Dünya
Bəy toy gecəsi qorxusundan gəlini qoyub qaçdı - İlginc səbəb
"Google Maps" sirli foto yayımladı— Yadplanetlilər yoxsa...?
"Google Maps" Misir səhralarında müəmmalı foto lentə alıb. Foto ufoloqlar tərəfindən yadplanetliləri təsdiq edən fakt kimi qəbul edilib. Amma bir müddət sonra Foto ilə bağlı reallıq üzə çıxıb.
Parlament sədri həbs edildi
İndoneziya parlamentinin sədri Setya Novanto dövlətin 170 milyon dollardan çox maliyyə vəsaitini mənimsəməkdə ittiham edilir. Ölkənin rəsmi KİV orqanlarının yaydığı məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırma başladıb. Araşdırmanın nəticələrinə görə, S.Novantonun 2009-cu ildə İndoneziyada yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün ayrılan vəsaitdən şəxsi mənafeyi istiqamətində istifadə etdiyi məlum olub.
Avropanın mərkəzində ANTİ-İSLAM ƏMƏLİYYATI – Məscidə faşist simvolu çəkdilər
İsveçin Flen şəhərində yerləşən məscidə hücum edilib. Hadisə nəticəsində məscidin qapısı və pəncərələri sınıb. Məscidin qapısı üzərinə isə faşist simvolu çəkilib. “Əl Xuda” mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən məscd daha öncə bir neçə dəfə də hücuma məruz qalıb. Mərkəzin sədri Abdi Osman verdiyi açıqlamada hadisədən dolayı kədərləndiyini bildirib və ibadət yerlərinə zərər verməkdən əl çəkməyi tələb edib. Polis hadisə ilə bağlı genişmiqyaslı əməliyyatlara başlayıb.
"Quş qripi" QAYIDIR - Təhlükənin yüksək səviyyəyə çatdığı elan edildi
Koreya Respublikasında yenidən quş qripi təhlükəsi yaranıb. Koreyanın Ərzaq, Kənd Təsərrüfatı və Balıq Təsərrürfatı Nazirliyinin rəsmi saytında yayımlanan məlumata görə, cari ilin fevral ayından etibarən bir sıra fermerlarda quşların (toyuqlar, ördəklər) kütləvi şəkildə tələf olduğu müşahidə edilib. Aparılan araşdırmalar zamanı H5N6 "quş qripi" virusunun yüksək patogen forması aşkar edilib.
Kirayədə yaşayan müğənni yeni evinin dizaynına 1 MİLYON XƏRCLƏDİ
Tanınmış türkiyəli ifaçı Bengü Kuruçeşmedə kirayə qaldığı evdən çıxaraq Acarkentdən yeni aldığı evinə köçüb. O, yeni malikanəsinin dekorasiyası üçün sərvət xərcləyib. Müğənni aksessuarlarla birlikdə evin dizaynına 1 milyon lirə pul xərcləyib.
İstanbulda terror aktı planlaşdırılır - Türkiyə bu TERRORÇUNU AXTARIR
Türkiyə hüquq-mühafizə orqanları bir neçə gün əvvəl ölkəyə daxil olduğu ehtimal edilən terrorçunun fotolarını yayıb. Saxta sənədlərlə tez-tez yerini dəyişən, PKK terror təşkilatının üzvü olduğu iddia edilən "Baver" ləqəbli Yunus Sanamalının Türkiyənin İstanbul şəhərində terror aktı planlaşdırdığı ehtimal edilir.
İtkin düşən sualtı gəmidən siqnal qeydə alındı
Argentinada 5 gün əvvəl radarlardan itən Hərbi Dəniz Donanmasına məxsus sualtı gəmidən gələn siqnal qeydə alınıb. Ölkənin Müdafiə Nazirliyi şənbə günü daxil olan 7 uğursuz peyk siqnalının itkin sualtı gəmidən gəldiyini ehtimal edir. Hazırda siqnalların göndəriliyi yerin axtarışına başlanılıb. Axtarış əməliyyatlarına Amerika Milli Aviasiya və Kosmik Agentliyi (NASA) və ABŞ donanması da dəstək verir. Lakin güclü külək və dalğalar axtarış-xilasetmə əməliyyatlarına ciddi əngəl törədir.
ABŞ kürd terrorçularından dəstəyi kəsə bilər
"Türkiyənin hakim partiyasının Rusiya ilə strateji yaxınlaşması, Qərblə konflikti dərinləşdirməsi, çox ciddi problemlərə yol aça bilər. Putin çalışır ki, Türkiyəni mümkün qədər Qərbdən uzaqlaşdırsın.
7 əsrlik Tövratı satmaq istədilər
Türkiyədə Muğlanın Seydikemer şəhərində tarixi əsər olan Tövratı satmaq istəyənlər ələ keçirilib. Qaçaqmalçılar 7 əsrlik tarixi əsər olduğu təxmin edilən Tövratı satmağa çalışan zaman polis tərəfindən ələ keçiblər. Belə ki, polis özünü tarixi əsəri satmaq istəyən şübhəlilərə müştəri kimi təqdim edib. Tövratın satışı üçün 7,5 milyon lirəyə razılaşan şübhəlilər polis müştərilərlə görüşüb. Həyata keçirilən əməliyyat zamanı Tövratın satılmasında iştirakçı olan 4 nəfər saxlanılıb.
İsrailli nazir onlara kömək edən gizli qüvvələri açıqladı
İsrailin energetika naziri Yuval Ştayniç bildirib ki, ölkəsinin ərəb ölkələrinin çoxu ilə gizli əlaqələri var. Bu barədə nazir “Qaley ÇAXAL” yerli radiostansiyasına müsahibəsində bildirib. O, qeyd edib ki, həmin ölkələr adlarının açıqlanmasını istəmirlər.
7,3 bal gücündə zəlzələ
Sakit Okeanda Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi var. Bu haqda ABŞ Geoloji xidməti xəbər verir.
Ata 11 yaşlı oğlunu güllələdi
Moskvada ehtiyatsızlıq bədbəxt hadisəylə nəticələnib. Ata evdə silahı söküb yığarkən qəfildən atəş açılıb. Güllə 11 yaşlı uşağın ayağına dəyib. Yaralanan azyaşlı xəstəxanaya aparılıb.
Yəməndə hava zərbələri
Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Yəmənin Əl-Cauf əyalətində 11 nəfər ölüb.
Saakaşvili Ukraynanın baş naziri olmaq istəyir
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Yeni Qüvvələr Birliyi Partiyasının sədri Mixail Saakaşvili ehtiyac yaranarsa, Ukraynanın baş naziri olmağa hazır olduğunu bəyan edib. Bundan öncə dəfələrlə Ukraynada hər hansı vəzifənin ona lazım olmadığını bildirən M. Saakaşvili bu gün Kiyevdə Ali Radanın binası qarşısında keçirilən aksiyada Ukraynaya yeni hakimiyyətin lazım olduğunu deyib.














