ekstradisiya olunacağı halda fərdi, yoxsa ümumi kamerada qalmaq qərarını özü verəcək. Bu barədə İspaniya Daxili İşlər Nazirliyindən Belçika Prokurorluğunun sorğusuna cavabda bildirilib.

Türkiyədə terrorçulara məxsus 3 tona yaxın partlayıcı aşkarlanıb

17 Noyabr 2017 12:34

Türkiyənin Van əyalətinin Muradiyə rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçu PKK qruplaşmasına məxsus 2 ton 775 kq partlayıcı maddə aşkarlanaraq götürülüb. Bu barədə Muradiyə rayon Polis İdarəsi məlumat yayıb.

Rusiyada general 10 il müddətinə azadlıqdan məhrum edilib

17 Noyabr 2017 12:32

Rusiya Federal Mühafizə Xidmətinin Şimali Qafqaz Federal Dairəsinin keçmiş rəisi general Gennadi Lopırev 10 il müddətinə azadlıqdan məhrum edilib.  Bunu generalın vəkili Ruslan Zakalyujnıy bildirib.

Rusiyanın hərbi gücü ABŞ-a çatır – Danford

17 Noyabr 2017 12:10

ABŞ-ın adi silahlar baxımından Rusiya və Çin qarşısında üstünlüyü artıq əvvəlki kimi çox deyil. Bunu Fletçer adına Sülh və Diplomatiya Məktəbində çıxışı zamanı ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford söyləyib.

Azərbaycanlı tələbə Türkiyədə partlayış zamanı öldü

17 Noyabr 2017 12:07

Türkiyədə azərbacanlı tələbə partlayış zamanı ölüb. Bu barədə dünyasını dəyişən tələbənin qohumları məlumat verib. Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər.