Pakistanda avtobusla yük avtomobili toqquşub, 17 nəfər ölüb

Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölkənin cənubundakı Sind əyalətinin Xayrpur şəhərində baş verən qəza nəticəsində sərnişin avtobusunda olan 17 nəfər dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.

Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölkənin cənubundakı Sind əyalətinin Xayrpur şəhərində baş verən qəza nəticəsində sərnişin avtobusunda olan 17 nəfər dünyasını dəyişib, 5 nəfər xəsarət alıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza kömür daşıyan yük maşını ilə avtobusun toqquşması nəticəsində baş verib. Ötmə əməliyyatı edən yük maşını avtobusla toqquşub. Faktla bağlı araşdırma aparılır. APA.az Geo TV-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31