Dünya

Göyərti diabetin qarşısını alır

20 Noyabr 2017 18:45

İngiltərəli alimlərə görə, rasiona daxil edilən göyərti diabetin artmasının qarşısını alır. Lester Universitetinin alimləri bu tədqiqatla məşğul olurlar. İndiyədək məlumdur ki, meyvə-tərəvəzin ürək və xərçəng xəstəliklərindən qoruyur.

Almaniyada partiyadan Merkelə çağırış — "Postunu tərk et"

20 Noyabr 2017 18:20

"Almaniya üçün alternativ" partiyasının liderləri kansler Angelə Merkelə çağırış ediblər. Partiya Merkeli istefaya çağırıb. Fraksiyanın həmsədri Aleksandr Qaulanda bildirib ki, koalisiya qurmaq barədə uğursuz danışıqlar Merkel başda olmaqla "xristian-demokratlar ittifaqı"nı bir çox şeyi düşünməyə məcbur etməlidir.

Almaniyada qəribə hadisə — İtirdiyi avtomobili 20 il sonra tapdı

20 Noyabr 2017 18:17

Almaniyanın Frankfurt şəhərində qəribə hadisə baş verib. 1997-ci ildə park etdiyi avtomobilinin yerini unudan şəxs polis sayəsində 20 ildən sonra nəqliyyat vasitəsinə qovuşub.

Aktrisanı öldürənə sərvət VƏD ETDİ: ARA QARIŞDI

20 Noyabr 2017 18:09

1 dekabrda premyerası planlaşdırılan filmin təqdimatı sərt reaksiyalardan sonra təxirə salınmışdı. Hindistanda milliyətçi iqtidar partiyasının rəhbər şəxslərindən biri, ölkədə səs-küyə səbəb olan "Padmavati" tarixi filminin rejissoru və baş rol aktrisasını hədəf alıb. 

Gürcüstanla sərhəddə erməni hərbçi bıçaqlanıb

20 Noyabr 2017 18:07

Ermənistan-Gürcüstan sərhədində yerləşən “Baqrataşen” Nəzarət-Buraxılış Məntəqəsində erməni hərbçi bıçaqlanıb. Hadisə bu gün baş verib. Belə ki, Nəzarət-Buraxılış Məntəqəsində sərhəd xidmətinin hərbçisi “Mersedes-Benz” markalı avtomobili yoxlamaq məqsədi ilə saxlayıb.

Hindistan Dünya Bankından 100 milyon dollar borc aldı - SƏBƏB?

20 Noyabr 2017 18:06

Hindistan hökuməti Dünya Bankından 100 milyon dollar vəsait alınması barədə razılığa gəlib. Məlumata görə, Hindistan Maliyyə Nazirliyi bu vəsaitin ölkə ərazisində günəş elektrik stasiyalarının inşasına sərf edilməsi məqsədilə alındığını bildirib.

Rusların Şaxta babadan ən çox istədiyi - İpoteka borcunun silinməsi və ...

20 Noyabr 2017 17:03

Rusiyada Yeni il ərəfəsində Şaxta babaya arzular ünvanlanmağa başlayıb. Məlumata görə, Şaxta babaya müxtəlif yaş qrupundan insanlar məktublar yollayır. Şaxta babadan istənən arzular arasında ipoteka borcunun silinməsi, gənc qızların həyat yoldaşı tapmaq kimi müraciətlər yer alır. Bundan başqa, 7 yaşlı uşaq öz məktubunda Şaxta babadan kürək və metalaxtaran arzulayıb.

Otto Hauzer: "İrəvana sanksiya tətbiq edilməlidir"

20 Noyabr 2017 16:56

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı dünya birliyi sərt reaksiya göstərməlidir. Bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumun ikinci panelində çıxış edən Almaniyanın keçmiş deputatı və dövlət katibi, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib. O bildirib ki, Rusiyaya qarşı olan iqtisadi və siyasi sanksiyalar Ermənistana da tətbiq edilməlidir.

Azərbaycanlı müğənni türkiyəli ərindən boşandı? - Özü AÇIQLADI

20 Noyabr 2017 16:52

Son zamanlar "Eurovision" təmsilçimiz Dilarə Kazımovanın həyat yoldaşından ayrılması haqda xəbərlər yayılmağa başlayıb. Nəhayət müğənni bu haqda açıqlama verib. Dilarənin "ATV maqazin onlarla"ya açıqlamasını olduğu kimi təqdim edirik: "Nə hə demək istəmirəm, nə də yox. Həyatda hər şey olur. Rəsmi olanda açıqlayacam, çox fikirləşməyin bu barədə". 

Manvel Sarkisyan: “Ermənistan prezidenti heç özü də bilmir ki, ölkənin sahibidir ya yox...”

20 Noyabr 2017 16:46

Ermənistanın tanınmış politoloqlarından, “Milli və beynəlxalq strateji araşdırmalar məkəzi”nin direktoru Manvel Sarkisyan ölkənin 1-ci informasiya saytına müsahibə verib. Həmin müsahibədə Sərkisyan Ermənistan hakimiyyəti və daxili siyasi proseslərlə bağlı maraqlı açıqlamalarla yadda qalıb.

Rusiyalıların 57%-i banka borcludur

20 Noyabr 2017 16:41

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi kredit sorğusu keçirib. Novator.az xəbər verir ki, noyabrın 20-də açıqlanan nəticələrə görə, Rusiya əhalisinin 57%-nin bağlanmamış krediti var. Bu, 2009-cu illə müqayisədə iki dəfədən çoxdur. O vaxt əhalinin 26%-nin bağlanmamış krediti olub.

NATO təlimindəki Türkiyəyə qarşı rəzaləti ortaya çıxaran türk qızı – Ona qarşı niyə cinayət işi açılmışdı?

20 Noyabr 2017 16:38

NATO-nun Norveçdə keçirdiyi “Trident Javelin-2017” təlimində Türkiyəyə qarşı edilən təhqiramiz davranışın əks-sədası hələ də davam edir. Məsələ araşdırılır, üzrxahlıqlar isə ard-arda gəlməyə davam edir.

Amerikadan gələn gəmidə SİLAH aşkarlandı

20 Noyabr 2017 16:22

Türkiyə Kömrük və Ticarət nazirliyi Mersin şəhər limanında Amerikadan gələn “Satıe” adlı gəmidə 47 ədəd silah aşkarlayıb. Olaylar.az bildirir ki, kontenyerin içərisində iki avtomobildə aparılan axtarışlar zamanı 47 ədəd fərqli markalara məxsus silah əldə edilib.

Erməni siyasətçi aclıq aksiyasına başladı

20 Noyabr 2017 16:14

Ermənistanda "Milli özünütəyinetmə" Birliyinin sədri Paruyur Ayrikyan aclıq aksiyasına başlayıb. Siyasətçi Mərkəzi Seçki Komissiyasının qarşısında aclıq aksiyası keçirir. Birlik lideri Ermənistanda konstitusiya islahatı ilə bağlı Təşəbbüs Qrupu yaratmaq üçün imza toplamaq istəyib.

Gürcüstan tezliklə Ermənistanı Rusiyaya birləşdirən dəmir yolunu açır

20 Noyabr 2017 16:09

Rusiya və Gürcüstan separatçı Abxaziya və Cənubi Osetiya üzərindən keçən nəqliyyat dəhlizlərinin açılmasını noyabrın sonlarına qədər həll edə bilər. Virtualaz.org xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib. Abaşidze ötən həftə Praqada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə iki ölkə münasibətlərinin normallaşmasına dair danışıqların növbəti raundunu keçirib.