Dünya

Ərdoğan Ruhani ilə görüşüb

22 Noyabr 2017 17:29

Prezident Rəcəb Tayyip Ərdoğan Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü çərçivəsində iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.  Sammit çərçivəsində Ərdoğan-Putin və Putin-Ruhani ikitərəfli görüşlərinin də keçiriləcəyi gözlənilir.

Kiyev Rusiya üzərində strateji qələbəni elan etdi

22 Noyabr 2017 16:42

Ukraynanın baş naziri Vladimir Qroysman Rusiya üzərində strateji qələbədən danışıb. Baş nazir artıq iki ildir Rusiya təbii qazını almadğını deyib. “Biz hamımız xatırlayırıq ki, yaxın vaxtlarda bütün enerji resurslarlarına görə Rusiyadan tamamilə asılı vəziyyətdə idik.

Güclü qasırğa Batumi və Poti limanlarında PROBLEM YARATDI

22 Noyabr 2017 16:31

Gürcüstanın Qara dəniz sahillərində ötən gecədən davam edən güclü qasırğa Poti və Batumi limanlarının işini iflic edib. Ötən gecədən gəmilərin qəbulu və göndərilməsi əməliyyatları dayandırılıb.

Livanın baş naziri istefa qərarından imtina etdi

22 Noyabr 2017 16:28

Noyabrın 4-də Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın baş naziri Saad Hariri bu qərarından imtina edib. Postundan getmək barədə qərarından daşınan Hariri yenidən ölkə hökumətinə başçılıq edəcək. O, bu barədə çərşənbə günü Prezident sarayında keçirilən mətbuat konfransında məlumat verib və bildirib ki, bu addımı Livan prezidenti Mişel Aunun xahişi ilə atıb.

Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul etdi

22 Noyabr 2017 15:52

BMT-nin Suriyada rəhbər olaraq tanıdığı Bəşər Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib.  Təkliflər arasında Konstitusiyaya və seçki sisteminə dəyişiklik, həmçinin ümumi əfv də var.

Beynəlxalq məhkəmə general Mladiçi ömürlük həbsə məhkum edib

22 Noyabr 2017 15:09

Niderlandın Lahey (Haaqa) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Yuqoslaviyanın dağılması prosesi zamanı Bosniya-Herseqovinada baş vermiş etnik münaqişə zamanı insanlığa qarşı cinayətlər törətmiş serb general Ratko Mladiçi soyqırımda təqsirli bilib. R. Mladiç 2-si soyqırımla əlaqəli olmaqla, ümumilikdə 11 maddə üzrə günahkar sayılıb.

Zimbabvenin yeni prezidenti kim oldu?

22 Noyabr 2017 15:07

Zimbabvenin yeni prezidenti Emmerson Mnanqarvanın inauqurasiyası noyabrın 24-də baş tutacaq. Məlumata görə, bundan əvvəl ölkənin vitse-prezidenti olan Mnanqarvanı əvvəlki prezidetn Robert Muqabe vəzifədən kənarlaşdırmışdı.

Rusiyada yeni viza sisteminin tətbiqinə başlanıldı

22 Noyabr 2017 15:05

Rusiya ölkədə müvəqqəti yaşamaq icazəsi almaq üçün yeni növ vizaları təsdiqləyib. Rusiyanın Nazirlər Kabinetinin yaydığı məlumata görə, ölkəyə daxil olmaq üçün istifadə edilən adi növ vizalar artıq yenisi ilə əvəzlənəcək.

Rusiyanın tanınmış opera ifaçısı vəfat edib

22 Noyabr 2017 14:52

Rusiyanın məşhur opera müğənnisi Dmitri Xvorostovski vəfat edib. Uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunan müğənni London xəstəxanalarının birində dünyasını dəyişib.

Marsdakı tünd cizgilər su yox, qum axınıdır — Alimlərdən ŞOK İDDİA

22 Noyabr 2017 14:50

Elm adamları Marsın səthindəki tüng cizgilərin su yox, qum axıntısının izi olduğunu açıqlayıb. Arizona və Durham universitetləri, Kosmik Elmlər institunun bir qrup alimi Qırmızı Planetin üzərindəki dar, tünd rəgli axıntı izlərinin NASA tərəfindən əldə edilən görüntülərini izləyib.

İsveçin bu kəndinə köçənlərə 70 min dollar veriləcək

22 Noyabr 2017 14:47

İsveçin Albinen kəndində əhalinin sayı azalır. Kənd sakinləri ay sonunda referendum keçirəcək. Kəndə köçən şəxsə 70 min dollar veriləcək və bu ailənin ən azı 4 nəfərlik olması və 10 il kənddə yaşaması lazımdır. Bu qərar kəndin azalan sakinlərinin sayını artırmaq üçün nəzərdə tutulub.

S-400-lərin ilk partiyası Türkiyəyə bu tarixdə catdırılacaq

22 Noyabr 2017 14:37

Rusiyanın S-400 zenit-raket sistemlərinin ilk partiyasının Türkiyəyə çatdırılması 2019-cu ildə həyata keçiriləcək. Bu haqda ölkə telekanallardan birinə Türkiyənin müdafiə naziri Nürəddin Canikli deyib.

Adamyeyən tələbə ərlə arvadı öldürdü, kişini gəmirdi

22 Noyabr 2017 14:16

ABŞ-ın Florida ştatındakı Yupiter şəhərində isti, bürkülü avqust günü idi. Yerli idman barında Harrouf ailəsi onlara baş çəkməyə gəlmiş oğulları, 19 yaşlı tələbə Ostin Harroufla nahar edirdilər.

Türkiyədə bahalı oğurluq avtomobillər: Azərbaycandan gətirilənlər də var

22 Noyabr 2017 13:55

Fransa və İspaniyada oğurlanaraq qaçaq yolla Türkiyəyə gətirilən 9 lüks avtomobil Adana şəhərində polisin əlinə keçib. Azərbaycan, Gürcüstan, Bolqarıstan və Almaniyadan qeyri-qanuni yollarla gətirilən avtomobillərin də saxlanıldığı Təhlükəsizlik Xidmətinin həyəti avtomobil qalereyasını xatırladır.