İtkin düşən sualtı gəmidən siqnal qeydə alındı

Argentinada 5 gün əvvəl radarlardan itən Hərbi Dəniz Donanmasına məxsus sualtı gəmidən gələn siqnal qeydə alınıb. Ölkənin Müdafiə Nazirliyi şənbə günü daxil olan 7 uğursuz peyk siqnalının itkin sualtı gəmidən gəldiyini ehtimal edir. Hazırda siqnalların göndəriliyi yerin axtarışına başlanılıb. Axtarış əməliyyatlarına Amerika Milli Aviasiya və Kosmik Agentliyi (NASA) və ABŞ donanması da dəstək verir. Lakin güclü külək və dalğalar axtarış-xilasetmə əməliyyatlarına ciddi əngəl törədir.

Sualtı gəminin elektrik çatışmazlığı səbəbilə əlaqə yarada bilməməsi ehtimal edilir. Ancaq donanmanın protokollarına görə, quru ilə əlaqə yaradılmaması təqdirdə gəmi suyun üzünə çıxmamalıdır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31