Dünya

Ərdoğan: “Suriyada 7 ildir törədilən vəhşiliyə laqeydlik Qərbin iç üzünü açıb göstərdi”

22 Noyabr 2017 13:35

“Suriyada 7 ildir törədilən vəhşiliyə laqeydlik, qaçqınların keçid məntəqələrində gözlədilməsi, insanlıqdan kənar hadisələr Qərbin iç üzünü açıb göstərdi”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin noyabrın 22-də İstanbulda keçirilən 33-cü toplantısında bildirib.

Çağla Şikel və Alişan yenidən bir arada

22 Noyabr 2017 13:32

Məşhur türkiyəli müğənni Alişan və maniken Çağla Şikel növbəti dəfə birgə kamera önünə keçiblər. Olaylar.az bildirir ki, yaxın günlərdə Türkiyənin məşhur ulduzlarının yer aldığı “Dostlar mahallesi” serialı  KanalD – də yayımlanacaq.

"Google" casusluqda ittiham olunur

22 Noyabr 2017 13:22

"Quartz" nəşri "Android" əməliyyat sistemində casusluq funksiyasını aşkar edib.  "Android" əməliyyat sistemi istifadəçilərin yerləşməsi barədə informasiyanı toplayır. Casusluq "Cell ID" texnologiyasının köməyi ilə həyata keçirilir. Məlum olub ki, hətta mobil cihazda GPS funksiyası işə salınmadan və SIM kart qoşulmadan istifadəçinin harada olması barədə məlumat "Google"a ötürülür. Məlumatlar mobil rabitə qurğuları vasitəsilə dəqiqliklə əldə olunur. "Quartz" bildirir ki, "Google" bu funksiyanı cari ilin əvvəlində işə salıb. Ekspertlər isə iddia edir ki, "Google" bu funksiyanı işə salmaqda məqsədi reklam sahəsində effektivliyi artırmaq olub.

Tbilisidə bir terrorçu saxlanılıb

22 Noyabr 2017 13:20

Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı bir nəfər saxlanılıb.

4 yaşında təcavüzə uğrayan qadının dedikləri dəhşətə gətirir

22 Noyabr 2017 13:16

Hazırda 67 yaşı olan George Donald adlı kişi qızı Cordelie Donalda qarşı əxlaqsız hərəkətlər edib.  O, qızı iki yaşında olarkən ona təcavüz edib. Kişi uşağın 10 yaşı olana qədər onu zorlayıb. 

ABŞ təyyarəsi qəzaya düşdü - 11 nəfərdən xəbər yoxdu

22 Noyabr 2017 13:08

ABŞ donanmasına məxsus təyyarə Sakit Okeana düşüb.  İçərisində 11 nəfər ekipaj üzvü olan təyyarənin Ronald Reyqan təyyarə daşıyan gəmisinə doğru gedən istiqamətdə qəzaya uğradığı bildirilib.

Rusiya tankları Ukrayna sərhədini keçdi - Ukrayna MÜHARİBƏYƏ HAZIRDIR

22 Noyabr 2017 12:56

Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin fövqəladə iclasını keçirib.  İclasda fərqləndirici nişanları olmayan silahlılar qrupunun Luqanskın mərkəzini bloklaması müzakirə edilib. Luqanskdakı vəziyyətlə bağlı güc idarələrinin rəhbərlərinin məruzələrini dinləyən dövlət başçısı ATƏT-in sülh missiyasını aktivləşməyə çağırıb.

Balidə 30 min nəfər evini tərk edib - Vulkan aktivləşir

22 Noyabr 2017 12:53

İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi ilə əlaqədar təqribən 30 min insan öz evini tərk edib. Məlumata görə, İndoneziyanın Vulkanik aktivliyin araşdırılması üzrə Mərkəzi yerli sakinləri və turistləri sakitliyə riayət etməyə çağırıb. Mərkəz hələ təhlükənin səviyyəsini qaldırmaq niyyətində deyil. Vulkan ötən gün aktivləşməyə başlayıb, təxminən 700 metr hündürlüyə kül püskürür.

Özündən 40 yaş böyük ərini öldürüb, kanalizasiyaya atdı - VİDEO

22 Noyabr 2017 12:45

Taylandın Udon şəhərində 22 yaşlı Nittaya Saenqdeuan 62 yaşlı əri Amnuay Vensilanın paltarlarını yuyarkən cibini boşaldanda prezervativ tapıb. Dəliyə dönən gənc qadın mübahisə etdiyi ərini bıçaqlamağa başlayıb. 

Rusiyada elə qar yağdı ki, 5 min nəfər işıqsız qaldı

22 Noyabr 2017 12:41

Rusiyanın şimal-şərqində güclü qar yağıb. Məlumata görə, Lipetck şəhərində güclü qar yağması nəticəsində 5 minə yaxın sakin işıqsız qalıb.

ABŞ sözçüsü Türkiyə prezidentinin ittihamına cavab verdi

22 Noyabr 2017 12:33

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert (Heather Nauert) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "17-25 dekabr tələsini aparıb Amerikada qurdular" sözlərinə münasibət bildirib.

Ərdoğandan Putun və Ruhani qarşısında ÜÇ ŞƏRT

22 Noyabr 2017 12:13

Suriyadakı vətəndaş müharibəsinə son qoymaq üçün qurulan Astana formatının memarları olan Rusiya, Türkiyə və İran prezidentləri Soçidə görüşəcək.

Düşərgədə yer olmadı, qaçqınları həbsxanaya yerləşdirdilər - İspaniyada ŞOK OLAY

22 Noyabr 2017 12:11

İspaniyada təxminən 500 qaçqın düşərgələrdə yer olmadığına görə həbsxanalara yerləşdirilib. Bu barədə “France24” saytı məlumat yayıb. Məlumata görə, İspaniya Daxili İşlər Nazirliyi Əlcəzairdən gələn qaçqınların yarısının cənub-şərqi İspaniya bölgəsi olan Mursiyaya, digər yarısını isə Arçidona şəhərindəki həbsxanalara yerləşdirib.

Şimali Koreyada əyləncə QADAĞAN EDİLDİ

22 Noyabr 2017 11:02

Şimali Koreya hökuməti vətəndaşlarına özəl partilər və spirtli içkinin olduğu şənliklər təşkil etməyi qadağan edib. Hökumət bu addımı ölkəyə tətbiq edilən sanksiyaların təzyiqinin getdikcə artması səbəbilə atıb.