Dünya

“Huawei Honor V10” smartfonunun fotoşəkilləri yayılıb

21 Noyabr 2017 19:28

Çinin “TENAA” Telekommunikasiya Avadanlığının Sertifikatlaşdırılması Mərkəzinin saytında buraxılışa hazırlaşan və istehsalçı tərəfindən rəsmən təqdim edilməyən “Huawei Honor V10” smartfonunun fotoşəkilləri yayılıb.     Saytda smartfon “BND-AL00” markası ilə qeyd edilib. Sertifikatlaşdırma mərkəzinin məlumatları smartfonun bütün ön paneli əhatə edən dizayn, qoşa əsas kamera, arxa paneldə barmaq izi skanerinə malik metal korpusla təchiz ediləcəyini təsdiq edir.  

Ən təhlükəli parollar açıqlanıb

21 Noyabr 2017 19:25

“Google” şirkəti kibertəhlükəsizlik mövzusunda ABŞ-ın Berkli Universiteti ilə birlikdə aparılan tədqiqatın nəticələrini açıqlayıb.   Məlumata görə, 2016-cı ildə 1 484 680 141 login, parol və digər fərdi istifadəçi məlumatları kibercinayətkarların əlinə keçib. Əksər məlumat sızması isə sadə parol qoyan istifadəçilərin payına düşüb.   Belə ki, ən populyar təhlükəli parol cinayətkarlar tərəfindən 6 milyon dəfədən çox tapılan “123456” olub. İkinci yeri ingiliscə parol mənasını verən “password” sözü tutub. Onun müdaxilə sayında payı 2 700 000 təşkil edib. Liderlər üçlüyünü 2 200 000 dəfədən çox yığılan “123456789” kombinasiyası tamamlayıb.

Məşhur avtomil istehsalçısı maşınlarını geri çağırır

21 Noyabr 2017 19:15

Yapon avtomobil istehsalçısı olan Honda 2013-2017-ci illərdə istehsal edilən Spirior və Elysion modellərini geri çağırır. Olaylar.az bildirir ki,  254.500 avtomobilin geri çağırılmasına səbəb kiçik texniki hissənin zaman keçdikcə zərər görəcəyi və bu problemin pilsuz həll ediləcəyi bildirilir.

"Asu" onu sevdiyini söyləyən rəfiqəsini həbs etdirə bilmədi

21 Noyabr 2017 18:53

2011-ci ildə "Türkiyə gözəli" seçilən Melisa Aslı Pamuk ona aşiq olan rəfiqəsi Elif Atbaş və dostu Yasin Dumanı həbs etdirə bilməyib. 

Yutubdan daha bir yenilik

21 Noyabr 2017 18:34

“YouTube” sosial şəbəkəsinin mobil telefonlar üçün istifadəyə verilən proqramında daha bir yenilik ediləcək. Şirkətin yaydığı məlumata görə, mühəndislər mobil proqramda "qara rəngli" interfeysin tətbiqini aktivləşdirməklə, qaranlıqda “YouTube” servisində daha rahat video izləmək üçün şərait yaradacaqlar.

Aleyna təhsilini dondurub, Amerikaya getdi

21 Noyabr 2017 18:30

Müğənni Aleyna Tilki anası Havva Tilki ilə birlikdə Amerikaya uçub. İfaçı hava limanında kameralara tuş gəlib. Aleyna ingilis dilini təkmilləşdirmək üçün ABŞ-a yola düşüb. Bunun üçün o, Türkiyədəki təhsilini dondurub. Tilki Los-Ancelesdə təhsil alacağı məktəbi seçib, dekabrda ölkəsinə qayıdacaq. 

“Kara Sevda” serialı mükafatlandırıldı

21 Noyabr 2017 18:25

Burak Özçivitlə Neslihan Atagülün baş rollarda çəkildiyi və izləyici sayına görə digər seriallardan öndə olan “Kara sevda” 45-ci “Emmi” mükafatlandırma mərasimində iştirak edib.

SON DƏQİQƏ! İraqda partlayış - Onlarla ölü və yaralı

21 Noyabr 2017 18:17

İraqın şimal-şərqindəki Tuz-Xurmatu şəhərində güclü partlayış baş verib. Məlumata görə, partlayıcı maddə ilə yüklənmiş bazar yaxınlığında partladılıb. 

İtaliyada taksi tapmaq mümkün deyil - Tətil başladı

21 Noyabr 2017 18:08

Bu gün İtaliyada taksi sürücülərinin ümummilli tətili keçirilir. Məlumata görə, paytaxt Romada və digər şəhərlərdə yerli vaxtla saat 08:00-dan 22:00-dək taksi fəaliyyəti dayandırılacaq.

Amsterdam aeroportunda reyslər iflic olub - SƏBƏB?

21 Noyabr 2017 17:52

Amsterdamda Avropanın ən iri hava limanlarından biri olan Sxipxol aeroportunda texniki səbəblərlə əlaqədar onlarla uçuş ləngiyib. Məlumata görə, qüsurun hava limanının radiolokatoru ilə əlaqəli olduğu bildirilib. 

Ərdoğan: “Əsəd rejimi hələ də yerindədirsə, bu qədər qan niyə tökülüb?”

21 Noyabr 2017 17:51

“ABŞ-ın bölgəmizdə yürütdüyü siyasətin yanlış olduğuna dair narahatlığımızı hər zaman ifadə etmişik”. “Haber 7” bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan AK partiyasının qrup toplantısında çıxışında deyib.

Rusiya Britaniyadakı beynəlxalq sərgiyə buraxılmadı

21 Noyabr 2017 16:58

Britaniyada keçirilən "Farnboro" aviasiya sərgisinin təşkilatçıları 2018-ci ilin sərgisində Rusiya məhsullarını nümayiş etdirməyə qadağa qoyublar. Bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Anatoli Pinçuk deyib. O, Rusiyanın imkanlarını və təcrübə mübadiləsini nümayiş etdirmək üçün bu platformadan istifadə edə bilməyəcəklərinə təəssüf edib.

Əbru Gündəş Rza Zərrabdan boşanır?

21 Noyabr 2017 16:53

Türkiyəli məşhur müğənni Əbru Gündəş ABŞ-da həbs həyatı yaşayan azərbaycanlı iş adamı Rza Zərrabdan boşanmağa qərar verib. Müğənni ötən il R.Zərrabdan boşanmaq qərarından dönsə də, bu dəfə fikrində qətidir. Onun boşanmaq üçün hüquqi prosesləri nə vaxt başladacağı açıqlanmır.

Ata 9 aylıq qızını zorladı - Amerika faciəsi 

21 Noyabr 2017 16:36

ABŞ-da hərbi həkim Kristofer Konvey xüsusilə ağır travmalar verməklə 9 aylıq əkiz qızlarından birinə təcavüz etməkdə suçlanıb. Körpə təcili yardımla hospitala aparılsa da, həkimlər uşağı xilas edə bilməyiblər.

İndoneziya təhlükədə - Vulkan püskürdü

21 Noyabr 2017 16:31

İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürməyə başlayıb. Məlumata görə, hazırda vulkanın kraterindən tüstü 700 metrədək yüksəlir. Vulkanın fəallığı mütəxəssislər tərəfindən ikinci kateqoriyaya aid edilib. Yəni püskürmə güclü hesab olunmur.