Dünya

Telman İsmayılov haqqında çıxan cinayət ittihamları ilə bağlı açıqlama verdi

20 Noyabr 2017 09:15

Moskvadakı Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Bu barədə T.İsmayılov “Rusiya 24” telekanalına müsahibəsində bildirib. “Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu kimin xoşuna gələr? Heç bir cinayətdə əlim olmayıb, bunu sübut edə bilərəm. Bir daha qətiyyətlə bildirirəm ki, mən heç bir cinayət törətməmişəm”, deyə T.İsmayılov vurğulayıb.

Kral xəstəxanada

20 Noyabr 2017 09:08

Norveç kralı V Harald paytaxt Oslonun Kral xəstəxanasına yerləşdirilib. Bu barədə Krallıq Sarayının mətbuat xidməti xəbər verib. Xəbərdə billdirilir ki, buna səbəb onun infeksiyaya yoluxmasıdır. Kralın vəziyyəti kafi kimi qiymətləndirilir və sağalmağa doğru gedir.

Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir

19 Noyabr 2017 20:28

Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir. Hərbi təlimə Xəzər donanmasının 20 gəmi və kateri, o cümlədən “Dağıstan” və “Tatarıstan” raket gəmiləri, “Qrad Sviyajsk”, “Uqliç” “Velikiy Ustyuq”, “Volqodonsk”, “Mahaçqala” və “Astraxan” kiçik raket və artilleriya gəmiləri qatılıb.

Partlayışda həlak olan azərbaycanlı hərbçi qadının FOTOLARI

19 Noyabr 2017 20:21

Ötən gün Donetskdə güclü partlayış baş verib. Partlayış Kiyev vaxtı ilə saat 11:30-da qeydə alınıb. Partlayış nəticəsində mənzillərdə şüşələr sınıb və güclü gurultu eşidilib. Güclü partlayış nəticəsində ölən və yaralananlar olub.

Zina edən qadını belə cəzalandırdılar

19 Noyabr 2017 18:43

İndoneziyada zina etdiyi iddia edilən qadın yaxalanaraq hər kəsin gözləri önündə cəzalandırılıb. Üzünə maska taxan bir nəfər tərəfindən qırmanclanan qadının görüntüləri dünyada əks-səda doğurub. Ağ geyindikdən sonra cəza veriləcəyi sahəyə gətirilən qadın dizləri üzərinə çökdürülərək səsini çıxarmadan boyun əymək məcburiyyətində qoyulur.

NASA itkin düşən sualtı qayığın axtarışına başladı

19 Noyabr 2017 17:03

Argentinada 4 gün əvvəl radarlardan itən Hərbi Dəniz Donanmasına məxsus sualtı qayığın axtarışarı davam edir. Qayığın axtarışlarına ABŞ və İngiltərədən kömək göndərilib.

İŞİD-dən general Qasım Süleymaniyə ağır zərbə

19 Noyabr 2017 16:18

İranın Qüds Qoşunlarının Komandanı general Qasım Süleymaninin müşaviri Xeyrullah Samadi Suriyada öldürülüb. Bu barədə İran mediası məlumat yayıb. Məlumata görə, Samadi Suriya ordusu ilə İŞİD arasında gedən qarşıdurma zamanı yaralanıb və xəstəxanaya aparılan zaman yolda ölüb.

Zəlzələ - İtaliyada

19 Noyabr 2017 15:49

İtaliyanın mərkəzində 4,4 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin Geofizika və Vulkanologiya Milli İnstitutu məlumat yayıb. Məlumatda bildirilir ki, yeraltı təkanlar Emiliya-Romanye vilayətində, Fornovo-di-Taro şəhərindən 4 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 31 kilometr dərinlikdə yerləşib.

Rusiyanın xarici işlər naziri Bakıda

19 Noyabr 2017 15:10

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfərə gəlib. Bu gün S. Lavrovun Azərbaycan prezidenti görüşü gözlənilir. Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivləri müzakirə olunacaq.

Polis intihar etdi

19 Noyabr 2017 13:37

Fransanın Sarsel şəhərində polis 3 nəfəri güllələyərək qətlə yetirib, 3 nəfəri isə yaralayıb. Yaralananlar polisin sevgilisi, onun anası və bacısı olub, ölənlər isə sevgilisinin atası və qonşuluqda yaşayan 2 nəfər. Daha sonra polis əməkdaşı intihar edib.

Baş prokuror Argentinada öldü

19 Noyabr 2017 12:58

İspaniyanın baş prokuroru Xose Manuel Maza Argentinada dünyasını dəyişib. O, Argentinaya beynəlxalq tədbirdə iştirak üçün gedibmiş. Qəfildən halı pisləşən prokuror xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Trampın özəl təmsilçisi Suriyaya səfər etdi - FOTO

19 Noyabr 2017 11:47

ABŞ prezidenti Donald Trampın İŞİD terror təşkilatı ilə mübarizədə xüsusi təmsilçisi Bred Makqark Suriyanın Rakka şəhərinə səfər edib.

NATO-nun baş katibi Ərdoğandan növbəti dəfə üzr istədi

19 Noyabr 2017 11:44

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə bir daha R.T.Ərdoğandan üzr istəyib və insidentlə əlaqədar görülən tədbirlər barədə ona məlumat verib.

Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı

19 Noyabr 2017 11:38

Türkiyədə ABŞ prokurorları Prit Bxarar və Cun X.Kimə qarşı cinayət işi başlanıb. Cinayət işinə İstanbul prokurorluğu tərəfindən ABŞ-da bir neçə Türkiyə vətəndaşı barəsində məhkəmə icraatının gedişatı ilə əlaqədar başlanılıb. Prokurorluğun məlumatında qeyd olunur ki, istintaq zamanı əsassız məlumatlar və ya oğurlanmış sənədlər sübut və dəlil kimi istifadə edilib.