Dünya
Putin dekabrın 14-də mətbuatla görüşəcək
Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də mətbuat konfransı keçirəcək. Məlumata görə, Rusiya prezidentinin jurnalistlərlə görüşünün tarixi barədə Kremlin mətbuat xidməti rəsmi xəbər yayıb.
Marsla bağlı bəd xəbər: NASA-nın fotoları ümidləri üzdü
Elm adamları Marsın üzərindəki tünd rəngli cızıqların su deyil, qum axıntısı olduğunu açıqlayıb. ABŞ-ın Arizona və Planet Elmləri Universitetinin mütəxəssisləri NASA-nın Marsdan çəkdiyi fotoları araşdırıb. Araşdırmanın nəticələri ABŞ Geoloji Araşdırmalar Mərkəzinə aid “Nature Geoscience” dərgisində yayımlanıb. Tədqiqatın başçısı Kolin Dundas Marsın səthindəki minlərlə tünd rəngli cızıqların 151 ədədinin araşdırıldığını və əyriliklərin çoxunun 28-35 dərəcə arasında olduğunu bildirib. Bu dərəcədəki əyriliklər isə Yer kürəsi və Marsdakı qum təpələrinin bitmə dərəcəsi ilə eynidir.
Almaniyada siyasi böhran - media bir neçə səbəbi göstərir: Krım, Türkiyə, miqrantlar, NATO...
Xəbər verildiyi kimi, bazar günü Almaniyanın Azad Demokratlar Partiyasının hökumətin qurulması ilə bağlı koalisiya danışıqlarından çıxdığını bəyan edib.
Moldova Dnestryanıya xüsusi status verir
Yaxın gələcəkdə Dnestryanıya Moldovanın tərkibində xüsusi status verilməsi ilə bağlı layihə təqdim ediləcək. Bunu jurnalistlərə açıqlamasında Moldova Baş naziri Pavel Filip söyləyib. “Dnestryanının xüsusi statusu ilə bağlı sənədlər artıq hazırdır. Ölkədə konfliktin neytrallaşması üçün texniki və siyasi metodları əldən qaçırmaq lazım deyil”, – deyə o bildirib.
Madonnanın çılpaq şəkilləri hərracda
Məşhur pop - ulduz Madonnanın çılpaq foto şəkilləri hərraca çıxarılacaq. Olaylar.az bildirir ki, fotolar sırasında Madonnanın karyerasının ilk illərində, sənət məktəbində balet oynayarkən çəkilən şəkillər də var. 108 ədəd foto Gotto Have Rock və Roll Auksion evində hərraca çıxarılacaq.
Livan İsraillə sərhəddə tam döyüş hazırlığı elan etdi
Livan ordusunun komandanı, ordu generalı Cozef Aun İsrail ordusunun təhdidlərinin qarşısını almaq üçün cənub sərhədlərində tam döyüş hazırlığı olduğunu bəyan edib.
“Türkiyə hücum edərsə..” - Terror təşkilatının lideri Putinə YALVARDI
PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin liderlərindən biri Murat Karayılan Rusiya prezidenti Vladimir Putindən kömək istəyib. Təşkilatın mediasına danışan Karayılan Afrin əməliyyatı keçirməməsi üçün onu Türkiyəyə təsir etməyə çağırıb.
Livan əsgərləri İsrail ilə sərhəddə hazır vəziyyətə gətirildi — Şərqdə gərginlik
Livan və İsrail arasında son günlər böyük gərginlik yaşanıb. Livanın ordu baş qərargah rəisi general Jozef Avn yeni açıqlama verib. Açıqlamalarda "İsrailin təhdidlərinə qarşı hazırıq" ifadəsindən istifadə edilib.
Afina metrosu işləmir - TƏTİL
Afina metrosunun əməkdaşları tətil keçirirlər. Məlumata görə, bu səbəbdən yollarda tıxacların, eləcə də ictimai nəqliyyatda sərnişindaşımada problemlərin olacağı gözlənilir. Etiraza səbəb metronun özəlləşdirmə fonduna verilməsi barədə qərarı olub. Bununla bağlı metropoliten əməkdaşları ölkənin maliyyə naziri ilə görüş tələb edirlər.
Belaruslu diplomat Ukraynadan QOVULDU - Casus QALMAQALI
Ukrayna Xarici İşlər Nazirliyi Belarus diplomatını arzuedilməz şəxs elan edib. Bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsa söyləyib. Onun sözlərinə görə, bu addım rəsmi Minskin Ukraynanın Belarusdakı səfirliyinin müşaviri İqor Skvrotsovu arzuedilməz şəxs elan etməsinə cavab olaraq atılıb. “Ukraynanın Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipini rəhbər tutaraq bu qərarı qəbul edib”, - o deyib. Betsa qeyd edib ki, belaruslu diplomat Ukraynanı artıq tərk edib.
Çin əhalisi 1,4 milyard nəfərə yaxınlaşıb
Son statistikaya görə, Çinin əhalisi 1 milyard 399 milyon nəfər təşkil edir. Məlumata görə, bu statistik göstəricini Çinin İctimai Təhlükəsizlik Nazirliyi açıqlayıb.
17 yaşındakı gənc məsciddə partlayış törətdi
Nigeriyanın şərqində yerləşən Adama vilayətində bir kamikadze məsciddə partlayış törədib. Olaylar.az bildirir ki, partlayış nəticəsində 30 nəfər həlak olub.
Ruminya ABŞ-dan raketdən müdafiə sistemi alır
Ruminya ABŞ-dan 3 konfiqurasiyalı 7 ədəd “Patriot” havadan müdafiə sistemi alacaq. Ruminya senatının müdafiə komissiyası “Patriot” raketlərinin alınması ilə bağlı qanun layihəsi hazırlanması haqqında qərar qəbul edib.
Çində tapılan kəllə sümüyü elm aləmini alt-üst etdi
40 il əvvəl Çində 260 min illik kəllə sümüyü tapılıb. Bir qrup alimin araşdırması müəyyən edib ki, təkamül Afrikadan yox, Asiyadan başlayıb. Bir çox antropoloq və elm adamı insan növünün 200 min il əvvəl Afrikada meydana çıxdığına və 80 min insanın Afrikadan ayrılaraq dünyanın müxtəlif nöqtələrinə səpələndiyinə inanır.













