Dünya

İran rəsmilərindən Nurgül Yeşilçaya ETİRAZ

21 Noyabr 2017 10:20

Türkiyə və İranın birgə istehsalı olan “Gözəl cin” filmində rol alan türkiyəli aktrisa Nurgül Yeşilçaya İran Mədəniyyət Nazirliyindən qadağa qoyulub. Olaylar.az bildirir ki, filmdə öncədən türk aktrisasının rola alacağı İran Kino təşkilatına bildirilsə də, sonda rəsmi qurumlar aktrisanın çəkildiyi filmdən çıxarılmasını tələb edirlər.

İtaliya Futbol Federasiyasının prezidenti istefa verib

21 Noyabr 2017 09:22

İtaliya futbolunda daha bir istefa baş tutub. Baş məşqçi Canpyero Venturadan sonra İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio da vəzifəsindən ayrıldığını açıqlayıb.

WhatsAppda hamının gözlədiyi yeni funksiya

21 Noyabr 2017 09:20

“WhatsApp” messencerinin yaradıcıları “push-to-talk” səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər və həmin vaxtdan həmin funksiyada elə ciddi dəyişiklik edilməyib. İndi servis həmin funksiyanın üzərində işləyir. İndi səsli mesaj yazmağa başlayan kimi “WhatsApp” mikrofon düyməsinin əvəzinə yeni üzə çıxan interfeys göstərəcək. İstifadəçi təxminən yarım saniyə sonra fasiləsiz səsyazma rejiminə keçə biləcək və artıq barmağı düymənin üzərində saxlamağa ehtiyac qalmayacaq.

Növbəti  zəlzələ -6 ballıq

21 Noyabr 2017 07:35

İran prezidenti Rusiyaya səfər edəcək

20 Noyabr 2017 20:13

İran prezidenti Həsən Ruhani Rusiyaya səfər edəcək. İran prezident aparatının mətbuat xidmətinin rəis müavini Pərviz İsmaili bildirib ki, Ruhani noyabrın 22-də rusiyalı həmkarı Vladimir Putinin rəsmi dəvəti ilə Moskvaya səfər edəcək. Onun sözlərinə görə, birgünlük səfərin məqsəd İran, Rusiya və Türkiyə prezidentlərinin Suriya məsələsi ilə bağlı Soçi şəhərində keçiriləcək danışıqlarda iştirak etməkdir.

Pişik səadət bəxş edir...

20 Noyabr 2017 19:55

Pişiklərin qeyri-adi xüsusiyyətləri qədim zamanlardan məlumdur. Qədim Misirdə pişiyə Ay ilahəsi, o cümlədən məhəbbət, sevinc, məhsuldarlıq və analıq ilahəsi olan Bastın təcəssümü kimi sitayiş edirdilər. İnanclara görə, pişiyi incitmək olmaz, çünki etdiyin pislik mütləq qarşına çıxacaqdır. Təsadüfən pişiyi öldürmüş bir misirlinin ölüm cəzasına məhkum edilməsi barədə tarixi fakt mövcuddur. İlahənin qəzəbindən, gələcək nəsillərin bu qəzəbin qurbanı olacağından ehtiyat edən ən yaxın qohumları belə ondan üz döndərmişdilər.

Pintilik psixi xəstəlikdir?

20 Noyabr 2017 19:50

Almaniya mütəxəssislərinə görə, pintilik psixi xəstəlikdir. Bunun üçün onlar “sindrom messi” kimi xüsusi termin də düşünüb tapmışlar. “Messy” ingilis sözü olub, “nizamsız”, “çirkli” deməkdir. Ekspertlərin hesablamalarına görə, Almaniyada azı 2 milyom adam bu xəstəlikdən əziyyət çəkir.

Bu planşet kompüterini təmir etmək mümkün deyil

20 Noyabr 2017 19:44

Yeni “Microsoft Surface Book 2” planşet kompüterini, demək olar ki, təmir etmək mümkün deyil. “iFixit” şirkətinin mühəndisləri qurğunun təmirə yararlılığını ən aşağı balla qiymətləndiriblər.

“Facebook” istifadəçiləri yazıları silmək imkanından məhrum edib

20 Noyabr 2017 19:39

“Facebook” sosial şəbəkəsi istifadəçiləri yazıları silmək imkanından məhrum edib. İndi sözügedən sosial şəbəkənin istifadəçiləri yalnız yazıları redaktə edə bilərlər.  

Enerjini insan bədənindən toplayan “ağıllı” “PowerWatch” saatları hazırlanıb

20 Noyabr 2017 19:32

"Matrix Industries" şirkəti innovativ enerjidoldurma sistemi ilə təchiz edilən "ağıllı" "PowerWatch" saatlarının tədarükünə başlayıb. İnsan bədənindən enerji toplayaraq onun istiliyini elektrik enerjisinə çevirən "PowerWatch" saatları qeyri-adiliyi ilə seçilir. Bu səbəbdən qurğunu adi üsulla - rozetkadan (o cümlədən simsiz enerjidoldurma) enerji ilə doldurmağa ehtiyac qalmır. Belə ki, istifadəçi saatı qoluna taxanda o işləyir, çıxaranda isə "sleep mode" ("yatma") rejiminə keçir. Yenidən taxdıqda isə təkrar işləyərək istifadəçinin bədənindən enerji hasil etməyə başlayır.

Növbəti nəsil “iPhone” modelləri iki SİM kartla təchiz ediləcək

20 Noyabr 2017 19:25

“KGI Securities” şirkətinin analitiki Minq-Çi Kuon 2018-ci ildə buraxılacaq “Apple” smartfonları ilə bağlı proqnozlarını bölüşüb. Analitikin fikrincə, 2018-ci ildə “Apple” smartfonları “LTE” mobil rabitə standartının sürətini daha da artıracaq “Intel XMM 7560” və “Qualcomm Snapdragon X20” modemləri ilə təchiz olunacaq. Yeni çiplər “4x4 MIMO” texnologiyasını dəstəklədiyi halda hazırkı nəsil “iPhone” modelləri “2x2 MIMO” texnologiyasından istifadə edir.

“YouTube”un mobil proqramında çoxdan gözlənilən funksiya istifadəyə veriləcək

20 Noyabr 2017 19:19

“YouTube” servisinin mobil proqramının yeni versiyasının araşdırılması zamanı maraqlı detal ortalığa çıxıb: “Google”un mühəndisləri mobil proqramda qara rəngli interfeysin tətbiqinə hazırlaşırlar.

Smartfonların mobil şəbəkələrlə iş üçün sazlanması sadələşdiriləcək

20 Noyabr 2017 19:11

“GSMA” Assosiasiyası operator sazlanmalarının smartfonların əməliyyat sistemləri ilə inteqrasiyası üçün açıq standart yaratmaq niyyətindədir. Hazırda bir sıra funksiyaların, məsələn, “VoLTE” və “Wi-Fi” ilə zənglərin dəstəklənməsi üçün bütün aparatlar operatorlar tərəfindən təsdiqetmə prosedurundan keçir.

İnternetin yaradıcısı internetdəki reklam manipulyasiyalarından narahatdır

20 Noyabr 2017 19:05

“URI”, “URL”, “HTTP”, “HTML” və “Ümumdünya Hörümçək Toru”nun ixtiraçısı cənab Timoti Con Berners-Li hesab edir ki, internet onun düşündüyü istiqamətdə inkişaf etmir. Alim internetdə tez-tez saxta xəbərlər peyda olmasından və internetin köməyi ilə təbliğat aparılmasından narahatdır. “The Guardian” nəşrinin jurnalistləri ilə müsahibəsində cənab Tim deyib ki, indi “Ümumdünya Hörümçək Toru” manipulyasiya alətinə çevrilib.