Dünya

“Kinder”, yoxsa “ölüm sürprizi”? - Tərkibində ölümcül maddə tapıldı

22 Noyabr 2017 20:00

"Kinder sürpriz”də kanserogen maddə tapılıb. Bu haqda Almaniyada istehlakçıların hüquqlarını müdafiə edən təşkilat məlumat yayıb. Nüfuzlu xarici KİV-də yazılıb ki, üzərində ekspertiza aparılan 5 məhsulda mineral yağların təhlükəli konsentrasiyasının normadan artıq olduğu üzə çıxıb. Bu yağlar adətən neft emalı prosesində yaranır.

Orxan Facebook-da bacısına yazan dostunu bıçaqladı: Bacım barəsində şayiələr yaydı 

22 Noyabr 2017 19:52

Türkiyənin Adana şəhərində yaşayan Orxan Ü. həbs edilib. O, Facebook-da bacısını təhqir edən Fərdi A. və anası Pərvin A.-nı bıçaqlamaqda təqsirli bilinir. Fərdi A. dostu Oxan Ü.-nün bacısını sosial şəbəkədə paylaşdığı şəkillər haqqında "Bu yaxşı ayaq deyil. Maşını necə alıb" şərhini yazaraq qalmaqalın əsasını qoyub.

"Seçilməyim üçün cinsi əlaqə təklif etdi" - Aktrisadan gözyaşı içində ŞOK ETİRAF 

22 Noyabr 2017 19:47

ABŞ-lı 65 yaşlı rejissor Oliver Stoun da təcavüz qalmaqalında adı hallanan məşhurlar arasına qatılıb. Aktrisa Melissa Gilbert (53) "The Doors'" adlı filmin 1991-ci ildəki çəkilişləri zamanı Oskar mükafatçısı olan rejissor Oliver Stounun onu zorladığını bildirib.

“Uber”-də 57 milyonluq OĞURLUQ

22 Noyabr 2017 19:41

İnternet vasitəsilə xidmət göstərən “Uber”taksi şirkətinə kiber hücumlar nəticəsində 57 milyon istifadəçisinin məlumatları oğurlanıb. Şirkət bu barədə açıqlama yayıb.

ŞOK: 37 yaşlı qadının 38 uşağı var

22 Noyabr 2017 19:35

Uqandanın Kambirbiri kəndində yaşayan 37 yaşlı qadının 38 uşağı var. Afrikalı Marian Nabatanzinin ilk uşağı 12 yaşında dünyaya gəlib. Hazırda qadının ən balaca övladı 4 aylıq, böyüyü isə 25 yaşındadır.

“Linux” sistemi üçün yeni virus aşkarlanıb

22 Noyabr 2017 19:30

“Doktor Veb” antivirus şirkəti “Linux” nüvəli əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərə hücum edən yeni virus aşkarlayıb. “Linux.BackDoor.Hook.1” adlı troyan bir sıra proqramlar tərəfindən sıxma və açma funksiyaları üçün istifadə olunan “libz” proqramında aşkar edilib. Zərərli proqram yalnız “SSH” protokolu ilə məlumat mübadiləsini təmin edən binar fayllarla işləyir.

Şəkil üzrə xəstəliyi müəyyənləşdirən yeni mobil proqram yaradılıb

22 Noyabr 2017 19:24

“Apple” korporasiyasının rəhbəri Tim Kuk bu yaxınlarda müsahibə zamanı yeni “VisualDx” proqramı haqda məlumat verib. Alimlər bu proqramı mühəndis və proqramçılarla birgə yaradıblar.

Populyar saytlar istifadəçilərin aktivliyini izləyir

22 Noyabr 2017 19:18

İnternet saytları istifadəçilərin aktivliyini izləyir. Bunun əksər istifadəçilərin xoşuna gəlməməsinə baxmayaraq burada qeyri-adi heç nə yoxdur. Bununla belə, Priston Universitetinin alimləri tərəfindən aparılan yeni tədqiqatdan məlum olub ki, istifadəçilərin onlayn izlənilməsi çoxlarının fikirləşdiyindən daha sadədir.

Çərçivəsiz displeyə malik smartfon təqdim olunub

22 Noyabr 2017 19:11

Çinin “Honor” şirkəti “Honor 7X” smartfonunu təqdim edib. Bu smartfon orta qiymət kateqoriyasına aiddir, amma bu il təqdim edilmiş bir sıra qabaqcıl qurğular kimi kiçik çərçivəli ekranla təchiz edilib.

Kosmosun fəth edilməsi üçün insanabənzər robot yaradılıb- VİDEO

22 Noyabr 2017 19:06

Bir çox insanlar Yaponiyanın “Toyota” şirkətini dünyada ən böyük avtomobil istehsalçılarından biri kimi tanıyır. Lakin korporasiya, həmçinin robot istehsalı ilə maraqlanır. Məsələn, bu yaxınlarda sözügedən şirkət kosmosun fəthində istifadə edilə bilən “T-HR3” adlı insanabənzər robotunu təqdim edib.

Üç milyon dollara avtomobil nömrəsi

22 Noyabr 2017 18:50

Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən hərracda biznesmenlər avtomobillərin qeydiyyat nömrəsinə külli miqdarda pul xərcləyiblər. Məsələ ondadır ki, bu nömrələr cəmi bir rəqəmdən ibarətdir.

Pul saymaq stresi azaldır, qan dövranını yaxşılaşdırır

22 Noyabr 2017 18:45

Minessota Universitetinin (ABŞ) alimləri çox maraqlı eksperiment aparıblar. Onlar pul saymağın insanın sağlamlğına və əhvalına olan təsirini araşdırıblar. Araşdırma göstərib ki, pul saymaq stresi azaldır, əhvalı və beyin qan dövranını yaxşılaşdırır.

“Dünya düzdür” deyənlərdən şok iddia

22 Noyabr 2017 17:58

ABŞ-da toplanan və dünyanın düz olduğunu iddia edən fərziyyəçilər I Beynəlxalq Konfrans keçiriblər. Konfrans Karolina əyalətində gerçəkləşib. 400-ə qədər işritakçının qatıldığı konfransda dünyanın yuvarlaq deyil, düz olması barədə fikirlər müzakirə edilib. İştirakçılar dünyanın mərkəzində şimal qütbünün olduğunu və Antraktidanın 45 metrlik bir buz divarı ilə əhatələndiyini iddia ediblər.

General Putinin adamına qarşı - Luqanskda nə BAŞ VERİR?

22 Noyabr 2017 17:57

“Çevriliş nəticəsində “respublika”dan qaçan “Luqansk Xalq Respublikası”nın başçısı İqor Plotnitski Rusiyadan qayıtmasa, “Donetsk Xalq Respublikası”nın başçısı Aleksandr Zaxarçenko öz ərazisini genişləndirmək imkanı əldə edəcək”. Bu haqda Rusiya jurnalisti Leonid Radzixovski “Obozrevatel” nəşrinə söyləyib.

Luqansk separatçılarının lideri mühasirəyə alınıb, tərəfdarları həbs edilir

22 Noyabr 2017 17:42

Ukraynanın separatçıların nəzarətində olan Luqansk şəhərində yerli separatçıların rəhbəri İqor Plotnitskiyə yaxın şəxslərin həbsinə başlanıb, onun özü isə "hökumət evi"ndə mühasirədə saxlanılır.