İran rəsmilərindən Nurgül Yeşilçaya ETİRAZ

Türkiyə və İranın birgə istehsalı olan “Gözəl cin” filmində rol alan türkiyəli aktrisa Nurgül Yeşilçaya İran Mədəniyyət Nazirliyindən qadağa qoyulub. Olaylar.az bildirir ki, filmdə öncədən türk aktrisasının rola alacağı İran Kino təşkilatına bildirilsə də, sonda rəsmi qurumlar aktrisanın çəkildiyi filmdən çıxarılmasını tələb edirlər.

Türkiyə və İranın birgə istehsalı olan "Gözəl cin" filmində rol alan türkiyəli aktrisa Nurgül Yeşilçaya İran Mədəniyyət Nazirliyindən qadağa qoyulub. Olaylar.az bildirir ki, filmdə öncədən türk aktrisasının rola alacağı İran Kino təşkilatına bildirilsə də, sonda rəsmi qurumlar aktrisanın çəkildiyi filmdən çıxarılmasını tələb edirlər.

Filmin prodüsseri Mehrdad Fərid açıqlamasında bildirib ki, İran Mədəniyyət naziri ondan və filmin rejissoru Bayram Fazadan Nurgül Yeşilçayı filmdən çıxartmağı tələb edib. Lakin, prodüsser çəkilişlərin bitdiyini, aktyor və çəkiliş heyətində hər -hansı dəyişiklik edə bilməyəcəklərini qeyd edib.

Qeyd edək ki, filmin İran və Türkiyə ilə yanaşı, müxtəlif ərəb ölkələrində də qala gecələri təşkil ediləcək. Bundan başqa, ekran işinin 2018-ci ildə Tehranda keçiriləcək Fajr Film Festivalına da daxil edilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31