7 əsrlik Tövratı satmaq istədilər
Türkiyədə Muğlanın Seydikemer şəhərində tarixi əsər olan Tövratı satmaq istəyənlər ələ keçirilib. Qaçaqmalçılar 7 əsrlik tarixi əsər olduğu təxmin edilən Tövratı satmağa çalışan zaman polis tərəfindən ələ keçiblər. Belə ki, polis özünü tarixi əsəri satmaq istəyən şübhəlilərə müştəri kimi təqdim edib. Tövratın satışı üçün 7,5 milyon lirəyə razılaşan şübhəlilər polis müştərilərlə görüşüb. Həyata keçirilən əməliyyat zamanı Tövratın satılmasında iştirakçı olan 4 nəfər saxlanılıb.
20 Noyabr 2017 09:48 DünyaTürkiyədə Muğlanın Seydikemer şəhərində tarixi əsər olan Tövratı satmaq istəyənlər ələ keçirilib. Qaçaqmalçılar 7 əsrlik tarixi əsər olduğu təxmin edilən Tövratı satmağa çalışan zaman polis tərəfindən ələ keçiblər.
Belə ki, polis özünü tarixi əsəri satmaq istəyən şübhəlilərə müştəri kimi təqdim edib. Tövratın satışı üçün 7,5 milyon lirəyə razılaşan şübhəlilər polis müştərilərlə görüşüb. Həyata keçirilən əməliyyat zamanı Tövratın satılmasında iştirakçı olan 4 nəfər saxlanılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, tarixi əsər Tövrat ceyran dərisi üzərində qızılla yazılıb.
Məhkəmənin qərarına görə, "tarixi əsər qaçaqçılığı" iddiası ilə Sadəttin U. həbs olunub, saxlanılan digər 3 nəfər isə sərbəst buraxılıb.