Dünya
Yunanıstanda 45 mühaciri daşıyan gəmi itib
Yunanıstanın Sahil Mühafizə Xidməti Pilos yaxınlığında itmiş gəminin axtarışlarına başlayıb. Məlumata görə, ölkə Fövqəladə Xidməti gəmidə 45 mühacirin olması barədə xəbər yayıb.
Qrip əleyhinə dərmanlar QADAĞAN EDİLDİ
Yaponiyada qrip əleyhinə ən çox istifadə edilən dərman preparatları apteklərdən yığışdırılır. Bu barədə, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb. Məlumatda görə, son dövrlərdə ölkədə davamlı istifadə edilən dərmanlar qeyri-adi reaksiyalara səbəb olur. Xüsusilə də azyaşlı uşaqların soyuqdəymə əleyhinə təyin edilən dərmanları qəbul etdikdən sonra qəribə davranışlar sərgilədikləri müşahidə edilib. Nazirlik dərmanların tərkibində hər hansı bir qatqının olduğundan şübhələnir. Bu səbəbdən də, yaxın günlərdə belə bir qərarın rəsmi olaraq təsdiqlənəcəyi bildirilib.
Ukrayna Saakaşvilini deportasiya edir
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili 1 həftə ərzində ölkədən xaric ediləcək. Ukraynanın hakimiyyət orqanları tərəfindən yayılan məlumata görə, M.Sakaşvili Gürcüstana deyil, 3-cü bir ölkəyə departasiya ediləcək.
ABŞ Suriyadakı hərbi gücünü qorumaq niyyətindədir
İraqın baş naziri Heydər əl-Abadi ölkə ərazisində İŞİD terror təşkilatının hərbi məğlubiyyətə uğradıldığını elan etmişdi. ABŞ hakimiyyəti Suriyanın şimalında İŞİD terror qruplaşmasının məhv ediləməsinin ardından ölkədə öz hərbi gücünü saxlamağı planlaşdırır.
Rusiyalı sahibkar 5 milyon avro müqabilində azadlığa buraxıldı
Fransanın Nitsa şəhərində həbs olunan Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov azadlığa buraxılıb. Bu barədə Nitsa şəhər prokurorluğu məlumat yayıb. Prokuror Jan-Mişel Pretr K.Süleymanın 5 milyon avro məbləğində girov müqabilində azadlığa buraxıldığını təsdiqləyib. S.Kərimova qəti şəkildə Fransanı tərk etmək qadağan olunub.
"Məni 43200 dəfə zorladılar" - 13 yaşında qurban olan qız - FOTO
Fransa XİN: "Biz Dağlıq Qarabağı tanımırıq"
Silahlı şəxslər Kiyev yaxınlığında oteli darmadağın etdilər
4 qadına təcavüzdə ittiham edilir - Bill Klinton
Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Bill Klintona qarşı daha bir təcavüz iddiası irəli sürülüb. "Daily Mail" nəşri yazır ki, "Nyu York Tayms Maqazin" jurnalının sabiq baş redaktoru Edvard Klein "Yekun müharibə: Trampı məhvetmə nəzəriyyəsi" adlı kitabında 71 yaşlı Klintonun hakimiyyətdən getdikdən sonra 2000-ci illərdə yetkinlik yaşına çatmamış 4 qıza təcavüz etdiyini yazıb.
“Feysbuk”un keçmiş idarəçisi şirkətin bütün sirlərini açdı
Sosial medianın nəhəng proqramlarından “Feysbuk”un gizlilik səlahiyyətlərini daşıyan keçmiş idarəçisi Sandi Parakilas proqramın sirləri haqqında danışıb. Sandi “Feysbuk”un üzv bilgilərinin istifadəsi mövzusunda qoruyucu siyasətinin olmadığını və bu vəziyyətin reklam verənlərə əlverişli şərait yaratdığını bildirib. Sandi sosial media nəhənginin istifadəçilərin təhlükəsizliyindən daha çox reklam yerləşdirənlər üçün informasiya toplamaqda maraqlı olduğunu açıqlayıb.
Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralandı
Əfqanıstanda Baqram hərbi aviasiya bazası ərazisində Gürcüstan Silahlı Qüvvələrinin üç hərbçisi yaralanıb. Hərbçilər yüngül yara alıblar və hərbi bazanın xəstəxanasına yerləşdiriliblər. Sülhməramlıların vəziyyəti sabitdir və həyatları təhlükədə deyil.
Aralıq dənizində miqrantlar xilas edildi
Türkiyədə zəlzələ
Mariya Şarapovanın adı dələduzluq qalmaqalında hallanır
Bir vaxtlar dopinq qalmaqalı yaşayan məşhur rusiyalı tennisçi Mariya Şarapovanın adı bu dəfə mənzil fırıldağında hallanır. Şarapovanın mənzil dələduzluğu ilə məşğul olan tikinti şirkətinə dəstək olduğu bildirilir. Məlumata görə, idmançı xanım 2013-cü ildə mənzil tikintisi ilə məşğul olan şirkətin kampaniya üzvü olub. Şirkət Şarapovanın adından istifadə edərək müştəriləri aldatmaq yolu ilə 10 milyonlarla dollar gəlir əldə edib.
“Twitter” üçün yeni əlavə videonun telefondan translyasiyasına imkan verəcək
“Twitter” şirkəti tezliklə “YouTube” xidmətinə rəqib olacaq axınlı video servisini istifadəyə verib. Məlumata görə, yeni pulsuz “Periscope” əlavəsi axınlı videonu smartfondan istifadəçinin “Twitter” səhifəsinə onlayn rejimdə translyasiya etməyə imkan verir. Bundan başqa, video ilə yanaşı, səs və coğrafi koordinatları ötürmək mümkündür. Canlı yayım zamanı “Periscope” səhifə istifadəçilərinin şərhlərini və “Bəyənmə” saylarını izləyir. İstifadəçilərin 24 saat ərzində istifadə edə biləcəkləri videonun reytinqi bu göstəricilərdən asılı olur.














