Dünya
Ərdoğan: “Heç nə əvvəlki kimi olmayacaq”
“2019-cu il üçün Türkiyədə keçiriləcək prezident seçkiləri üçün sizdən dəstək istəyirəm”. Bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rizə, Gümüşhane və Bayburt bölgələrində keçirilən konfranslarda çıxışı zamanı deyib.
Ebru ərindən boşanır: "Təəssüf, uşaqlarımın atasıdır"
Aktrisa Ebru Destan əri Mete Okay İnandan boşanır. Aktrisa boşanma mərhələsinə gəlişinin səbəbini tez-tez döyülməsi ilə əlaqələndirib: "Daha çox yaralanmamaq üçün bu ailəyə son qoymaq qərarına gəldim və özümlə qürur duyuram. Heç bir qadın uşağı 10 aylıq ikən boşanmaq istəməz. Bunun xəyanət iddiaları ilə əlaqəsi yoxdur. 6 il idarə etdim. Təəssüf ki, dəyişməyən bir həqiqət var, o da uşaqlarımın atası olmasıdır".
NASA Yupiterdə baş verən fırtınanın görüntüsünü YAYDI - FOTO
Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiterin şimal yarımkürəsində baş verən fırtınanın görüntülərini yayıb. Fırtınanın fotoları Yupiteri araşdıran “Yuno” kosmik gəmisi tərəfindən çəkilib. Fırtına zamanı əmələ gələn buludların eni 4 km, uzunluğu isə 8 km olub. Alimlər bu parlaq buludların və onların kölgələrinin Yer kürəsindəki buludlara bənzədiyini bildirib.
"Ərəb Baharı"ndan sonra indi də "Afrika Baharı" - Qara qitədəki diktatorlar devrilir
Rza Zərrabın Ebru Gündeşlə evlənmə səbəbi bu imiş - ŞOK İDDİA
ABŞ-da həbs olunan iş adamı Rza Zərrab 27 noyabrda hakim qarşısına çıxacaq. Bu ərəfədə sosial şəbəkədə Rza Zərrab və özündən 9 yaş böyük həyat yoldaşı Ebru Gündeşlə bağlı ilginc iddialar yayılmaqda davam edir.
Zimbabve prezidenti istefaya getməsi üçün şərtlərini açıqlayıb
Zimbabvenin hazırkı prezidenti Robert Muqabe istefaya getməsi üçün şərtlərini açıqlayıb. O, vəzifədən getmək üçün özü və həyat yoldaşı Qreys üçün tam toxunulmazlıq verilməsini istəyib. Həmçinin, bütün varidatının özündə qalması şərtini irəli sürüb.
Bacısı qızına təcavüz edən imam: "Mən ondan şikayət etməliyəm, o yox"
Türkiyədə bacısının 23 yaşlı qızını zorlayıb, hamilə qoyan imamın məhkəmədə ifadəsi hər kəsi təəccübləndirib. İmamın sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Türkiyənin Muş vilayətində imamlıq edən, iki uşaq atası olan 41 yaşlı A.İ bacısı qızına təcavüz edib. O, hamilə qalıb. DNA testi ilə qızı zorlayanın onun dayısı olduğu dəqiqləşib.
Məşhur müğənniyə maşınında iki nəfər təcavüz etdi
Verdiyi cəsur pozalarla adından söz etdirən "Beşiktaş"ın ulduzu Dusko Tosiçin həyat yoldaşı Jelena Karleusanın başına iş gəlib. "Beşiktaş"lı Dusko Tosiçin pop ifaçı həyat yoldaşını 2 nəfər maşınında sıxışdırıb təcavüz ediblər.
ABŞ hərbçilərinə spirtli içkini qadağan etdi
Amerika Birşəmiş Ştatları Silahlı Qüvvələrinin komandanlığı Yaponiyanın Okinava adasında yerləşdirilmiş hərbçilərə alkoqol istifadəsini qadağan edib. Buna səbəb bazar günü adadda amerikalı hərbçinin iştirakı ilə baş vermiş yol qəzası olub. Belə ki, Amerika Silahlı Qüvvələrinə məxsus yük maşınını idarə edən içkili hərbçi yerli sakinin idarə etdiyi avtomobili vurub.
Ermənistanın büdcə kəsiri və dövlət borcu artacaq
Ermənistanın 2018-ci il dövlət büdcəsinin kəsiri artacaq. Gələn il büdcə kəsiri 156,9 milyard dram (1 ABŞ dolları = 486.78 dram) təşkil edəcək ki, bu da 2017-ci il dövlət büdcəsinin göstəricisi ilə müqayisədə 3,8 faiz çoxdur.
İraq məhkəməsi Kürdüstan bölgəsində keçirilən referendumu qanunsuz elan edib
İraq federal məhkəməsi İraqKürdüstanında keçirilmiş referendumun ölkə Konstitusiyasına zidd olduğuna dair qərar çıxarıb. Bu barədə İraqın yerli agentliyi məlumat yayıb. Federal məhkəmənin qərarında bildirilir ki, İraq Konstitusiyasında ölkənin hansısa ərazisinin ayrılmasını dəstəkləyən maddə yoxdur.
Pakistanda avtobusla yük avtomobili toqquşub, 17 nəfər ölüb
Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölkənin cənubundakı Sind əyalətinin Xayrpur şəhərində baş verən qəza nəticəsində sərnişin avtobusunda olan 17 nəfər dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.
Məşhur müğənni banan yediyi üçün həbs edildi - VİDEO
Misirli məşhur müğənni Şima son klipində alt paltarları ilə erotik formada banan yediyi üçün həbs edilib. Misir məhkəməsi klipi 18 yaşından uşaqların asanlıqla tapıb baxa biləcəyinə görə müğənninin həbsinə qərar verib.
Rusiya Müdafiə Nazirliyindən Ermənistana zərbə - Faşist ideologiyası ilə yaşayırlar - FOTO
Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyinin rəsmi media orqanı olan "Zvezda" ("Звездa") telekanalının "Proqnozı" ("Прогнозы"; tərcümədə "Proqnozlar"-red.) proqramının müəllifi və aparıcısı Veronika Kraşeninnikova Ermənistanın mövcud iqtidarını sərt tənqid edib və onların faşist idelologiyası ilə yaşadığını ifşa edib.
Məşhur rejissorun hamilə həyat yoldaşının qatili həbsxanada vəfat etdi
Kaliforniya Cəza Edam Təşkilatının məlumatına görə, 1969-ci ilin yazında Los Angelesdə məşhur yahudi əsilli aktyor, rejissor və ssenarist Roman Polanskinin həyat yoldaşı. aktrisa, hamilə Şaron Tate və digər 6 nəfərin qətillərini təşkil etməkdə günahlandırılan 83 yaşındakı Mansonun həbsxanada həlak olub. Olaylar.az bildirir ki, gənclik illərində bir necə dəfə həbsxanaya düşən Manson 1960-cı illərdən etibarən qətllər törədərək, ABŞ-da üzvlərinin böyük hissəsi qadınlardan ibarət olan hippie adlı bir təriqətin lideri olub.














