Yəməndə 2,5 milyon insan içməli sudan məhrum olub

Yəmənin paytaxtı Səna şəhəri və Əl-Bayda əyalətinin eyniadlı mərkəzi ölkənin təmiz su olmayan yaşayış məntəqələri siyahısına qoşulub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi İolanda Jakmeyə istinadən "Reuters" məlumat yayıb.

"Bu gün Səna və Əl-Bayda da siyahıya qoşulub. Su kəmərinin işinin dayanmasına Yəmənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən mühasirəyə alınmasına görə nasos stansiyaları üçün yanacağın olmaması səbəb olub", - deyə Jakme qeyd edib.

Bildirilir ki, ölkənin sıx məskunlaşan şəhərlərində təqribən 2,5 milyon yəmənli içməli susuz qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31