“Kara Sevda” serialı mükafatlandırıldı

Burak Özçivitlə Neslihan Atagülün baş rollarda çəkildiyi və izləyici sayına görə digər seriallardan öndə olan “Kara sevda” 45-ci “Emmi” mükafatlandırma mərasimində iştirak edib.

Burak Özçivitlə Neslihan Atagülün baş rollarda çəkildiyi və izləyici sayına görə digər seriallardan öndə olan "Kara sevda" 45-ci "Emmi" mükafatlandırma mərasimində iştirak edib. Film "Ən yaxşı xarici serial" kateqoriyası üzrə birinci yerə layiq görülüb. Serial 11 kateqoriya üzrə 18 ölkənin serialları ilə mübarizə aparıb. Serialın rejissoru Hilal Saral, ssenaristi Burcu Görgün Toptaş və Özlem Yılmazdır. 

Bu barədə "Ay Yapım" Nyu-Yorkda təşkil edilən mükafatlandırma gecəsindən olan fotoları sosial şəbəkədə paylaşaraq bildirib. Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31