ABŞ-da bir gündə iki təyyarə qəzası: Biri evə düşdü

ABŞ-da təyyarə yaşayış məntəqəsinə düşüb. Ölkənin Kaliforniya ştatı səmalarında uçuşlar həyata keçirən Cessna 172 yüngülmotorlu təyyarəsi yaşayış evinə  çırpılıb.Hadisə ştatın San-Xose şəhəri yaxınlığında qeydə alınıb. Təyyarə ekipajında olan 3 nəfər ağır xəsarətlər alıb. Onlardan 2-nin vəziyyəti ağırdır. 

ABŞ-da təyyarə yaşayış məntəqəsinə düşüb. Ölkənin Kaliforniya ştatı səmalarında uçuşlar həyata keçirən Cessna 172 yüngülmotorlu təyyarəsi yaşayış evinə  çırpılıb.Hadisə ştatın San-Xose şəhəri yaxınlığında qeydə alınıb. Təyyarə ekipajında olan 3 nəfər ağır xəsarətlər alıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Yaşayış evində olan 13 nəfər isə yüngül xəsarətlərlə qəzadan sağ çıxıblar. Eyni gündə ABŞ-a məxsus daha bir təyyarə qəzaya uğrayıb. Ölkənin Texas ştatında yerləşən "Laughlin" aviabazası yaxınlığında qəza baş verib.Birləşmiş Ştatların istehsalı olan "T-38 Talon" ikinəfərlik sürətli qırıcı təyyarə Texas ştatının Del Rio şəhərində yerə çırpılıb. Hadisə nəticəsində ekipajın 2 piltondan 1-i ölüb, digəri isə ağır yaralanıb. Hərbi Prokurorluq hadisəni təsdiqləyib. Yaralı pilotun isə "Val Verde" tibb mərkəzinə yerləşdirildiyi bildirlib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31