Türkiyədə bahalı oğurluq avtomobillər: Azərbaycandan gətirilənlər də var
Fransa və İspaniyada oğurlanaraq qaçaq yolla Türkiyəyə gətirilən 9 lüks avtomobil Adana şəhərində polisin əlinə keçib. Azərbaycan, Gürcüstan, Bolqarıstan və Almaniyadan qeyri-qanuni yollarla gətirilən avtomobillərin də saxlanıldığı Təhlükəsizlik Xidmətinin həyəti avtomobil qalereyasını xatırladır.
22 Noyabr 2017 13:55 DünyaFransa və İspaniyada oğurlanaraq qaçaq yolla Türkiyəyə gətirilən 9 lüks avtomobil Adana şəhərində polisin əlinə keçib. Azərbaycan, Gürcüstan, Bolqarıstan və Almaniyadan qeyri-qanuni yollarla gətirilən avtomobillərin də saxlanıldığı Təhlükəsizlik Xidmətinin həyəti avtomobil qalereyasını xatırladır. Polis Fransa və İspaniyada oğurlandıqdan sonra mühərrik və şassi nömrələri dəyişdirilən lüks cip və digər avtomobillərin Adanaya gətirildiyini müəyyən edib. Avtomobil oğurluğu cinayətləri ilə mübarizə aparan şöbə əməkdaşlarının peşəkarlığı nəticəsində sonuncu yeri müəyyən olunan 9 lüks avtomobil bir-bir ələ keçirilib.
Hadisə ilə bağlı saxlanılan 4 nəfər isə barələrindəki ittihamı qəbul etməyiblər. Məhkəməyə çıxarılan şübhəlilər sərbəst buraxılıblar.
Mənbə yazır ki, bu əməliyyatdan sonra Gürcüstan, Azərbaycan, Bolqarıstan və Almaniyadan gətirilən oğurluq avtomobillərin də park edildiyi Təhlükəsizlik Xidmətinin həyəti lüks avtomobil qalereyasına bənzəyir. Adanada saxlanılan bu avtomobillərin satış qiymətinin 3 milyon lirə olduğu bildirilir. Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir.