Amsterdam aeroportunda reyslər iflic olub - SƏBƏB?
Amsterdamda Avropanın ən iri hava limanlarından biri olan Sxipxol aeroportunda texniki səbəblərlə əlaqədar onlarla uçuş ləngiyib. Məlumata görə, qüsurun hava limanının radiolokatoru ilə əlaqəli olduğu bildirilib.
21 Noyabr 2017 17:52 DünyaAmsterdamda Avropanın ən iri hava limanlarından biri olan Sxipxol aeroportunda texniki səbəblərlə əlaqədar onlarla uçuş ləngiyib. Məlumata görə, qüsurun hava limanının radiolokatoru ilə əlaqəli olduğu bildirilib. Hazırda problemin aradan qaldırılması üçün işlər aparılır. Hava limanında son uçuş yerli vaxtla saat 12:45-də (Bakı vaxtı ilə 15:45) baş tutub. Hava limanının adi rejimdə fəaliyyətini nə zaman bərpa edəcəyi hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31