Dünya

Saakaşvili: “Putinə hədiyyə etmək istəmirəm”

21 Noyabr 2017 12:47

Gürcüstana səfər etməkdən qorxmuram. Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. “Putinə hədiyyə etmək istəmirəm. Əgər Gürcüstana göndərilsəm, sizi əmin edirəm ki, tez bir zamanda azad olacağam. Bunu Gürcüstan və Ukrayna hakimiyyətləri çox yaxşı bilir.

Misirdə yağış yağdı, avtobus aşdı - 11 yaralı

21 Noyabr 2017 12:37

Misirin paytaxtı Qahirə yaxınlığında avtobus qəzası baş verib. Məlumata görə, avtobusun aşması nəticəsində 11 nəfərin xəsarət aldığı bildirilir. Məlumata görə, avtobus işçiləri daşıyırmış. İlkin ehtimal olaraq qəzanın yolun yağış nəticəsində sürüşkən olması səbəbindən baş verdiyi qeyd edlib. Hadisə ilə bağlı araşdırma aparılır.

Ərdoğanın sözçüsü: "Türkiyə NATO ilə əlaqələri dayandırmağı düşünmür"

21 Noyabr 2017 12:26

“Türkiyə NATO ilə əlaqələrini pozmaq niyyətində deyil”. Bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “France 24” telekanalına müsahibəsində deyib. Türkiyənin 50 ildən çoxdurNATO-nun güclü bir mütəffiqi olduğunu söyləyən İ. Kalın bildirib ki, baş verən son hadisə diqqətlə araşdırılmalıdır: "Bu, qəbuledilməzdir. İndiyədək çoxlu sayda təlimə qatılmışıq. Bunu kim edib, fotoları oraya kim qoyub? İntizamlı bir hərbi sistemdə, ittifaqda belə bir şey necə ola bilər? Təbii ki, olay diqqətlə araşdırılmalı və təhqiqat aparılmalıdır".

Hadisə ana olacaq?

21 Noyabr 2017 12:22

Hadisə qaçqın uşağı övladlığa götürmək istəyir. Dünən Türkiyə Milli Pediatriya Dərnəyinin Antalyada konqresi keçirilib. Konqresdə müğənni Hadisə də iştirak edib. Səhnəyə çıxan ulduz bildirib ki, anası və atası da ona bu məsələdə mütləq dəstək verməyə hazırdır.

“Şouşenkdən qaçış” filmi real oldu: 20 uyğur həbsxanadan belə qaçdı

21 Noyabr 2017 12:21

Taylandın cənubundakı Sonqkla şəhərində yerləşən bir həbsxanada film kimi qaçış əməliyyatı gerçəkləşib. Şəhərin həbsxanasında 2014-cü ildən etibarən cəza çəkən 25 uyğur məhbus tunel qazaraq qaçmağa cəhd edib. Polis məhbuslardan 5 nəfərini yaxalamağa nail olub, ancaq digərləri qaçmağı bacarıb.

Yerə "ulduzlararası" kometa yaxınlaşır - VİDEO

21 Noyabr 2017 12:14

Günəş sisteminə ilk dəfə olaraq başqa qalaktikadan kometa daxil olub. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Havay adalarındakı "PanSTARRS1" teleskopu ilə müşahidə aparan astronomlar bu səma cismini qeydə alıblar. "Comet C.2017 U1" adlı kometa yadplanetlilərin gəmisinə bənzəyir. Dünya astronomiya tarixində ilk dəfədir ki, Günəş sistemindən kənar, Oorta buludundan və ya Koyper qurşağından gəlməyən kometa qeydə alınır. Komatanın orbitinin eksentrisitetinin böyük olması onun Lira ulduz topasındakı Veqa ulduzu səmtindən hərəkətə başladığını güman etməyə imkan verir. "Comet C.2017 U1"in diametri 160 metr, sürəti isə 26 km/saniyədir. Hazırda kometa Merkurinin orbiti ilə Günəş arasındadır ki, bu da Günəşlə Yer arasındakı məsafədən 5 dəfə kiçikdir.

Türkiyə Baş Qərargah rəisi Rusiyaya getdi

21 Noyabr 2017 12:10

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Hulusi Akar Rusiyaya səfər edib. Bu barədə Türkiyə SQ Baş Qərargahı  məlumat verir. H.Akarın Soçidə rusiyalı və iranlı həmkarları ilə görüşəcəyi bildirilir.

Avropa İttifaqının dəstəyi ilə Saatlıda tədbir keçirilib

21 Noyabr 2017 11:45

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində Bələdiyyə - İcra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə növbəti tədbirini yerli İcra hakimiyyəti-Bələdiyyə və ictimai təşkilatların nümayədələrinin iştirakı ilə -18 noyabr 2017-ci il tarixdə Saatlı rayonunda keçirmişdir. 

Çindən düşmənlərinə SON ŞANS VİDEO

21 Noyabr 2017 11:44

Çin Hərbi Hava Qüvvələrinin döyüşçüləri üçün keçilən xüsusi təlimlərin görüntülərini yayıb. Xüsusi təyinatlıların təlimlər zamanı məşqləri geniş müzakirələrə səbəb olub. "Tor" adlandırılan hərbi bölmə Amerika Birləşmiş Ştatları və Rusiyanın hərbi potensialı barədə dünya mediasında gedən müqayisələrə cavab olaraq yaradılır. Analoqu olmayan döyüş metodları ilə zəngin döyüşçülər geniş imkanlara sahib olacaqlar.

ABŞ-da bir gündə iki təyyarə qəzası: Biri evə düşdü

21 Noyabr 2017 11:38

ABŞ-da təyyarə yaşayış məntəqəsinə düşüb. Ölkənin Kaliforniya ştatı səmalarında uçuşlar həyata keçirən Cessna 172 yüngülmotorlu təyyarəsi yaşayış evinə  çırpılıb.Hadisə ştatın San-Xose şəhəri yaxınlığında qeydə alınıb. Təyyarə ekipajında olan 3 nəfər ağır xəsarətlər alıb. Onlardan 2-nin vəziyyəti ağırdır. 

Bu ölkə namazı qadağan etdi

21 Noyabr 2017 11:36

Fransada küçədə namaz qılmaq qadağan edilib. Fransa daxili işlər naziri Cerard Kollomb polisin küçələrdə namaz qılanlara əngəl olacağını bildirib: “İnsanların küçədə namaz qılmalarının və dua etmələrinin qarşısını alacağıq. Gələcək bir neçə həftədə bu problemin həllinə nail olacağıq”. Nazir müsəlmanların ibadətlərini küçələrdə deyil, bunun üçün ayrılan məkanlarda etməsini daha məqsədəuyğun sayıb.

Rza Zərrabın işi ilə bağlı məhkəmə 2 saatlıq GİZLİ İCLAS keçirdi - QƏRAR

21 Noyabr 2017 11:33

Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da keçiriləcək məhkəməsi təxirə salınıb. Məhkəmə prosesində iştirak edəcək jüri heyətinin seçimi 27 noyabr, məhkəmə prosesi isə 4 dekabr tarixinə təyin edilib.

Məşhur aparıcının verlişi bağlandı

21 Noyabr 2017 11:17

Məşhur amerikalı teleaparıcı Charlie Rosenin CBS kanalında yayımlanan verlişi bağlandı. Olaylar.az bildirir ki, aparıcı 21 ildə 31 qadına təcavüz etməkdə günahlandırılır. Washington Post qəzetinə açıqlama verən qadınlar bildiriblər ki, 1990 – cı ildən 2011 – ci ilə qədər fərqli zamanlarda Rosenin cinsi təcavüzlərinə məruz qalıblar. Qadınların hamısı aparıcı ilə çalışan və ya çalışmaq istəyənlər olub.