Gürcüstanla sərhəddə erməni hərbçi bıçaqlanıb

Ermənistan-Gürcüstan sərhədində yerləşən “Baqrataşen” Nəzarət-Buraxılış Məntəqəsində erməni hərbçi bıçaqlanıb. Hadisə bu gün baş verib. Belə ki, Nəzarət-Buraxılış Məntəqəsində sərhəd xidmətinin hərbçisi “Mersedes-Benz” markalı avtomobili yoxlamaq məqsədi ilə saxlayıb.

Ermənistan-Gürcüstan sərhədində yerləşən "Baqrataşen" Nəzarət-Buraxılış Məntəqəsində erməni hərbçi bıçaqlanıb. Hadisə bu gün baş verib. Belə ki, Nəzarət-Buraxılış Məntəqəsində sərhəd xidmətinin hərbçisi "Mersedes-Benz" markalı avtomobili yoxlamaq məqsədi ilə saxlayıb.  Baqrataşen kəndinin sakinləri olan iki qardaş buna etiraz edib. Nəticədə tərəflər arasında mübahisə düşüb. Qardaşlardan biri əlindəki bıçaqla hərbçini bıçaqlayıb. Saxlanıldıqdan sonra kişi kəsici alətlə damarlarını doğramaq istəyib. Hazırda o, Noemberyan polis şöbəsinin təcridxanasında saxlanılır.  AzVision.az "news.am"-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31