Avropa İttifaqının dəstəyi ilə Saatlıda tədbir keçirilib

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində Bələdiyyə - İcra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə növbəti tədbirini yerli İcra hakimiyyəti-Bələdiyyə və ictimai təşkilatların nümayədələrinin iştirakı ilə -18 noyabr 2017-ci il tarixdə Saatlı rayonunda keçirmişdir. 

"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyələşdirdiyi "Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi" layihəsi çərçivəsində Bələdiyyə - İcra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi məqsədi ilə növbəti tədbirini yerli İcra hakimiyyəti-Bələdiyyə və ictimai təşkilatların nümayədələrinin iştirakı ilə -18 noyabr 2017-ci il tarixdə Saatlı rayonunda keçirmişdir. 

Cebhe.info xəbər verir ki, keçirilən dəyirmi masada vətəndaş cəmiyyəti institutlarının, ictimai təşkilatların yerli hökumətlə münasibətlərin və əməkdaşlıq imkanlarının genişləndirilməsi, birgə fəaliyyətlərin təşkili, gorülə biləcək işlər müzakirə mövzusu olub.

İştirakçılar arasında qrup müzakirəsi, təqdimatlar, fikir mübadiləsi və six əməkdaşlıq istiqamətində dinləmələr tədbiri daha da maraqlı və məhsuldar edib.

Bələdiyyə - İcra hakimiyyəti və ictimai təşkilatlarla daha sıx əməkdaşlığın qurulması və birgə fəaliyyətlərin genişləndirilməsi mövzusunda növbəti tədbirin Sabirabad rayonunda yerli İcra hakimiyyəti-Bələdiyyə və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilməsi növbəti həftələrdə planlaşdırılır.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31