Dünya
Dəfn ediləndən 11 gün sonra atasına zəng etdi -Dünya bu şəxsdən danışır
İstefa verən baş nazir ölkəsinə qayıtdı
Səudiyyə Ərəbistanında noyabrın 4-də tarixində Livanın baş naziri postundan istefa verdiyini açıqlayan Saad Həriri bu qərardan 17 gün sonra ölkəsinə qayıdıb. Keçmiş baş nazir noyabrın 22-də bayram edilən Müstəqillik günü münasibətilə ölkəsinə geri dönəcəyini daha əvvəl elan etmişdi.
Dünyanın ən təhlükəsiz şəhərləri - SİYAHI
“Travelbird” səyahət saytı dünyanın ən təhlükəsiz şəhərlərinin siyahısını tərtib edib. Siyahı şəhərlərin siyasi, iqtisadi, sosial vəziyyətinə uyğun olaraq tərtib edilib. Beləliklə, dünyanın ən təhlükəsiz şəhəri siyahısına BƏƏ-nin paytaxtı Abu-Dabi başçılıq edib. Abu-Dabini İsveçrənin Bern və Almaniyanın Münhen şəhəri izləyib.
Yaşlı kişiləri ehtiraslandırıb soydular
Ankarada yaşlı kişilərin erogen zonalarına toxunaraq onları soyan dəstə həbs edilib. Dəstənin iki qadın və bir kişi üzvü olub. Onlar yaşlılardan ümumilikdə 8 min manata yaxın pul oğurlayıblar.
UNİCEF: 180 milyon uşağı daha pis gələcək gözləyir
Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) dünyada milyonlarla uşağın 20 il öncəki dövrlə müqayisədə daha çətin və təhlükəli şərtlər altında yaşadığını açıqlayıb. Fondun Dünya Uşaq Hüquqları günü münasibətilə yayımladığı sənəddə hazırda məktəbə gedən uşaqların sayının azaldığı və şiddət səbəbilə ölən uşaqların sayının artdığı bildirilib. Sənəddə dünya üzərində hər 12 uşaqdan birinin yoxsulluq içində yaşadığı, məktəbə getmədiyi və ya şiddətin qurbanı olduğu da qeyd edilib.
İraqda növbəti terror
İraqda növbəti terror aktı törədilib. Hadisə Tuz-Hurmatu şəhərində baş verib. Avtomobildə olan terrorçu-kamikadze şəhərin bazar meydanında partlayıcı qurğunu işə salıb.
Facebook artıq ən dəyərli sosial şəbəkə deyil
Çinin sosial mesajlaşma və mobil sistemi “WeChat”ın sahibi “Tencent” firması “Facebook”u keçərək dünyanın ən dəyərli sosial media şirkəti olub. Honq-Konq birjasında bazar qiyməti gün ərzində 2,38 % artaraq 523 milyard dollara çatan “Tencent Holdings” “Facebook”u geridə qoyub.
Təyyarə eniş edə bilmədi
Moskvadan Soçiyə uçan təyyarə güclü külək səbəbi ilə hava limanında eniş edə bilməyib. Təyyarə ehtiyat hava aerodromda eniş etmək məcburiyyətində qalıb.
ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirdi
Putinlə Trampın telefon söhbətinin detalları məlum oldu
Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında telefon söhbətinin gedişatında Suriya, İran, Əfqanıstan, Koreya Xalq Demokratik Respublikası və Ukrayna mövzuları müzakirə edilib. Bu haqda Ağ Evin nümayəndəsinə istinadən “Blomberg” agentliyi bildirib. Agentliyin həmsöhbətinin sözlərinə görə, söhbət bir saata yaxın davam edib.
34 il əvvəl zorladığı uşaqla bir HƏBSXANADA: Filmlərə mövzu olacaq CİNAYƏT
İngiltərənin Mançester şəhərinin sakini 34 il əvvəl etdiyi təcavüzə görə cəzalandırılıb. Cinayətin üstü təsadüfən açılıb. 1981-ci ildən 15 yaşlı Geri Mottersxed qonşuların uşaqlarına baxaraq pul qazanırdı. Bir dəfə onu altı yaşlı oğlana baxmağa çağırdılar. Geri özü ilə şərab gətirərək onu uşağa içirib. Daha sonra isə uşağı seksə məcbur edib. O, 1983-cü ilə qədər bir neçə dəfə oğlana “baxmağa” gəlirdi. Yeniyetmə uşağı şantaj edirdi və bildirirdi ki, “kiçik sirr” haqqında kiməsə danışsa, onun böyük bacısını zorlayacaq. Nəticədə, 6 yaşlı oğlan susmağa məcbur olub.
Azərbaycanlı milyarder saxlanıldı
Rusiya Federasiya Şurasının üzvü, Azərbaycan əsilli Rusiya milyarderi Süleyman Kərimov Fransanın Nitsa şəhərinin aeroportunda saxlanılıb. Bu haqda Rusiyanın Fransadakı səfirliyinin nümayəndəsi “RİA-Novosti” agentliyinə bildirib. O, hazırda polis bölməsindədir. Vilfranş-syur-Merdəki Rusiya baş konsulluğunun əməkdaşları senatorla görüşə biliblər.
2017-ci ilin ən yaxşı texnoloji yenilikləri bəlli olub
Yaponiyanın “Nintendo” şirkətinin “Switch” oyun konsolu ABŞ-ın nüfuzlu “Time” jurnalı tərəfindən tərtib edilmiş reytinqin birinci pilləsində qərarlaşıb. "Hibrid" konsol 6,2 düymlük displeyə malik planşet və “Joy-Con” adlı simsiz kontrollerlərdən ibarətdir. Reytinqin ikinci pilləsində “iPhone X” smartfonu yer alıb. Reytinqin tərtibçiləri bildiriblər ki, “Apple” şirkətinin yeniliyi kifayət qədər bahalıdır, ancaq çərçivəsiz ekran və “Face ID” (sifətin tanınması sistemi) gələcəkdə smartfonlar üçün yeni standarta çevriləcək.
“5G NR” şəbəkəsinin ilk sınaqları keçirilib
“Qualcomm Technologies”, “ZTE” və “China Mobile” şirkətləri “3GPP R15” standartı əsasında dünyada ilk kompleks “5G New Radio” sistemini yaradıb və uğurlu sınağını keçirərək yaxın bir neçə ildə “4G LTE” şəbəkəsini əvəz edəcək beşinci nəsil mobil rabitə şəbəkələrində şəbəkə avadanlığının və informasiyanın ötürülmə işini nümayiş etdirməyə nail olublar. Şirkətlərin nümayəndələri qeyd edib ki, “5G NR IoDT” arabağlantı sisteminin uğurlu birləşmə uyğunluğu “3GPP” standartı ilə uyğunluq təşkil edən şəbəkələrin və qurğuların sürətli inkişafı üçün “5G NR” texnologiyalarının ilkin kommersiyalaşdırılması sahəsində vacib addımdır.
Smartfon istifadəçiləri ən çox hansı brauzerdən istifadə edirlər?
"Androidpolice" nəşri öz oxucuları arasında sorğu keçirib. Sorğunun məqsədi ən populyar brauzeri müəyyənləşdirmək olub. Sözügedən nəşr 5 brauzerdən birinə səs verməyi təklif edib: "Samsung Internet" (Browser), "Mozilla Firefox", "Opera Mini / Mobile", "Safari" və "Google Chrome".














