Aktrisanı öldürənə sərvət VƏD ETDİ: ARA QARIŞDI

1 dekabrda premyerası planlaşdırılan filmin təqdimatı sərt reaksiyalardan sonra təxirə salınmışdı. Hindistanda milliyətçi iqtidar partiyasının rəhbər şəxslərindən biri, ölkədə səs-küyə səbəb olan "Padmavati" tarixi filminin rejissoru və baş rol aktrisasını hədəf alıb. 

Siyasətçi "Padmavati"nin rejissor və aktrisasını oyuncusunu öldürənə pul vəd edib.

"Bharatiya Janata" partiyasının Haryana əyalətindəki sədri Suraj Pal Amu bir mitinqdə etdiyi çıxışı zamanı cinayət üçün 1,5 milyon dollar verəcəyini söyləyib.

Filmin təqdimatına icazə verməyəcəyini bildirən partiya sədrinin necə bir sanksiya tətbiq edəcəyi məlum deyil.

"Padmavati" adlı bu film Dehlinin müsəlman Sultanı Alaeddin Halaci tərəfindən əsir düşməkdənsə öldürməyi seçən cəsur və gözəl Rajput kraliçasının hekayəsindən bəhs edir. Rejissor Sanjay Leela Bhansali sultan ilə kraliça arasında romantik br münasibət varmış kimi göstərməkdə təqsirləndirilir. Kraliça obrazını aktrisa Deepika Padukone canlandırıb. Milli.az Haberler-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31